Meyyitin qəbrə qoylan birinci gecəsindən onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Onun qaydası belədir:
Birinci rükətdə həmddən sonra bir dəfə Ayətul-Kürsü, ikinci rükətdə həmddən sonra on dəfə Qədr surəsi oxunur.
Salamdan sonra «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəbəs səvabəha ila qəbri filan» filan sözünün yerinə meyyitin adını desinlər. Vəhşət namazını qəbrə qoyulan birinci gecənin hər bir vaxtında qılmaq olar, lakin gecənin əvvəlində işa namazından sonra qılmaq daha yaxşıdır.
Fitir və qurban bayramının namazının qılınma qaydası
Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
«Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.
Bədnəzər duası
Bismillahir rəhmanir rəmim
Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.