Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


HÜQUQİ ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİ



Yüklə 0,73 Mb.
səhifə123/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   119   120   121   122   123   124   125   126   ...   171
DovletMaliyesiEnSonHali2015

9.2. HÜQUQİ ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİ


Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir.
Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.
Vergi ödəyiciləri
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.
Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyətinin ob-yekti olmadığını sübut etməyincə, ona mənfəət vergisinin ödəyicisi olan müəssisə kimi baxılır.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hü-quqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri mənfəət vergisinin ödəyiciləri deyildirlər.
Vergitutma obyekti
Rezident müəssisə üçün vergitutma öbyekti həm Azərbaycan Respublikasın-dakı, həm də onun hüdudlarından kənardakı mənbələrdən əldə edilmiş mənfəətdir.
Qeyri-rezident müəssisələri üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsinin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur.
Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur.
Qeyri-rezident müəssisəsinin Azərbaycan Respublikasındakı daimi nümayən-dəliyi ilə bağlı olmayan əmlak təqdim etməsindən təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən həmin gəlirə aid olan xərclər çıxıl-dıqdan sonra vergi tutulur.
Verginin dərəcələri
Müəssənin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur.3
Gəlirdən çıxılmayan xərclər
Aşağıdakı xərclərin gəlirdən çıxılmasına yol verilmir:

    • əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər;

    • qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;

    • əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri.

Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan müəssisələrin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.
Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergilərin, ödənilmiş ma-liyyə sanksiyalarının, habelə faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsi-nin gəlirdən çıxılmasına yol verilmir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin