Ralli yarışlarında idman maşınlarının sürücüsü olan zaman qazandığı böyük uğurlar və baş verən ağır yol qəzaları
Nyu-Yorkda, o, ilk dəfə Uilyam Volterin, Bruklinə İsveçrədən mühacirət etmiş Bilin maşınqayırma emalatxanasında işləmişdir. 1901-ci ildə Lui De Dion-Butonun Amerikadası filialına daxil olur. O, 1905-ci ildə ilk ralli yarışlarında iştirak edən zaman onun adı qəzetlərin ilk səhifəsində çıxır. O, möhtəşəm dəbdəbəyə malik olan Fiat avtomobili ilə çıxış edir, və özünün ilk cəhdində "Üç Mil" yarışında qələbə qazanır və bir mil məsafədə yeni sürət rekordunu rəsmiləşdirir. Onun avtomobilinin orta sürəti 109.7 km/saat idi. Bu nailiyyət həmin gecə ona əsl şöhrət gətirir və elə həmin il o, özünün başqa dünya rekorduna imza atır. O, həmçinin 68 mil məsafədə də olan dünya rekordunu təzələyir. 1906-ci ildə o, aparıcı ön çarxlara malik olan və Darracq V8 mühərriki ilə təchiz olunan yeni ralli avtomobilin dizayn olunmasında köməklik göstərmək üçün Volter Kristinin başladığı işə qoşulur. Nəticə daha bir yeni dünya rekorduna nail olur - 191.5 km/saat.
Amma onun taleyində Chevrolet adı ilə məşhur olmaq yazılmışdı: Sonrakı illərdə, Artur və Qaston qardaşları da avtomobil yarışları aləminə məşhur qardaşlar kimi daxil olurlar, və bu yarışların cədvəlində üç Şevrole mübarizə aparmağa başlayır. Əksər hallarda, Lui bu yarışların qəhrəmanı olur və Amerikalılar tərəfindən məhəbbətlə "cəsur Fransız" ləqəbini qazanır.
Növbəti bir neçə il ərzində Lui bir çox yarışlarda mübarizə aparır, Buick, Cornelian və hər şeydən əvvəl öünün yığdığı Frontenac avtomobillərində çıxış edir. 1916-ci ildə Qaston və Lui hər ikisi "İndianapolisdə 500" yarışlarında Frontenac avtomobilində çıxış edirlər, lakin heç biri yarışı başa vura bilmir. Birinci Dünya Müharibəsindən sonra, 1919-ci ildə, böyük ralli yarışları yenidən başlayır. İndianapolisdə baş verən bəzi çox ağır yol qəzalarından sonra, ralli yarışlarında Chevrolet avtomobilləri yarışlarda pis çıxış etmirlər, Luinin Şevrolesi finişə yeddinci və Qastonun avtomobili onuncu çatır.
Bir il sonra, yeddi Frontenacs avtomobili (onlardan dördü Monroe adı altında çıxış edirdi) İndianapolis yarışlarına vəsiqə qazanır, amma bu tədbirdə dramatik bir hadisə baş verir: Lui Şevrole, həmişə öz avtomobillərinə yeni avadanlıqlar əlavə etməyi xoşladığı üçün bu dəfə vanadium materialından hazırlanmış təzə aldığı yüngül çubuqlardan istifadə etməyi qərara almışdı. Təəssüf ki, vanadium lazımınca bərkidilməmişdi. Bunun nəticəsində də, avtomobillər bir-birinin ardınca dayanmağa məcbur oldular. Yalnız Qastonun Chevrolet finişə çata bildi, və bu əfsanəvi yarışda 141 km/saat orta sürətlə çıxış edərək qələbə qazandı.
Amma qardaşlarının idman karyerası öz işini gördü. 1905 və 1920-ci illər arasında baş vermiş qəzalardan sonra Lui Şevrole xəstəxanada ümumilikdə üç il müddətində olmuşdur. 1920-ci il Noyabrın 25-də, onun qardaşı Qaston Los-Ancelesdə Beverli Hils yarışları zamanı öldürülür. Bundan sonra Lui Şevrole heç zaman yenidən ralli yarışlarında iştirak etmir.
Dostları ilə paylaş: |