Chevrolet artıq 1 Milyondan artıq Spark avtomobilini satır



Yüklə 26 Kb.
tarix27.06.2018
ölçüsü26 Kb.
#55001






Chevrolet artıq 1 Milyondan artıq Spark avtomobilini satır



2014-10-09

DETROIT - Chevrolet dünyada Spark və Beat avtomobilləri üzrə1 milyon satışı ötüb keçərək kiçik avtomobil satışı sayəsində böyük rəqəmə çatdı.

Hamıya bəllidir ki, Chevrolet-in kiçik avtomobil sırası marka kimi dünyada daha çox insanı cəlb edir. Bu ilin əvvəlində Chevrolet 3 milyonuncu Cruze kompakt avtomobilini satıb.


Spark ilk dəfə 2009-cu ilin sonunda Hindistanda Beat avtomobili kimi satışa buraxılmışdır. Hal-hazırda Spark dünyada 71 ölkədə mövcuddur. Ən çox Cənubi Koreya daha sonra ABŞ-da və Meksikada satılır. ABŞ-da il ərzində 10 faizdən artıq satış Spark avtomobilinə məxsusdur.


"Bizim kiçik avtomobillər - Spark, Sonic və Cruze – bu seqmentdə olan digər avtomobillərlə müqayisədə yeni avtomobil alıcılarını daha çox cəlb edir. 60 faizdən artıq alıcılar əvvəllər heç vaxt Chevrolet sahibi olmayan alıcılardır," Qlobal Chevrolet şirkətinin icraçı vitse-prezidenti Alan Batey bildirib.
Spark avtomobili də həmçinin Chevrolet-in qalan kiçik avtomobil sırasında olan avtomobillər kimi marka olaraq gənc alıcıları cəlb edir. Bu il kiçik Chevrolet avtomobillərin satışının 9 faizdən artığını, 35 yaşına qədər alıcılar təşkil etmişdir.

Spark avtomobili gənc, şəbəkəyə bağlanmağı sevən alıcını MyLink məlumat-əyləncə sisteminin 7-düymlük diaqonal, rəngli sensor ekran və OnStar 4G LTE funksiyaları ilə təmin edir. Wi-Fi simsiz bağlantı eyni anda yeddi cihazın bağlantısını təşkil edir. Spark həmçinin ilk avtomobildir ki, Siri Eyes Free funksiyası ilə iPhone iOS 6 əməliyyat sisteminə bağlanır və Siri vasitəsi ilə sürücü gözünü yoldan, əlini sükandan çəkmədən bir neçə əməliyyatlar həyata keçirir.


2014-cü ildə Spark kiçik avtomobil seqmentində ilk olaraq, IIHS Top Safety Pick mükafatına layiq görülüb. Spark avtomobilinin aşağı korpusunun 62 faizi, yuxarı korpusunun isə 42 faizi yüngül, yüksək davamlı polad təşkil edir. Polad həmçinin avtomobilin dam yayında və B-sütununda istifadə olunur.

Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçünwww.chevroletfc.com saytına daxil ola bilərsiniz.
###
Yüklə 26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin