7. Sıfır əsaslı büdcə sistemi Sıfır əsaslı büdcə sistemində keçmiş illərdəki xərcləmələr diqqətə alınmaz və hər il bu xərcləmələr sıfır qəbul edilər. “Sıfır əsaslılıq” bütün fəaliyyət və xərclərin yenidən həyata keçirilməsi məqsədindədir.51
6.6. ÜMUMİ BÜDCƏ XARİCİNDƏ HAZIRLANAN BÜDCƏLƏR.
1. Fövqəladə büdcələr Fövqəladə büdcələr uzun zamandan bəri istifadə olunan büdcələrdir. Fövqəladə büdcələr yalnız müharibə vaxtları deyil, bir neçə il ərzində tamamlanacaq olan iqtisadi inkişaf üçün edilməsi vacib olan dəniz yolları, limanlar və başqa bu kimi xidmətlər səbəbi ilə hazırlanmaqdadır. Ancaq bu büdcələrdəki fövqəladə xərclərin fövqəladə gəlirlərlə qarşılanması lazımdır.
2. Müştərək büdcələr Xərcləri özəl gəlirlərlə qarşılanan və ümumi büdcənin xaricində idarə olunan büdcələrə qatma büdcələr deyilir. Bu tərifdən başa düşüləcəyi kimi, hüquqi şəxsi olan dövlət müəssisələri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri ilə öz xərclərini ödəyirlər.
3. Konsolidə büdcələr Ümumi və qatma büdcə rəqəmlərinin toplanması ilə hazırlanan büdcəyə “konsolidə büdcə” deyilir. Qatma büdcəli idarələr özlərinin şəxsi gəlirlərindən baş-qa, xəzinədən yardım alan qurumlar olduqları üçün konsolidə büdcələrin dəqiq rə-qəmləri ancaq ümumi məbləğdən “xəzinə yardımlarını” çıxdıqdan sonra bəlli ol-maqdadır.
4. Bələdiyyə büdcələri Hal-hazırda bütün ölkələrdə dövlətin yanında dövlət xidmətlərini həyata keçir-mək üçün “məhəlli idarələr” deyilən idarə, bələdiyyə və kənd təşkilatları qurulmuş-dur. Bu gün məhəlli idarələrin gəlir və xərcləri çox artmışdır. Bu idarələrin işlərini sərbəst və tam olaraq edə bilmələri üçün gəlirlərə ehtiyacları var. Bu səbəblə dövlət büdcəsi ilə deyil, öz büdcə imkanları daxilində xidmət göstərirlər.
6.7. BÜDCƏ SİYASƏTİ
Büdcə siyasəti büdcədəki gəlir və xərclərin həcmini dəyişdirərək sabitliyin tə-min olunması və iqtisadi böyümənin həyata keçirilməsidir. Büdcə siyasətində əsas mövzu müxtəlif işlərin hər birinə aid proqramlar üçün nə qədər pul xərclənməsinin təyin edilməsidir.
Bir dövlətin büdcə siyasəti ilə əlaqədar olaraq etdiyi bəzi funksiyaları vardır;
Gəlirlərdəki dalğalanmaları əsas tutmaq və qaynaqlarla maraqlanmaq;
Dolayı və birbaşa vergilərdən gələn gəlirləri artırmaq yollarını tədqiq etmək;
İqtisadi inkişaf məqsədi güdməyən bütün xərcləri ən aşağı səviyyəyə endirmək;
Maliyyə ilinin cari hesablarında bir artım əldə etməyi məqsəd halına gətirmək.