Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ



Yüklə 0,73 Mb.
səhifə103/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   99   100   101   102   103   104   105   106   ...   171
DovletMaliyesiEnSonHali2015



8.9. VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ


Öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizmlər yaradan və onlardan istifadə edən dövlətin və dövlət aparatının yaranması vergilərin yaranmasına səbəb olmuşdur. Ancaq vergilər, ilk növbədə, mühüm maliyyə-iqtisadi kateqoriyadır. K. Marksın sözləri ilə desək “vergilərdə dövlətin mövcudluğunun iqtisadi ifadəsi tə-cəssüm olunmuşdur. Məmurlar və keşişlər, əsgərlər və balet rəqqasələri, məktəb müəllimləri və polislər, yunan muzeyləri və qotik qüllələr, parlamentin kral və onun saray xərcləri üçün ayrılan pul və rütbələr barədə tabel –bütün bu qəribə varlıqların rüşeymində bir toxum-vergilər durur.”
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili məhsul adlanır. Dəyər formasında ümumi daxili məhsul istehlak olunmuş istehsal vasitələrinin dəyərindən (c), ödənilmiş əmək haq-qının məbləğindən (v) və mənfəətdən (m) ibarətdir. Bu zaman yeni yaradılmış dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz hərəkətində ümumi daxili məhsul və ümumi milli gəlir aşağıdakı dörd mərhələdən keçir:
- istehsal;
- bölüşdürmə;
- mübadilə;
- istehlak.
Ümumi daxili məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə cəlb edilmə-sinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya çıxır. Çünki istehsal-çıların və cəmiyyətin digər subyektlərinin ümumi daxili məhsuldakı payları məhz bu mərhələdə müəyyən edilir. Qeyd etmək lazımdır ki, ümumi daxili məhsulun ilkin bölüşdürülməsi prosesi dövlətin iştirakı olmadan həyata keçirilir, çünki istehsal - bölüşdürmə prosesin istehlak edilmiş istehsal vasitələrinin dəyərinin ödənilməsi, əmək haqqının verilməsi və mənfəətin əldə edilməsindən ödənilməsi, əmək haq-qının verilməsi və mənfəətin əldə edilməsindən başqa cür təsəvvür etmək mümkün deyildir.
Eyni zamanda, bəşəriyyətin inkişafının müəyyən mərhələsində cəmiyyətin idarə edilməsinin üstqurum forması kimi yaranan dövlət obyektiv olaraq öz möv-cudluğu üçün maddi əsasın olmasını tələb edirdi. Bunun əsas mənbəyi isə maddi istehsal sahəsidir. Məhz dövlətin yaranması ilə yenidən bölüşdürücü (artıq bölüş-dürülmüş ümumi daxili məhsulun yenidən bölüşdürülməsi) münasibətlər sistemi for-malaşmağa başlayır. Əmtəə-pul münasibətləri inkişaf etdikcə, yenidən bölüşdürücü münasibətləri inkişaf etdikcə yenidən bölüşdürücü münasibətlər pul formasında çıxış edirlər.
Dövlətin xeyrinə ümumi daxili məhsulun yenidən bölüşdürülməsi ictimai isteh-salın iki iştirakçısı arasında həyata keçirilir: işləyənlərdən gəlir vergisi formasında və təsərrüfat subyektlərindən mənfəət vergisi, əlavə dəyər vergisi və s. formasında.
Müəyyən vergilər müəssisənin xərclərinin tərkibinə daxil edildiyindən, istehsal xərcləri kimi onları da sabit və dəyişən vergi xərclərinə ayırmaq olar. Sabit vergi xərcləri məhsulun (yerinə yetirilmiş işin, göstərilmiş xidmətin) həcmindən asılı olmur. Məsələn, əmlak vergisinin, torpaq vergisinin həcmi sabit vergi xərcləridir. Dəyişən vergi xərclərinin həcmi isə məhsulun (yerinə yetirilən işin, göstərilən xid-mətin) həcminə mütənasib olaraq dəyişir. Dəyişən vergi xərclərinə misal olaraq əlavə dəyər vergisinin, mənfəət vergisinin və s.-in həcmini göstərmək olar.
Dövlətin və iqtisadiyyatın dövlət tənzimlənməsinin olduğu yerdə vergitutma da mövcuddur. Anarximizin banisi olan fransız ictimai xadimi Pyer Cozef Prudonun (1809-1865) təsdiq etdiyi kimi “mahiyyətcə vergi barədə məsələ elə dövlət barədə məsələ deməkdir”.
Vergilərin ümumi xarakterini istənilən dövlətin maliyyə sistemində əsas yer tutan büdcə sistemi şərtləndirir. İstənilən səviyyəli büdcə, dövlət gəlirləri sistemi vasitəsi ilə formalaşır. Gəlirlər ölkənin milli gəlirlərinin, dövlətin funksiyalarının həyata keçirilməsi üçün maliyyə bazasının yaradılması məqsədi ilə, müxtəlif pul ödənişləri şəklində dövlətin mülkiyyətinə keçən hissəsidir. Ancaq nəzərə almaq lazımdır ki, yenidən bölüşdürmənin nəticəsi olan büdcə gəlirlərinin özü sonradan yeni bölüşdürücü mexanizmlər yaratmağa başlayır, çünki onlardan ərazilərin, sahələrin büdcə fondlarının formalaşdırılması üçün istifadə olunmağa başlanılır.
Xarakterik xüsusiyyətlərini əks etdirən əlamətlərindən asılı olaraq dövlət gəlirlə-rinin müxtəlif təsnifatını vermək olar. Ödənişlərin özünün formasında və tutulma üsu-lundan asılı olaraq büdcə gəlirlərinin şərti olaraq üç əsas mənbəyini qeyd etmək olar:
Dövlət əmlakı, ümumdövlət ehtiyatları. Onlardan istifadəyə görə haqq tutula, müəyyən ödəniş həyata keçirilə bilər;
Hüquqi və fiziki şəxslərdən vergi şəklində tutulan məcburi ödənişlər və qeyri-vergi ödənişləri;
Dövlət istiqrazları, dövlət qiymətli kağızlarının, lotereyaların və s. satışından əldə olunan gəlir formasında cəlb edilmiş ehtiyatlar.
Belə bir vəziyyətdə büdcə gəlirlərinin əsas hissəsini vergilər təşkil edir. Məsə-lən, son illərdə Azərbaycan Respublikasında büdcə daxilolmalarının 73-75 faizini vergilər təşkil edir. Belə ki, vergilər Yaponiyada büdcənin 75 faizini, Almaniyada 80 faizini təşkil edir.98
Xüsusi olaraq qeyd etmək lazımdır ki, vergitutmanın büdcə prosesinə təsiri ilə yanaşı əks təsir də baş verir, yəni büdcənin vəziyyəti vergitutmanın inkişafına təsir göstərir. Vergilər və büdcə bir-biri ilə qarşılıqlı əlaqədədir və bu əlaqə ikitərəfli, qırılmaz xarakter daşıyır.
Hələ XIX əsrin sonlarında alman iqtisadçısı Adolf Vaqner (1835-1917) ictimai inkişafın mühüm qanunauyğunluğu kimi dövlət xərclərinin daim artmasını müəy-yənləşdirilmişdir. Bununla əlaqədar olaraq dövlətin maliyyə münasibətləri siste-mində vergitutmanın rolunun yüksəldilməsi qanunauyğun xarakter daşıyır. Belə ki, İkinci dünya Müharibəsindən sonra iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin büdcələrində vergi daxilolmalarının həcmi hər on ildən bir 1,5-2 dəfə artır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin