Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2011-ci il
№ 72-IVQ
Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə
Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Durao Barroso, enerji təhlükəsizliyinin və enerjinin nəqlinin təhlükəsizliyinin vacibliyini vurğulayırıq;
Biz Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olduğunu qeyd edirik;
Biz Azərbaycanın və Xəzər regionunun digər ölkələrinin enerji ehtiyatlarının nəql edilməsində Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin xüsusi əhəmiyyətini xatırlayırıq,
Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Durao Barroso tərəfindən 2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin əlaqədar müddəalarında, 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə Görüşünün müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərinin vacibliyini bir daha təsdiq edirik;
Bununla biz:
-
Bəyan edirik ki, bizim ümumi məqsədimiz mümkün qədər tez bir zamanda Cənub Dəhlizinin yaradılmasına və fəaliyyətdə olmasına nail olmaq və Azərbaycan Respublikasını Cənub Qaz Dəhlizinə mühüm töhfə verən və onu mümkün edən qismində müəyyən etməkdir.
-
Şah Dəniz 2 layihəsində və Azərbaycandakı digər quyulardakı mövcud qaz ehtiyatlarının bölüşdürülməsi prosesini sürətləndirməyə çağırır və biz investorları həmin qazın vaxtında birgə bölüşdürülməsi üçün bütün mümkün tədbirləri görməyə təşviq edirik.
-
Bildiririk ki, Azərbaycandakı və ondan kənarda olan təbii qazın nəqlinə nail olmaqla bu strateji dəhliz Avropa İttifaqının mövcud qaz dəhlizlərini tamamlayır. Xəzər regionundan Avropa bazarına kimi olan bu marşrutun yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqının qaz daşınması marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə birgə strateji məqsədinə uyğun gəlir.
-
Cənub Qaz Dəhlizini Avropa Enerji Təhlükəsizliyinin artırılmasında dayaq nöqtəsi kimi və Azərbaycan ərazisində ehtiyatların hasil edilməsinin bu qaz həcmlərinin qəbul edilməsi üçün kifayət qədər infrastruktur və bazarların, o cümlədən kommersiya şərtlərinin mövcud olmasına istinadən zəmanəti kimi nəzərdən keçiririk. Bu, hamının uzunmüddətli faydalana biləcəyi etibarlı və genişlənən bazar olacaq və Xəzər regionunun qaz təchizatçıları bu etimada əsaslana biləcəkdir.
-
Qeyd edirik ki, bu strateji dəhliz Azərbaycanda hasil olunan qaz ilə bütün kontraktların fiziki olaraq təmin olunmasına imkan verəcək və bu məqsədlə qurulan kifayət qədər infrastrukturun yaradılmasına səbəb olacaq, bununla da Avropa İttifaqında və Cənub-Şərqi Avropa ölkələrində Azərbaycandan olan təbii qazın nəqli və satışı paylanmasını mümkün edəcək, Komissiya ayrı-seçkiliyə yol verməyən zəruri hüquqi, tənzimləyici və kommersiya şərtlərinin yaradılmasında köməklik göstərməyə hazır olacaqdır.
Prezidentlər indiyədək əldə edilmiş irəliləyişi alqışlayır və təchizatçı və ya istehlakçı qismində olan digər maraqlı tərəfləri Cənub Qaz Dəhlizinin növbəti inkişaf mərhələlərində iştirak etmək imkanlarından istifadə etməyə dəvət edirlər.
13 yanvar 2011-ci ildə Bakıda, Azərbaycan və ingilis dillərində olmaqla iki nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikasının
|
|
Avropa Komissiyasının
|
Prezidenti
|
|
Prezidenti
|
|
|
|
İlham ƏLİYEV
|
|
Jose Manuel Durao BARROSO
|
Dostları ilə paylaş: |