f- Büdcənin iqtisadi sabitliyi təmin etmə funksiyası Büdcənin əsas funksiyalarından biri də iqtisadi sabitliyi təmin etmək funksi-yasıdır.
İqtisadi Sabitlik, bir iqtisadiyyatda tam məşğulluq və qiymətlərdə sabitliyin təmin edildiyi vəziyyəti ifadə etməkdədir. Yeri gəlmişkən, ödəmələr balansının qu-rulması, arzu edilən uyğun bir böyümə faizinin həyata keçməsi də iqtisadi sabitlik üçün əhəmiyyətlidir. 44
6.4. BÜDCƏNİN PRİNSIPLƏRİ
Büdcənin prinsipləri, büdcənin hazırlıq və həyata keçmə dövrlərində yerinə yetirilməsi gərək olan prinsiplər olaraq göstərilə bilər.45 Büdcənin prinsipləri zaman keçdikcə müxtəlifliklərə məruz qalmışdır; bu vəziyyətin dövlət anlayışında və iqtisadi doktrinlərdə meydana gələn müxtəlifliklərlə yaxın bir əlaqəsi var.
a- Ümumilik prinsipi Ümumilik prinsipi, büdcədə mədaxil və məxariclərin arasındakı fərqin büdcəyə qeyd olunmasıdır. Bütün gəlirlər xəzinədə toplanılır və büdcə qanunu ilə göstərilən məxariclərə xərclənilir. Ümumilik prinsipinə görə dövlət maliyyəsi bir bütün olaraq ələ alınmaqdadır. Beləliklə, Dövlət gəlir və xərcləri haqqında açıq və tam məlumat alınmaqdadır.
b- Birlik prinsipi Birlik prinsipi bütün mədaxil və məxariclərin tək bir büdcə içində toplanması, dövlətin başqa büdcəsi olmamağı prinsipidir. Birlik prinsipindən bütünlüklə əl çəkmək mümkün deyil. Dövlətin büdcə hesablarında bir bütövlüyün təmin olun-ması üçün hesab növləri, büdcə hesabları ilə iqtisadi və sosial hesablar arasında əlaqə qurularaq müəyyən bir birliyə doğru addım atılmaqdadır. Tək bir sənəddə dövlət hesablarının bir yerə gətirilməsi parlamentlərin bir dəfədə bütün olaraq döv-lət büdcəsinin istiqamətlərini, lazımlı bilgilərə sahib olmaqlarını təmin etmişdir.46 c- Səmimiyyət prinsipi Səmimiyyət prinsipi, büdcə balansı baxımından çox vacibdir. Bu prinsip gəlir və xərc təxminlərinin çox yaxşı və pis tərəfə meyl etmədən, daxildən və doğru ola-raq hazırlanmasıdır.
Büdcəni hazırlayanlar səmimiyyət prinsipinə əməl etdikləri zaman büdcə təx-minləri doğru olacaq və böyük büdcə kəsirləri meydana gəlməyəcəkdir. Sözü gedən bir illik büdcənin iqtisadi şərtlərinin göz önündə saxlandığı başa düşüləcəkdir.