Neft dağılması zamanı neftin yığılması və utilizasiyası və cavab tədbirlərinin (OSCAR) modelləşdirilməsi
Elmi və Sənaye Tədqiqatları Fondunun (SINTEF) Neft Dağılması zamanı Neftin Yığılması və Utilizasiyası və Cavab Tədbirləri modeli (OSCAR) BP şirkətinin Apstrim Seqmentinin üstünlük verilən neft dağılmasının aqibəti və trayektoriyasının modelidir. Bu modelin istifadə olunması GDPs 4.6-0002 saylı sənədin 2-ci Əlavəsində müəyyənləşdirilmişdir.
OSCAR çirkləndiricilərin suyun səthinə, sahil xətlərinə, su sütununda və çöküntülərdə yayılmasını hesablayan və qeydiyyatını aparan (kütlə və konsentrasiyalar kimi) 3 ölçülü modeldir.
Modelin nəticəsi üç fiziki ölçüdə üstəgəl vaxt daxilində qeyd olunur. Model haqqında məlumat bazaları suyun dərinliyi, çöküntünün növü, ekoloji mühit və sahil xəttinin növü ilə bağlı göstəriciləri təmin edir. Sistem neftin fiziki-kimyəvi parametrləri haqqında məlumat bazasına malikdir. O məlumat bazası ki, model üçün tələb olunan fiziki və kimyəvi parametrləri təmin edir.
Model suyun səthində neftin dreyfi və aqibətini müəyyənləşdirmək üçün səthə yayılmanı, neft təbəqəsinin hərəkətini, su sütununa daxil olmasını, buxarlanmasını, emulsiyalaşmasını və sahil xəttinə qarşılıqlı təsirləri hesablayır. Su sütununda axınların yaratdığı üfüqi və şaquli hərəkət, həll olma, udulma, çökmə və parçalanma modelləşdirilir. Nefti bir sıra psevdo-komponentlərə münasibətdə təmsil edən neft komponentlərinin fərqli həll olma, buxarlanma və su mühitində toksiklik dərəcəsi hesablanır. Ayrı-ayrı psevdo-komponentlərin aqibəti modelləşdirilməklə neftin tərkibində buxarlanma və parçalanma ilə bağlı dəyişikliklər həll olmuş neft fraksiyasının toksikliyində aydınlaşdırıla bilər.
Daha güvənli/etibarlı nəticələrin hədəf neft SINTEF laboratoriyaları tərəfindən müəyyənləşdirilmiş standart laboratoriya aşınma prosedurlarından keçdiyi halda əldə olunmasına baxmayaraq OSCAR neftin aşınmasını xam neftin analiz göstəricilərinə əsasən hesablaya bilir. Alternativ olaraq model neft haqqında məlumat bazasında son vaxtlar maraq doğuran neftin tərkibinə uyğun olan xam nefti seçərək artıq göstəricilər mövcud olan neftlərin aşınma xassələrini istifadə edə bilir.
Dostları ilə paylaş: |