Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


DÖVLƏT FƏALİYYƏTLƏRİNİN İQTİSADİ STRUKTURA TƏSİRİ



Yüklə 0,73 Mb.
səhifə24/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   20   21   22   23   24   25   26   27   ...   171
DovletMaliyesiEnSonHali2015

4.2. DÖVLƏT FƏALİYYƏTLƏRİNİN İQTİSADİ STRUKTURA TƏSİRİ


İqtisadiyyatdakı payı keçmişdən günümüzə qədər artaraq davam edən dövlət sektorunun böyüklüyü, ölkələrin sahib olduğu sosial-iqtisadi şərtlərə görə fərqlilik göstərməkdədir. Bir çox ölkələrdə dövlət fəaliyyətləri sadəcə real sektorda deyil, sahib olunan qurumlar vasitəsi ilə maliyyə sektorunda da təsirli olmaqdadır.
Dövlət sektoru bir tərəfdən özəl sektor tərəfindən məhsuldar olaraq istehsal olunmayan mal və xidmətlərin istehsalını reallaşdıraraq iqtisadi həyatın inkişafını təmin edərkən, digər tərəfdən bu fəaliyyətlər üçün lazım olan vəsaiti təmin etmək üçün fərqli mənbələrə müraciət etməkdədir. Dövlət sektorunun reallaşdırdığı bu fəaliyyətlər həm istehsal yönündən, həm də mənbə yönündən iqtisadi həyata fərqli şəkillərdə təsir etməkdədir. Bu təsirlər bəzən iqtisadi həyatı tənzimləyici və inkişaf etdirici yöndə lazım olan vəsaitləri təmin edərkən, bəzən də iqtisadi mənbələrin istifadəsində tələbi artırmaqla və ya mənbələrin səhv istifadəsi səbəbi ilə maya dəyəri artırıcı olmaqdadır.
Dövlət fəaliyyətlərinin təsirinə misal olaraq, AB ölkələrinə baxdığımızda, bu ölkələrin 1980-ci illərdən bu yana xərcləri azaldıcı və vergiləri artırıcı yöndə bir strukturlaşma içində olduğunu görərik. Xüsusilə 07.II.1992-ci ildə imzalanan və 01.XI. 1993-cü ildə tətbiqinə başlanan Avropa Birliyi Andlaşması ilə hədəf qoyu-lan iqtisadi və valyuta birliyini reallaşdırmaq üçün büdcə kəsirlərini və dövlət borc-larını aşağı salmaq cəhdi bütün üzv ölkələr və qurumlar tərəfindən mənimsənilmiş, lazımi pul və maliyyə tədbirləri alınmışdır. Alınan bu tədbirlər ilə yüksək bir uğur qazanılaraq, ümumiyyətlə, AB üçün 1993-cü ildə 6.2 % olan “büdcə kəsiri olmayan ÜDM” nisbəti 2007-ci ildə 1.9% - ə, 2008-ci ildə isə 1.5 % - ə düşürülmüşdür. Ancaq AB daxilində məcmu “Dövlət Borc Ehtiyatı olmayan Milli Məhsul” nisbətində lazımi performans göstərilməmişdir.

4.3.DÖVLƏT XƏRCLƏRİ VƏ İQTISADİ TƏSİRLƏRİ


Dövlət xərcləri, dövlət vəzifələrinin ictimai ehtiyaclarını qarşılamaq, sosial və iqtisadi həyata müdaxilə etmək üzrə müəyyən qaydalar çərçivəsində etdiyi xərclər-dir. Bu xərclər xərcləməni edən quruma görə, mərkəzi və yerli idarələrin, iqtisadi dövlət təşəkküllərinin və sosial təhlükəsizlik quruluşlarının reallaşdırdığı xərclərin məcmusu ilə dövlət üçün faydalı xidmət edən qurumların ödəmələrini, vergi azad-lığı və ya endirimlərini, xüsusi fərdlərin dövlətə etdikləri yardım və bağışlamaların cəmindən ibarət olan geniş bir mənadan ibarət olduğu ortaya çıxır. Dövlət xərcləri zamana və yerə görə də dəyişir. Dövlət xərcləri tarixi dövr içində həmişə artmağa meylli olmuşdur. Bu meyl dövlətçi iqtisadi sistemi mənimsəmiş ölkələrdə olduğu kimi, bazar iqtisadiyyatını mənimsəmiş olan ölkələrdə də görülmüşdür. Alman elm xadimi Adolph Heinrich Wagner 1880-ci ildə dövlət xərclərindəki artımın milli gəlirdən daha sürətli olduğunu sübut edərək bunu “Dövlət xərclərinin artım qanunu” (Law of Rising Public Expenditure) olaraq adlandırmışdır. Yenə İngiltərədə 1890-1960-cı illərdə dövlət xərclərindəki artımın pilləvarı inkişaf etdiyini irəli sürən A.T.Peacock və J.Wiseman adlı İngilis maliyyəçiləri, fövqəladə hallar səbəbi ilə dövlət gəlir və xərclərində yüksək artımlar olduğunu normal vaxta gələndə artan nisbətlərin düşmədiyini qeyd edən “sıçrama tezini” (the displacement effect) ortaya qoymuşdular.
Həqiqətən ABŞ-da vətəndaş müharibəsindən sonra dövlət xərclərinin düşməsi ilə “dövlət borclanması olmayan milli məhsul” nisbəti əhəmiyyətsiz səviyyələrdə ikən I Dünya Müharibəsi ilə 40 % -ə, 1929 -cu il Böyük Böhran və II Dünya Müharibəsi ilə 1945-ci ildə 120 %-ə çatmışdır. 1965-ci ildən 1980-ci ilədək bu nisbət düşərək 40% olmuşdur. 1980-ci ildən sonra da artımlar olmuşdur. Oxşar vəziyyət Yaponiya, Kanada, Fransa, İtaliya kimi bir çox ölkələr üçün səciyyəvi olmuş, 1975-2008 periodunda “Dövlət xərcləri olmayan Milli Məhsul” nisbəti 8-11% arasında artmışdır. Almaniya, Fransa, İtaliya və Kanadada 2008-ci ildə “Dövlət xərcləri olmayan Milli Məhsul” nisbəti 50%-i keçərkən Birləşmiş Krallıqda 45%, Yaponiya və ABŞ-da 34 % olmuşdur.
Dövlət xərclərinin iqtisadi təsirlərinə baxarkən sadəcə onun miqdarına deyil, xərclərin strukturuna da baxmaq lazımdır. Dövlət xərclərini iqtisadi sinifləndirmə-yə görə başlıca olaraq iki kateqoriyaya ayırmaq olar. Bunlar:
1- Dövlətin mal və xidmət alımları;
2- Dövlətin transfer ödəmələridir.
Burada dövlətin mal və xidmət alımları “real xərclər” adı altında ələ alınacaq-dır. Beləliklə, dövlət xərclərinə “real xərclər” və “transfer xərcləri” adı altında baxılacaqdır. Ölkəmizin büdcə sinifləndirməsindəki cari və investisiya xərcləri real xərclərin daxilində dəyərləndirilməkdədir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin