Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN TƏRTİBİ PROSESİ VƏ BÜDCƏ TƏQVİMİ



Yüklə 0,73 Mb.
səhifə75/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   71   72   73   74   75   76   77   78   ...   171
DovletMaliyesiEnSonHali2015

7.4. DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN TƏRTİBİ PROSESİ VƏ BÜDCƏ TƏQVİMİ


Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış baş-lanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial in-kişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələri-nin, inzibati rayonların mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.
Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə baş-lanılır. Bu qərara uyğun olaraq, fevral ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramı dəqiqləşdirilir.
Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında növbəti il üçün ortamüddətli büdcə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və investisiya proqramı tərtib edilir.
Cari ilin aprel ayının 15- dək dövlət büdcəsinin və investisiya proqramının il-kin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatı-nın bölmələri səviyyəsinə gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşki-latlara göndərilir. Bu təlimatlarda aidiyyatı məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təşkilinin müvafiq icra hakimiyyəti orqanına təqdim edil-məsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiy-mətləndirilməsinə) dair məlumatlar verilir.
Büdcə təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən onların büdcədən-kənar vəsaitləri nəzərə alınır.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliy-yələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1- dək müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.
Təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir:
- funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respub-likası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiy-yəti orqanları tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin və xərclə-rinin məbləği, hesablanmış və ödənilmiş büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri, büdcə gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;
- funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respubli-kası, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədən-kənar gəlirlərin və xərclərin məbləği, gəlirlərin və xərclərin keçən ilin sonu-na qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri;
- funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respubli-kası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli olan verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;
- iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlir-lərin və xərclərin qiymətləndirilməsi;
- maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqti-sadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə xərclərin həcmi;
Avqust ayının 1-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari ilin faktiki nəticələri nəzərə alınmaqla, növbəti il üzrə və ortamüddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir. Müva-fiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozu-na və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində gəlirləri və xərcləri yenidən hazırlayır.
Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət büdcəsinin gəlirləri-nin icrasını təmin edən və büdcədən maliyyələşən orqanlarla, o cümlədən Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyə-lərlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə la-yihələri üzrə müzakirələr aparılır. Müzakirələrin nəticələri protokollarla rəsmiləş-dirilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiy-yəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən ma-liyyələşdirilən təşkilatlardan zərurət yarandıqda mülkiyyət və təşkilati-hüquqi for-masından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədən-kənar dövlət fondlarından tələb oluna bilər.
Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər:
- cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;
- növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;
- ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;
- müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar;
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 10-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcəsinin göstəriciləri və bu qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşki-latlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qayda-larına əməl etməməklərinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etmə-yən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzər-də tutulmuş tədbirləri həyata keçirə bilər.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanları təsdiq olun-muş büdcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın yarım maddələri arasında müvafiq dəyişikliklər edə bilər.
Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.
Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fond-larına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə aparıl-mış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə mü-əyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir. Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdə-liklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar balansına təmin olunur. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə balan-sına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür və həmin vəsait növbəti ilin aidiyyati büdcə xərclərinin ödənilməsinə yönəldilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrıl-ması həmin ilin vergi daxilolmalarının azaldılması balansına həyata keçirilir. Döv-lət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid balansında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.
Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə balansına köçürməlidirlər. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin