Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə100/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   96   97   98   99   100   101   102   103   ...   171
DovletMaliyesiEnSonHali2015

Nəzarətedici funksiya. Dövlət vergilər vasitəsilə müəssisələrin və vətəndaş-ların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət vasitəsi ilə dövlət büdcəsinə və vergi sisteminə bu və ya digər düzəlişlərin edilməsi zərurətini müəyyənləşdirir. 92

8.4. DÖVLƏTİN VERGİ SİYASƏTİ, ONUN FORMALARI VƏ TİPLƏRİ


Bazar iqtisadiyyatı heç də dövlətin idarəetmə və tənzimləmə proseslərindən kə-narlaşdırılması demək deyildir. Əsas məsələ ondan ibarətdir ki, bu proseslər özlü-yündə təsərrüfat subyektlərinin istehsal-maliyyə fəaliyyətinə bilavasitə müdaxiləni ifadə etməməlidirlər. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün zəruri şərait yaratmalı və bu mexanizmlərin köməyi ilə iqtisadi prosesləri tənzimləməlidir.
Hətta iqtisadi inkişaf səviyyəsi təqribən eyni olan müxtəlif ölkələrdə dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi müxtəlifdir. Məsələn, İsveçdə bu müdaxilənin sə-viyyəsi kifayət qədər yüksək, Almaniya, Yaponiya, ABŞ-da isə nisbətən aşağıdır.93
İstənilən dövlət həyat fəaliyyətinin müxtəlif sahələrində cəmiyyətin maraqla-rını ifadə etməklə iqtisadi, hərbi, sosial və digər sahələrdə siyasət işləyib hazırlayır və həyata keçirir. Dövlət tənzimlənməsi prosesində bilavasitə dövlətin maliyyə si-yasətində təcəssüm olunan maliyyə mexanizmlərindən istifadə olunur.
Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkənin vergi sistemini yaradarkən, dövlət ondan müəyyən maliyyə siyasətinin məqsədləri üçün istifadə etməyə can atır. Vergilər iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas elementlərindən biridir.
Dövlətin vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi başa düşülür.
İqtisadi, siyasi və digər fərqlərə baxmayaraq, istənilən dövlətin vergi siyasəti, ilk növbədə, onunla müəyyən olunur ki, dövlət özü təkrar istehsal prosesinin fəal iştirakçısı kimi çıxış edir. Dövlətin əsas məqsədi cəmiyyətin qarşısında duran iqti-sadi və sosial məsələlərin həll edilməsidir ki, bu da vergi siyasətinin formalaşma-sına öz təsirini göstərir.
Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə, vergilər öz təyinatlarını və funksiyalarını vahid büdcə prosesində həyata keçirirlər. Hər bir maliyyə ili üçün büdcə qəbul edilərkən, vergi siyasətinin əsası qoyulmuş olur. Onun həyata keçirilməsi isə qanunvericilik və normativ aktların qəbul edil-məsi yolu ilə aparılır.
Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdı-rılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquqi normaları reallaşdırılır. İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasəti vəsaitlərin vergi sistemi vasitəsi ilə toplanmasının optimallaşdırılması məqsədini güdür. Vergi siyasəti dövlət orqan-larının elmi cəhətdən əsaslandırılmış hüquqi fəaliyyəti kimi geniş təkrar istehsalın tələbatını təmin etməlidir. Onun əsas məqsədi vergi ödəyicilərindən vergilərin tu-tulmasının hüquqi qaydalarını təmin etməklə bərabər, vergitutmanın təsiri altında formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir.
Əhatə etdiyi dövrin uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti vergi strategiyası və vergi taktikasına bölünür.
Vergi strategiyası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və irimiqyaslı məsələlərin həllini nəzərdə tutur.
Vergi taktikası isə vergi sisteminə əlavə və müxtəlifliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur.
Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti daxili və xarici ver-gi siyasətinə bölünür.
Daxili vergi siyasəti bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini nəzərdə tutur. Xarici vergi siyasəti isə ikiqat vergitut-manın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəklə salınmasına yönəldilir.
İqtisadiyyatın vəziyyətindən, iqtisadi inkişafın cari mərhələsində dövlətin üstün hesab etdiyi məqsədlərdən asılı olaraq, vergi siyasətinin müxtəlif tiplərindən isti-fadə olunur. Vergi siyasətinin üç tipi bir- birindən fərqləndirilir:
- maksimal vergilər siyasəti;
- optimal vergilər siyasəti;
- sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.
Maksimal vergilər siyasəti zamanı dövlət yüksək vergi dərəcələri tətbiq et-məklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlar-dan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır. Təbiidir ki, belə vergi siyasəti ayrıca götürülmüş, konkret vergi ödəyicisi və ümumiyyətlə, cəmiyyət üçün iqtisadi inkişafa heç bir ümid yeri qoymur. Buna görə də belə siyasət, bir qayda olaraq, fövqəladə hallarda, məsələn, iqtisadi böhranlar, müharibələr zamanı həyata keçirilir. Belə siyasətin uzun müddət həyata keçirilməsi bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Əvvəla, vergilər ödənildikdən sonra vergi ödəyicisinin maliyyə ehtiyatları qalmır, bu isə istehsalın genişləndirilməsini qeyri-mümkün edir. Bunun da nəticəsində iqtisadi artımın səviyyəsi aşağı düşür və iqtisadiyyatda tənəzzül başlayır.
İkincisi, belə siyasət vergidən yayınma hallarının kütləvi şəkil almasına səbəb olur.
Üçüncüsü isə “gizli iqtisadiyyatın” miqyası genişlənir .
Optimal vergilər siyasəti zamanı dövlət sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirir, onların inkişafına təkan verən əlverişli vergi mü-hiti yaradır. Bu isə dövlət xərclərinin azalmasına, ilk növbədə sosial proqramların məhdudlaşdırılmasına səbəb olur.
Vergi siyasətinin üçüncü tipi həyata keçirilərkən dövlət kifayət dərəcədə yük-sək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib ha-zırlayır. Bu zaman büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artı-rılmasına yönəldilir.
Dövlətin vergi siyasəti elmi nəzəriyyəyə əsaslanmalıdır. Vergi siyasətinin əsa-sında adətən görkəmli iqtisadçılar tərəfindən işlənib hazırlanmış elmi konsepsiyalar durur. Onun düzgünlüyü isə praktikada yoxlanılır.94

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin