Nazirliyin Fəaliyyətinin Təşkili Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən nazir rəhbərlik edir.
Vergilər naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Vergilər nazirinin birinci müavini və üç müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.10
3.4. BÜDCƏ SİSTEMİ
Büdcə dövlətin gələcək bir dönəm üçün gəlir və xərc tarazlığını göstərən və parlamentar demokratik idarə sistemi ilə idarə edilən ölkələrdə idarə orqanının, idarəetmə orqanına dövlət xərci etmək və dövlət gəlirlərini toplamaq işində verdiyi səlahiyyəti göstərən sənəddir.11 Büdcə iqtisadiyyata təsir etmək üçün dövlətin əlində əsas maliyyə vasitəsidir. Büdcə gəlir və xərcləri mexanizmi vasitəsilə dövlət iqtisadi inkişafı, məşğulluğu, istehsalın lazımi həcmini həyata keçirmək məqsədilə iqtisadiyyata təsir edir.12 Büdcə Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir.
Büdcənin həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;
İqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;
Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.
Hazırda dövlət büdcəsi vasitəsilə ÜDM-un 20-25%-ə qədəri yenidən bölüşdürülür. Büdcə xərclər və vergilər vasitəsilə iqtisadiyyat və investisiyanın tənzimlənməsi və stimullaşdırılmasının, istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm aləti kimi çıxış edir. İqtisadiyyatı tənzimləmək üçün müvafiq vergi mexanizmi tətbiq etməklə vergi siyasətindən istifadə edilir.13