Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Sxem 2. Azərbaycan Respublikasının Maliyyə Sistemi



Yüklə 0,73 Mb.
səhifə15/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   11   12   13   14   15   16   17   18   ...   171
DovletMaliyesiEnSonHali2015

Sxem 2. Azərbaycan Respublikasının Maliyyə Sistemi
Maliyyə sisteminin ayrı-ayrı sferaları və həlqələri bir-birindən onların maliyyə sistemindəki rolu ilə fərqlənir.
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul və-saitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyə-ləşdirilməsini təmin edir. Hazırda Azərbaycan Respublikasınındövlət büdcəsi Respublika (mərkəzi) büdcəsindən, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrdən ibarətdir.
Dövlət Büdcəsi
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünü idarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:
Azərbaycan Respublikasının dövlət büdcəsi;
Bələdiyyələrin büdcəsi;
Büdcədənkənar Fondlar
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
Büdcədənkənar fondlar həm sosial və həm də istehsal xarakterli olurlar.
Bu fondların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişlən-dirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqti-sadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrü-fatçılığın Bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu.
Beləliklə, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinadarlığında cəmləşdirilmişdir.
Dövlət Krediti
Öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasi-bətlərini ifadə edir.
Dövlət krediti dövlət istiqrazlarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti, eyni zamanda, dövlətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərərlərin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin