Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə62/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   58   59   60   61   62   63   64   65   ...   171
DovletMaliyesiEnSonHali2015

1. Vergilər
Vergi, heç bir şübhəsiz, dövlətin gəlir növlərinin ən vacibi və başda gələnidir. Dövlətin vergi yoluyla topladığı gəlirlərin məcmu dövlət gəlirləri içərisindəki payı, bir çox ölkələrdə % 70 ilə % 90 arasında vacib bir yer tutmaqdadır.
Vergi, eyni anda maliyyə teoreminin üzərində ən çox durduğu mövzulardan biridir. Ən qısa və ümumi bir izahla “vergi-dövlətin bələdiyyə xərclərini qarşılamaq məqsədi ilə cəmiyyəti təşkil edən adam və qurumlardan qarşılıqsız və zorla aldığı iqtisadi dəyərlərdir”.
Verginin aşağıda təyin ediləcək olan digər dövlət gəlir növlərindən ən vacib fərqi, onun qarşılıqsız olmasıdır. Verginin qarşılıqsız olması vergi ödəyənlərin sırf bu ödəmədən dolayı dövlətdən hər hansı bir mal və ya xidmət tələbini də edə bilməyəcəklərini ifadə edir. Dövlətin vergilərlə maliyyələşdirərək istehsal etdiyi mal və xidmətlərdən hər kəs ödədiyi vergi miqdarına görə deyil, bərabər ölçüdə faydalanmaq haqqına malikdir.
Buna görə, vergi bütün dövlət xidmətlərinin qarşılığı olaraq qəbul edilə bilər. Başqa sözlə, elə bələdiyyə gəlir növləri vardır ki, adı vergi olmamağına baxmaya-raq, verginin bütün xüsusiyyətlərini daşıyır. Məsələn, ölkəmizdə, vətəndən xaricə çıxan vətəndaşlarımızdan alınan rüsum fondu kimi “Rüsum fondu”, keçmişdə qəbul edilmiş “xarici səyahət xərcləri vergisi”ndən başqa bir şey deyildir. Bu səbəblə, adı nə olursa-olsun, dövlətin qarşılıqsız olaraq topladığı bütün gəlir növlərini vergi olaraq dəyərləndirmək lazımdır.
2. Ödənişli xidmətlərin haqqı
Ödənişli xidmətlər zamanı alınan haqqlar mahiyyət etibarı ilə vergiyə çox oxşayırlar. Vergidən fərqi tam olmasa da, təklif olunan bəzi dövlət xidmətləri qarşılığında alınmış olmasıdır.
Xidmət haqqı bəzi dövlət quruluşlarının ortaya qoyduqları bələdiyyə xidmətlərindən təmin edilən və bu təmin qarşılığı ödədiyi dəyərdir. Ancaq indi təyin etmək vacibdir ki, təklif edilən bələdiyyə xidməti qarşılığında alınan xərclərə bələdiyyə xidmətinin maliyyəti arasında bir əlaqə qurmaq çox zaman mümkün deyil.
Xərc olaraq alınan dəyərlər çox zaman təklif edilən bələdiyyə xidmətlərinin maliyyətindən çox aşağıdır.
Xərcləri vergilərdən ayıran ən vacib cəhət xərclərin vaxtaşırı da olsa, bir dövlət xidməti qarşılığı olaraq alınmasıdır. Amma bir tək bu fərqdən başqa, xərclərlə vergilərin bir çox oxşar tərəfləri vardır. Bir tərəfdən, xərclər mütləq sürətdə bir bə-lədiyyə xidmətinin dəyəri deyildir. Bununla yanaşı, xərci ödəmək vacibdir.
Bu tərəfləri ilə xərclər vergilərə çox bənzəyir. Bu səbəbdən bəzi yazıçılar xərc-lərin vergi növündən başqa bir şey olmadığı fikrini irəli sürürlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin