London Kral Kollecinin ReEMS modelindən (Regional Ekoloji Modelləşdirmə Sistemi) (White and Toumi,2013a,b; Nicholls et al., 2014) əldə olunmuş iqlim göstəriciləri bütün ssenariləri modelləşdirmək üçün istifadə olunmuşdur. Göstəricilər 3Ö axınlar və 2Ö küləklər formasında təqdim olunmuşdur.
Cədvəl1: ReEMS axın və külək göstəriciləri
Dağılmış karbohidrogenlərin trayektoriyasını və aqibətini hesablamaq üçün temperatur və duzluluq göstəriciləri OSCAR-da istifadə olunur. Su sütununda Yaz və Payız üçün temperatur və duzluluq göstəriciləri 2000 və 2001-ci ildə Xəzər dənizində aparılmış çöl qiymətləndirilmələrindən əldə olunmuşdur (NOAA, 2016). Yay fəsli üçün əldə olunmuş göstəricilər modelləşdirilmələrdə istifadə edilmiş ReEMS hidrodinamik göstəricilərdən götürülmüşdür (Bax: Şəkil 2).
Şəkil 2:OSCAR modellərində Yay və Qış üçün istifadə olunmuş duzluluq və temperatur profilləri. 10 mq/l oksigen miqdarı həm Yay, həm də Qış ssenariləri üçün istifadə olunmudur.