Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Gəlirin və xərcin uçotu qaydası



Yüklə 0,73 Mb.
səhifə125/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   121   122   123   124   125   126   127   128   ...   171
DovletMaliyesiEnSonHali2015

Gəlirin və xərcin uçotu qaydası
Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərinin vaxtlı-vaxtında dəqiq uço-tunu aparmağa borcludur.110
Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.
Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.
Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun balansına daxil olduğu vaxt gəlirin əldə edildiyi, xərclərin çəkildiyi vaxt isə xərcin faktiki çəkildiyi vaxt sayılır.
Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən ödənişin müd-dəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.
Vergi bəyannaməsi
Mənfəət vergisinin hesabat dövrü təqvim ili sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. Vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər.
Müəssisə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu halda müəssisə üçün hesabat dövrü vergi ilinin əvvəlindən müəssisənin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir.
Hüquqi şəxslər rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmə-ləri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə ödəyirlər.
Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin 2 metodu mövcuddur:
1. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin ¼ hissəsini təşkil edir.
2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmə-yin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir.
Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məblə-ğinə aid edilir.
Vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksi-yası tətbiq edilir.
Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə ödənilmədik-də, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur. Bu faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin