3. Məcburi ehtiyat normaları Kommersiya bankları Mərkəzi Bankda minimum ehtiyat saxlamaq məcburiy-yətindədir. Bu metod vasitəsi ilə, Mərkəzi Bank kommersiya banklarının kredit vermə imkanlarını azaldır, banklar arasında sağlam rəqabəti təmin edir, bankların likvidliyini sığortalayır, müştərilərin əmanətlərinə zəmanət verir, bankların vəsait-lərinə nəzarət edir. Bu zaman saxlanılan vəsaitə görə Mərkəzi Banka nə vəsait ödənir, nə də banklardan vəsait alınır.
Azərbaycanda məcburi ehtiyatlar siyasəti “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası qanununun 32-ci maddəsi ilə tənzimlənir:
Məcburi ehtiyatların müəyyənləşdirilməsi Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.
4. Milli valyutanın məzənnəsinin təyini və tənzimlənməsi Valyuta tənzimlənməsi geniş anlayış olub, milli valyutanın əsas xarici valyuta-larla nisbətini, xarici valyutanın ölkə daxilində dövriyyəsinin beynəlxalq hesab-laşmaları, valyutada məcburi olan ödəmələr sistemini və s. əks etdirir. Hər milli valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buda valyuta kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata keçirmək üçün, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə və təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün vacib sayılır. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzim-ləmələr valyuta siyasətində əks olunur. Valyuta siyasətinin iki forması mövcuddur:
1) Struktur valyuta siyasəti – Dünya valyuta sistemində struktur müxtəlifliklərin həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta islahatları formasında reallaşdırılır.122 2) Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin tənzim-lənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl bazarının tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur.
Valyuta siyasətinin aşağıdakı metodları var:
1) Diskont valyuta siyasəti;
2) Deviz valyuta siyasəti metodları.
Diskont valyuta siyasəti metodu Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsinin milli valyutanın məzənnəsinə təsirini əks etdirir. Yəni dərəcə yüksək olduqda milli valyutaya tələb artır və milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına nisbətən artır və əksinə, yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını tənzimləyir. Bununla da tədiyə balansının vəziyyətinin və milli valyuta kursunun (yaxşılaşma-sına) yüksəlməsinə səbəb olur.
Deviz valyuta siyasəti milli valyuta məzənnəsinə dövlət orqanlarının xarici valyuta alıb-satması yolu ilə təsiri metodudur. Milli valyutanın məzənnəsini artır-maq məqsədilə mərkəzi bank xarici valyutanı satır və əksinə, milli valyutanın məzənnəsini azaltmaq məqsədilə xarici valyutanı alır.