Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Vergitutma prinsiplərinin tarixi inkişaf mərhələləri



Yüklə 0,73 Mb.
səhifə108/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   104   105   106   107   108   109   110   111   ...   171
DovletMaliyesiEnSonHali2015

Vergitutma prinsiplərinin tarixi inkişaf mərhələləri
Vergitutmanın prinsipləri vergilərin funksiyalarının yerinə yetirilməsi üçün növlərinin seçilməsi, texnikası və tətbiqi prosesində əsas götürülən meyar və şərt-ləri əks etdirir.
Müasir Azərbaycan dövlətçiliyinin hüquq sistemi quruculuğunun əsaslarından biri, onun bazası kimi ümumbəşəri dəyərlərin qəbul edilməsidir. Həmin sistemin ayrılmaz tərkib hissəsi olan vergi hüququ üçün də maliyyə təcrübəsinin minillik ta-rixi prosesində hazırlanmış sosial ədalət və demokratik prinsiplər böyük əhəmiy-yətə malikdir. Vergi hüququnun yaranması və inkişafı cəmiyyətdə demokratikləş-mə prosesinin tərkib hissəsidir, hüquqi dövlət ideyası ilə əlaqədardır.
Vergitutma texnikası qədim dövrlərdə məlum dərəcədə inkişaf etmiş olsa da, məcburi vergi sistemi quldarlığın, istibdadın bir əlaməti idi. Birbaşa vergilər azad dövlət və azad vətəndaş haqqında antik anlayışlara uyğun deyildi. Vətəndaşlar dövlət gəlirlərinin formalaşmasında bu və ya digər bəhanələrlə yalnız mülki-hüquq əsasında iştirak edirdilər. Birbaşa vergiləri əsas etibarilə, yalnız işğal olunmuş xalq-lar ödəməyə məcbur edilirdilər. İşğalçılar istəsələr, vergi də alardı və yaxud cəza verə bilərdilər. Bu seçim işğalçının istəyindən asılı idi.
Maliyyə zorakılığı çox vaxt yerli əhaliyə qarşı da tətbiq edilirdi.
Ümumi vergi hüququ olmadıqda vergi formasında ödəmə maliyyə zülmünün, zorakılığın ifadəsi, hüquqi dövlət prinsiplərinə qətiyyən uygun gəlməyən alət olur.
Vergi anlayışına paralel olaraq, vergitutma prinsipləri də tarixi təkamül prose-sində müxtəlifliklərə məruz qalmışdır. Vergitutma prinsiplərinin dəyişməsi iqtisadi nəzəriyyə və sosial həyatda baş verən təkamül ilə sıx əlaqədardır. Belə ki, hər hansı bir tarixi dövrdə bu və ya digər cəmiyyətin öz mahiyyətindən doğan səciyyəvi cə-hətləri və qarşısına qoyduğu məqsədləri var. Dinamik xarakter daşıyan bu məq-sədlərə bazar iqtisadiyyatı sistemində necə çatmağın mümkünlüyü haqqında möv-cud olan görüşlər iki əsas mərhələdən keçmişdir.
Birinci mərhələ, klassik iqtisad məktəbi təmsilçilərinin nəzəriyyələrinin hakim olduğu XX əsrin 30-cu illərinə qədər davam etmişdir. Bu görüşlərə görə hesab edilirdi ki, iqtisadi inkişaf, tam məşğulluqda tarazlıq, ədalətli gəlir bölgüsü kimi məqsədlərə çatılması bazar mexanizminin “görünməyən əli” (A. Smit) vasitəsilə öz-özünə avtomatik şəkildə reallaşır; dövlət öz ənənəvi funksiyalarından başqa, iqtisadi və sosial həyata heç bir şəkildə müdaxilə etməməlidir; “bitərəf” olduğu üçün dövlətin əlində vasitə olan vergilər də “bitərəf” xarakter daşımalıdır. Vergilərin “bitərəfliyi” o deməkdir ki, onlar vergi mükəlləfiyyətçilərinin iqtisadi qərarlarına və iqtisadi proseslərin gedişinə ciddi təsir etməməlidir. Başqa sözlə, vergilər baş-lıca olaraq fiskal məqsəd güdməlidir.
İkinci mərhələ: XX əsrin 30-cu illərindən başlayaraq, dövlətin iqtisadi və sosial həyatda rolunun artması ilə əlaqədar yeni görüşlər meydana gəlmiş və bunun nəticəsində vergilərin müdaxiləçi xarakteri artmağa başlamışdır. Bu dövrdən vergilər istehsal, istehlak, məşğulluq və bölgü prosesində təsirli bir vasitə kimi istifadə edilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin