Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə135/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   131   132   133   134   135   136   137   138   ...   171
DovletMaliyesiEnSonHali2015

1

2

Minik avtomobillərinin, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:


- mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

20 manat

- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,02 manat

- mühərrikin həcmi 3000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,03 manat

- mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda

70 manat + mühərrikin həcminin 4000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,04 manat

- mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda

110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,05 manat

Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı tex-nikası (traktorlar, kombayn və yığım maşınları, pambıqyığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar.


Yol vergisinin tutulması
Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə kö-çürürlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxış-dan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiy-yatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir. Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Avtonəq-liyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Res-publikasının Vergilər Nazirliyinə təqdim edir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin