Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Vergitutmanın əsas konstitusiya prinsipləri



Yüklə 0,73 Mb.
səhifə113/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   109   110   111   112   113   114   115   116   ...   171
DovletMaliyesiEnSonHali2015

Vergitutmanın əsas konstitusiya prinsipləri. İnkişaf etmiş ölkələrin çoxunda konstitusiya müddəalarının xeyli hissəsi (bəzən 1/3-nə qədəri) vergitutma və onun prinsiplərinə həsr edilir. Azərbaycan Respublikası Konstitusiyasında isə bu məsə-ləyə əslində yalnız-73-cü maddə (yerli vergilərlə əlaqədar 138 və 144-cü mad-dələr nəzərə alınmasa) ayrılmışdır. Lakin bu maddə vergi özbaşınalığına sədd çə-kir, ədalətli, əlverişli və qənaətli vergitutmaya yol açır. Bu əsaslar qanunvericiliyin bütün digər sahələrində öz əksini tapmalıdır. Söhbət konstitusiyada insan və vətəndaşlıq hüquq və azadlıqlarından, onların məhdudlaşdırılmasına qoyulan qada-ğalardan, dövlət tərəfindən mülkiyyətin bütün formalarının bərabərliyi və hüquq-larının qorunmasından, iqtisadi fəaliyyət azadlığından gedir.
Vergi qanunları da bütün digər qanunlar kimi insan və vətəndaş hüquq və azadlıqları süzgəcindən keçməlidir. Konstitusiyanın 71-ci maddəsində birmənalı şəkildə göstərilmişdir: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiy-yəti orqanlarının borcudur”.
Vergitutma prinsipləri ən ümumi konstitusiya müddəalarını özündə birləşdirə-rək bu müddəaları inkişaf etdirir, ona konkret məzmun verir. Ona görə də vergitut-manın ümumi prinsiplərinin pozulmasından söhbət gedəndə, eyni zamanda, Konsti-tusiyanın əsas müddəalarının pozulduğunu qeyd etməyə tam əsas vardır. Konstitu-siyada göstərilən ümumi prinsip qanunverici orqanın normativ fəaliyyətinin əsasını təşkil edir.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilərin müəyyən edilməsi və tutulması prinsipləri geniş şərh edilmişdir. Lakin bir çox hallarda bunlar formal xarakter daşıyır. Məsələn, məcəllədə göstərilir ki, (maddə 3.1.) vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Lakin bərabərlik və ədalətlilik prinsipi anlayışı konkretləşdirilməmişdir. Vergitut-mada qənaətlilik və əlverişlilik prinsipi də ayrıca göstərilmir. Lakin qeyd edilir ki, (maddə 3.2) vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hüquqi dövlət qurucu-luğu tələblərinə uyğun olaraq, Məcəllənin 3.3. maddəsi çox əhəmiyyətlidir: “Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir”. Vergilərin qanunilik prinsipi Məcəllənin 3.7 və 3.8-ci maddələrində dəqiq verilmişdir:
- Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə müxtəliflik edilməsi ilə həyata keçirilir;
- heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiy-yətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qadalardan fərq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
Vergilərin müəyyənlik prinsipinə görə isə (maddə 3.9) vergilər haqqında qa-nunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qay-dada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilməlidir. Bu məsələdə Məcəllənin 3.11 və 3.12 maddələri əhəmiyyətlidir: “Vergilər haqqında qanunveri-ciliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisi-nin xeyrinə şərh edilməlidir”. “Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ-hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir”.
Məcəllənin aşağıdakı maddələri vergitutmanın bir çox əsaslarını aydınlaşdırır:
Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan, xüsusilə, Azərbay-can Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran (yaxud maneçilik törə-dən) vergilərin müəyyən edilməsinə yol verilmir (m. 3.4.).
Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz (m. 3.5.).
Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında möv-cud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskrimi-nasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağan-dır. (m. 3.6.)
Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. (m. 3.10)
Vergi siyasəti onun fəaliyyətini müəyyən edən həm daxili, həm də xarici amilləri nəzərə almalıdır. Başqa sözlə, “antiqara - qutu” sistemini doğrultmaqdan ötrü ən əvvəl vergi sisteminə təsir göstərən bütün amilləri daxili və xarici hadisə-lərə bölmək lazımdır ki, dinamik inkişaf edən sistemin qurulması üçün onların əhəmiyyəti müəyyən edilsin. Təcrübədə bu amillər ekspert rəyi və modelləşdirmə metodları vasitəsi ilə müəyyən edilir. Lakin bu metodlar heç də həmişə səmərəli olmur. Büdcə planı sistemini nizamlamaq, ümumiyyətlə, olmur.
Vergi sisteminin ədalət prinsipi çox əhəmiyyətlidir. Vergi ədalətinin birinci prinsipi odur ki, gəlir nə qədər çoxdursa, vergi də bir o qədər böyük olmalıdır. Artıq A. Smitin dövrindən başlayaraq, vergi məbləğinin gəlirə mütənasib olması haqda fikir formalaşmışdır. Proqressiv vergitutma sistemləri bunun üzərində quru-lur. Vergi islahatının ikinci ən mühüm prinsipi məhz gəlir sahibinin əsas tələbatla-rının ödənilməsi üçün zəruri olan gəlir hissəsinin vergitutmadan azad olması haq-qındadır. Nəhayət, vergi sistemi islahatının mühüm prinsipi müxtəlif ölkələr və vahid milli qurumun regionları üzrə vergi yükünün müqayisəli xarakteristikasıdır. Vergi yükünün kəmiyyəti səviyyəsini vergilərin adambaşına düşən məbləğinin ödəniş qabiliyyətinə olan və yaxud vergi ödənildikdən sonra qalan vergi məbləği-nin ödəniş qabiliyyətinə olan nisbəti kimi müəyyən etmək olar.
Sahibkarlığın inkişafına şərait yaradan, bunu istiqamətlənmiş vergi siyasətilə stimullaşdıran dövlət ikili fayda götürür: vergi verənlərin sayı və onların vergi kimi ödədikləri vəsaitlərin məbləği artır, eyni zamanda, sahibkarlıqla məşğul olanların sayı çoxalır.
Vergi sisteminin statik vəziyyətdə hər hansı bir ləngiməsi həm ayrı - ayrı vətəndaşlara, həm də dövlətin özünə ziyan vurur, buna görə də dövlətin vergi siya-sətinin formalaşması yalnız icimai münasibətlərin inkişaf dinamikasının öyrənilmə-sinə əsasən və dövlətin sosial - iqtisadi həyatında daim baş verən müxtəlifliklərin nəzərə alınması ilə baş verməlidir.
Vergi siyasəti iqtisadiyyatın inkişafına, hər bir vətəndaşın mənafeyinə xidmət etməli, onların leqal iqtisadi fəaliyyətlə məşğul olmasına, işgüzarlığın müqabilində qazanc əldə etməsinə şərait yaratmalıdır.
Məlum olduğu kimi, bütün dünyada dövlət büdcəsi əsasən vergilərin, rüsumla-rın və digər vergi xarakterli tədiyələrin balansına formalaşır. Eyni zamanda, əksər dövlətlər büdcə kəsiri problemi qarşısında da qaldıqları üçün bu problemi sırf fiskal vasitələrlə vergi və tədiyyələrin sayına və onların dərəcələrini artırmaq və s. yol-larla həll etməyə cəhd göstərirlər. Müvəqqəti effekt xarakteri daşıyan belə tədbirlər çox qısa müddütdə əks nəticələrə – vergi daxilolmalarının azalmasına, vergidən yayınma hallarının isə çoxalmasına gətirib çıxarır. Əslində burada təsadüfi heç nə yoxdur. Məşhur iqtisadçı Artur Lafferin büdcə konsepsiyası ilə tanışlıq göstərir ki, məhsul istehsalçılarına (xidmət göstərənlərə) vergi təzyiqinin gücləndirilməsi ilkin mərhələdə vergi daxilolmalarının bir qədər artmasına səbəb olsa da, müəyyən kritik nöqtədən sonra vergi daxilolmalarına tamamilə əks tə’sir göstərməyə başlayır, yə’ni vergi daxilolmaları azalmağa başlayır. Bunu vergi dərəcəsinin 100% - ə bərabər olduğu son nəticədə daha aydın görmək olar; yəni həmin nöqtədə vergi daxilolmaları sıfra qədər azalır, çünki 100% - li vergi dərəcəsi müsadirə xarakteri daşıyır və belə şəraitdə istehsal və inkişaf da ola bilməz.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin