Büdcə kəlməsinin etimoloji baxımdan kökünün, latınca “bulga”, fransızca “bouge” və ya” bougette” kəlmələrindən götürüldüyü irəli sürülməkdədir.36 İngiltə-rədə Maliyyə Nazirinin büdcəni parlamentə təqdimat danışığı, əvvəllər olduğu kimi, yenə “opening the budget” olaraq qiymətləndirilməkdədir. Beləliklə, ingilis dilində “budget”, dilimizdə tələffüzü ilə “büdcə” termini dövlətin gəlir və xərclərinin illik təxminini göstərən sənədlər mənasında işlədilməyə başlanmışdır.37 Büdcə dövlətin gələcək bir dövr üçün gəlir və xərc tarazlığını göstərən və de-mokratik parlament idarə sistemi ilə idarə olunan ölkələrdə müvafiq icra hakimiy-yəti orqanının səlahiyyətli orqana dövlət adına xərcləri etmək və dövlət gəlirlərini yığmaq səlahiyyətini göstərən sənəddir.38 Hüquqi idarələr tərəfindən imzalanan büdcələrə icazə verilmədikcə istifadəyə veriləcək bir xərc olmayacağı üçün, dövlətin xidmətlərini həyata keçirmək imkanı yoxdur. Yenə həmin nöqteyi-nəzərdən baxdıqda bu cür icazə olmadıqca, dövlət gəlirlərinin də toplanması mümkün deyildir.
Büdcənin ortaya qoyduğu maliyyə yönlü mövzular olduqca qarışıqdır, çünki gəlir və xərc büdcələri, milli gəlirin yenidən paylaşdırılmasına yol açmaqdadır. Müharibə zamanlarında hazırlanan “fövqəladə büdcələr” və inkişaf etməkdə olan ölkələrin etmələri məcbur olan “inkişaf büdcələri” ölkənin iqtisadi və sosial möv-qeyinə təsir etməkdədir. Ayrıca olaraq, büdcənin imzalanması ilə dövlət xərclərini həyata keçirmək və bunlara aid gəlirləri toplamaq icazəsinin hüquqi orqanlar tərə-findən verilməsi büdcəyə iqtisadi xüsusiyyəti ilə bərabər, siyasi bir xüsusiyyət də qazandırmaqdadır.
İctimai yaşayışın tələbi olaraq, dövlət və digər dövlət qurumları, dövlət xidmət-ləri həyata keçirtmək üçün gələcəyə dair gəlir və xərcləri bir sənəddə göstərmək məcburiyyətindədir. Bu sənədə “büdcə” adı verilməkdədir.
Con F. Due`yə görə “Büdcə”, ümumi mənada, müəyyən bir vaxt ərzindəki maliyyə planıdır. Bunun üçün dövlət büdcəsi gələcək büdcə ili üçün təklif edilən xərclər və gözlənilən gəlirlər ilə birlikdə hal-hazırkı büdcə ili ilə keçmiş büdcə il-lərində həyata keçmiş xərclər və gəlirlər haqqında olan məlumatları açıqlayan sənəddir.