Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi


Dahi mütəxəssisin adını daşıyan avtomobil brendində mübahisəli bir məsələ var



Yüklə 46,38 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü46,38 Kb.
#105852
növüYazı
1   2   3
Dahi mütəxəssisin adını daşıyan avtomobil brendində mübahisəli bir məsələ var

Ralli yarışlarında Buick avtomobilini idarə edən zaman, Lui Şevrolenin və Uilyam C. Durantın, General Motors şirkətinin təsisçisinin, yolları bir neçə dəfə kəsişmişdi. "Billi" Durant Lui Şevrolenin möhtəşəm ustalığını tanıyır və 1911-ci il Noyabrın 3-də onunla birgə "Chevrolet Motor Avtomobil Şirkətinin" əsasını qoyurlar. 1912-cu ilin əvvəlində Detroytda Chevrolet avtomobil zavodunda ilk altı klassik model istehsal olunur.

Lui Şevrole həmişə yüksək keyfiyyətli avtomobil yaratmaq niyyətində olmuşdu, amma Durant isə "xalq üçün avtomobil brendləri" yaratmağa üstünlük verirdi. Onun məqsədi mümkün qədər ucuz avtomobil istehsal etmək idi. Bu iki təxəyyülün heç biri öz bəhrəsini vermir və nəticədə, 1913-ci ildə Lui Şevrole təslim olur və öz şirkətini tərk edir. O, bununla belə, öz adını arxada saxlayır.

Chevrolet markası Durantın planlarına uyğun olaraq sürətlə inkişaf etdiyi halda, bu zaman Lui Şevrole öz orijinal ehtiraslarına uyğun olaraq ralli yarışlarında mübarizə apara biləcək ən yaxşı və müasir nəqliyyat vasitəsini yaratmaq planına qayıdır. Bu məqsədlə o, 1914-ci ildə "Frontenac Motor Korporasiyasını" təsis edir. Həmin vaxtlarda ilk ralli yarışlarında çıxış edən Frontenacs avtomobilləri yüksək texnologiyaya malik olub çoxlu miqdarda alüminiumdan hazırlanmış ehtiyat hissələrindən yığılmışdı və artıq bəzi xüsusiyyətlərinə görə, məsələn - arxa oxun diferensial vasitəsilə kilidlənməsi - lovğalana bilərdi.

Lui Şevrolenin qazandığı ən yeni nailiyyətləri tezliklə yenidən dünya avtomobil sənayesinin diqqətini cəlb edir və o, çətin iqtisadi vəziyyətə baxmayaraq, "Stutz Motorcar Co" şirkətində ilk Frontenac modellərinin istehsal olunmasına nail olur. Tezliklə, 1920-ci ildə bu avtomobil Amerika sənayesi üçün parlaq nümunəyə çevrilir.

Lakin Lui Şevrole özünün avtomobil dizayn işlərini davam etdirmək istəyirdi. 1926-ci ildə qardaşı Arturla birlikdə, o, "Chevrolair 333"adı altında yüngül təyyarə mühərriki istehsal edən bir şirkətin əsasını qoyurlar. Onunla qardaşının arasında münasibət pozulan zaman bu şirkətin fəaliyyətinə sonqoyulur.

Bununla əlaqədar olaraq, Lui dərhal İndianapolisdə " Chevrolet Air Car Company" şirkətini yaradır, amma bu şirkət də, sonradan iqtisadi böhran zamanında yenidən bağlamaq məcburiyyətində qalır. O, 1932-ci ildə özünün son böyük "mühəndis ixtirasını" - 10 ədəd silindrdən ibarət olan radial şəkilli mühərriki icad edir və bunun istehsalı başlamaq məqsədi ilə patent almaq üçün müraciət edir. Nəhayət ki, 1935-ci il Fevralın 19-da bu patent qeydiyyatdan keçir, lakin həmin vaxt Luinin artıq yenidən şirkət yaratmağa gücü qalmamışdı. Bunun əvəzində, o, öz peşəkar karyerasının əvvəlində olduğu kimi çilingər işləyirdi. Və onun işlədiyi şirkət Detroytda yerləşən Chevrolet avtomobil istehsalı zavodu idi.

1934-ci ildə Lui Şevrolenin halı pisləşir və və o, insult keçirir. Həmin il, onun 27 yaşlı oğlu Çarlz dünyasını dəyişir. Onun ikinci oğlu, Alfred, 1971-ci ilə qədər Detroytda yaşamış və 59 yaşında dünyasını dəyişmişdi.

Lui Şevrole 1941-də iyunun 6-da Detroytdan şərqdə yerləşən Leykvudda öz evində 63 yaşında, dünyasını dəyişib. O, öz arxasında onun adını daşıyan milyonlarla avtomobilləri geridə qoyur. Bir amerikalı jurnalist ondan bir dəfə onun adının belə məşhur olmağının səbəbinin Chevrolet brendinə görə olmasını və ya bu mülahizənin əksinə olub-olmamasını soruşur. Chevrolet ona təbəssümlə cavab verir: "Burada, şübhəsiz hər kəsin öz azacıq payı var. Lakin bir şey dəqiqdir: Mən orada birinciyəm".

###
Əlaqə:


Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com


Yüklə 46,38 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin