Sadələşdirilmiş verginin ödəyiciləri ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 125 000 manat və ondan az olan şəxslər sadə-ləşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməklə seçdikləri metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (o cümlədən taksi ilə) sadələş-dirilmiş verginin ödəyiciləridir.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
aksizli mallar istehsal edən şəxslər;
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
qeyri-dövlət pensiya fondları;
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manat-dan artıq olanlar.
Vergitutma obyekti
Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlə-rə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatin, habelə satışdan-kənar gəlirlərin həcmi;
Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sər-nişin və yük daşımalarını həyata keçirən şəxslərin mülkiyyətində və ya istifa-dəsində olan avtomobil nəqliyyatı vasitələri.
Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.