Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə30/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   26   27   28   29   30   31   32   33   ...   171
DovletMaliyesiEnSonHali2015

2.Büdcə kəsirləri
Dövlətin iqtisadiyyatın içində olduğu vəziyyətə görə gəlirlərindən çox xərclə-mə etməsi və ya xərcləri qədər gəlir əldə edə bilməməyi vəziyyətində büdcə kəsiri meydana gəlməkdədir. Bu vəziyyət bərabərlik olaraq belə yazıla bilər.
Büdcə Kəsiri - Dövlət xərcləri >Dövlət Gəlirləri
Dövlət Sektorunun əldə etdiyindən daha çoxunu xərclədiyi bu Kəsir mövqe və-ziyyəti üçün bütün ölkələrdə etibarlı klassik bir tərif istifadə edilməkdədir. Bu da dövlət Sektoru Borclanma tələbidir (Public Sector Borrowing Requirement). Buna görə dövlət sektorunda meydana gələn bütün vahidlərin cəmi xərcləri ilə cəmi gəlirləri arasındakı fərq (General Government Financial Deficit) Dövlət Sektoru Borclanma Ehtiyacı (PSBR) olaraq təyin olunur. Dövlət Sektorunu gəlirlərinin xərclərindən çox olduğu vəziyyət isə İctimai sektor Borc Geri Ödəməsi (Public Sektor Debt Repayment) olaraq adlandırılır.27
Dövlət Sektorunda istifadə edilən müxtəlif üsullara görə təsnif edilməkdədir. Belə ki, ənənəvi (Conventional) Kəsir: Borc ana pul geri ödəmələri xaric (amma borcalmaların faiz ödəmələri daxil) bütün dövlət xərcləri ilə borclanma xaricindəki bütün dövlət gəlirləri arasındakı kəsiri ifadə edər. Yəni borclanma ilə əldə edilən hasilat gəlir, borc geri ödəmələri xərc olaraq qiymətləndirilməzsə, borc faiz ödə-mələri xərclərə daxil edilməkdədir. Beləcə, ənənəvi kəsir; mərkəz bankından doğrudan borclanma daxil olan dövlət borclanması ilə qarşılana bilən kəsiri ifadə etməkdədir.
Fəaliyyət (Operational) Kəsiri: Büdcə Kəsirindən bütün faiz ödəmələrinin de-yil, yalnız inflyasiya səbəbi ilə artmış olan faiz miqdarının çıxarılması ilə əldə edilən kəsirdir. Beləcə, inflyasiya səbəbi ilə nominal faiz nisbətlərində meydana gələn artım aradan qaldırılmaqda, borclanma qarşılığında dövlət sektorundan borc verənlərə doğru nə qədər real mənbə transferi edildiyi aydın olmaqdadır.
İlk (Primary) Kəsir: Nominal və ya real bütün faiz ödəmələrinin büdcə kəsir-lərindən çıxarılması ilə əldə edilən kəsirlərdir. İlk kəsir vasitəsilə iradi olmayan faktorlar (əvvəldən reallaşdırılan borclanmalar üçün məcburi olan faiz ödəmələri) çıxarılmaqda, hökumətin idarə edə biləcəyi, mövsümi siyasətlərin necə inkişaf etdiyi ilə əlaqədar şərhlərin edilə biləcəyi bir nəticə əldə edilməkdədir. Bir ölkədə dövlət büdcəsi davamlı ilk kəsir verə bilməz. Bunun salınması lazımdır. Bu da cari gəlirlərin faiz xarici xərcləri aşması ilə əldə edilən ilk çoxlar ilə reallaşdırıla bilər.
Dövlət Kəsirləri ilə əlaqədar olaraq klassik maliyyə anlayışının mənimsədiyi məhdud dövlət, tam büdcə bərabərliyi, büdcə defisitinin ümumi tarazlıqdan keçici sapmalar olduğu anlayışı şüurluluqdan uzaqdır. Maliyyə ədəbiyyatındakı hakim görüş bu kəsirlərin sosial-iqtisadi faktorlardan qaynaqlandığı və xroniki hala gələn bir varlıq olduğudur.
Keynesin siyasət tətbiqləri nəticəsində artan dövlət kəsirlərinin səbəbləri ilə əlaqədar iqtisadi olan və olmayan müxtəlif səbəblər diqqəti çəkməkdədir. Bunlardan iqtisadi səbəblər olaraq qiymətləndirilə biləcək olanlar, vergi gəlirlərinin aşağı olması və ya salınması, müdafiə etmə xərclərinin çoxalması, yaşlı əhali üçün edilən xərclərin artması, səhiyyə üçün daha çox xərcləmə edilməsi, faiz ödəmələrinin artması kimi səbəblərdir. Bunun yanında seçki sistemlərinin təsirləri, siyasi partiyalar , dövlət rəhbərliyinin daha alt vahidlərə ayrılması (fragmentation) və siyasi qütbləşmələr kimi səbəblər də iqtisadiyyatxarici sosial - siyasi səbəblər olaraq qiymətləndirilə bilər. Məsələn bu səbəblərdən rəhbərliyin bölünməsi hadisəsində müxtəlif vahid və ya qrupların maliyyə qərar alma müddətində öz mənfəətlərini təmin etmək üçün qərar alıcılar üzərində təsirlərdə hər qrupun öz ağırlığı nisbətində dövlət xərclərini artırdığı görünməkdədir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin