Büdcə gəlirlərinin, xərclərinin, büdcə kəsirinin maliyyələşmə mənbələrinin, dövlət borclarının eyni əlamətlər üzrə qruplaşdırılmasıdır. Büdcə təsnifatı–büdcə gəlirlərinin təsnifatından, büdcə xəclərinin funksional, iqtisadi, təşkilati (inzibati) və s. prinsiplər əsasında tərtib olunmuş vahid təsnifatdan ibarətdir.
Sxematik olaraq aşağıdakı 4 qrupa alınır:
Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı;
Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı;
Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı;
Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilati) təsnifatı.72 Büdcə gəlirləri–Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.
Büdcə gəlirləri 4 bölməyə bölünürlər:
Vergilərdən daxilolmalar;
Vergi olmayan gəlirlərdən;
Əsaslı gəlirlər;
Rəsmi qaydada alınan vəsaitlərdən (transferlər);
Büdcə xərcləri–büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir. Qaytarılmamaq şərtilə verilən vəsaiti eyni zamanda, büdcə krediti və büdcə ssudaları da ola bilər.
Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin funksional təsnifatı dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə istiqamətləndirilmiş maliyyəni əks etdirən müxtəlif səviyyələrdə büdcə xərclərinin qruplaşdırılmasıdır.
Bu təsnifata aid olan bölmələr aşağıdakılardır:
ümumi dövlət xidmətləri xərcləri;
müdafiə xərcləri;
məhkəmə hakimiyyəti, hüquqi-mühafizə, təhlükəsizlik orqanlarının və prokuror-luğun saxlanılması xərcləri;
təhsil xərcləri;
səhiyyə xərcləri;
sosial- müdafiə və sosial-təminat xərcləri;
mədəniyyət,incəsənət, KİV, bədən tərbiyəsi və din sahəsində fəaliyyətə çəkilən xərclər;
mənzil-kommunal təsərrüfatı xərcləri;
yanacaq və enerji kompleksi xərcləri;
kənd təsərrüfatı və balıqçılıq təsərrüfatı xərcləri.
Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin təsnifatı məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasıdır.
Təsnifat aşağıdakı xərc maddələrini təşkil edir:
əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi;
faizlər üzrə ödənişlər;
subsidiyalar və cari ödənişlər;
əsaslı fondlara əsaslı vəsait qoyuluşu;
dövlət ehtiyatlarının yaradılması;
torpaq və qeyri-maddi aktivlərin alınması;
əsaslı ödənişlər;
ölkə daxilində qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi;
xaricə qaytarılan məbləğ çıxdıqdan sonra kreditlərin verilməsi.
Azəbaycan Respublikası dövlət büdcəsi xərclərinin təşkilatları üzrə təsnifatı dövlət büdcəsindən birbaşa büdcə vəsaitlərinin bölüşdürülməsini əks etdiən xərc-lərin qruplaşdırılmasıdır.
Bu təsnifatda konkret olaraq büdcə vəsaitləri alan təşkilatların fəsillər üzrə siyahısı qeyd olunur:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi;
Azərbaycan Dövlət Neft Şirkəti;
Hərbi Sənaye Kompleksi;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi;
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası;
Azərbaycan Respublikası Təhsil Nazirliyi;
Azərbaycan Respublikası Maliyyə Nazirliyi;
Azərbaycan Respublikası Vergilər Nazirliyi;
Azərbaycan Respublikası Milli Məclisi;
AR Prezident aparatı;
Azərbaycan Respublikası Nazirlər Kabineti;
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi;
AR Prokurorluğu ;
AR Daxili İşlər Nazirliyi;
AR Dövlət Gömrük Komitəsi;
Büdcədənkənar fondlar;73
7.5.1. Büdcə təsnifatının məzmunu
Tərkibinə, mənbəyinə, istifadə istiqamətinə və digər təyinatlarına görə büdcə-nin gəlirləri və xərcləri müxtəlifdir.74 Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatının müqayisəsini təmin etmək məqsədi ilə AR-nda vahid büdcə təsnifatı tətbiq olunur.
Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, təşkilati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir.
Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlirlərinin və xərclərinin, həmçinin bu büdcələrin kəsirlərinin maliyyələşdirmə mənbələrinin qruplaşdırılması ilə müəyyən edilir və Azərbaycan Respublikasınınbüdcə sisteminin bü-tün səviyyəli büdcələrinin tərtib edilməsində və icrasında, onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur.
Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan mühüm tələbdir. Büdcə təsnifatı elementləri üzrə qruplaşdırılmış göstəricilərdən bacarıqla istifadə edilməsi büdcə vəsaitlərinin real hərəkətini görməyə imkan verir və bu iqtisadi və sosial proseslərin gedişinə fəal təsir göstərir. Plan və hesabat gös-təricilərinin müqayisəsi və təhlili büdcə fondlarının yaradılması və istifadəsi haq-qında əsaslı nəticə çıxarmağa, təklif verməyə və pul vəsaitlərinin iqtisadi və sosial inkişafın əsas istiqamətlərinə yönəldilməsinə imkan verir. Gəlirlərin və xərclərin detallaşdırılması, qruplaşdırılması büdcəyə daxil olan göstəricilərin yoxlanmasını asanlaşdırır, daxilolmaların dinamik inkişafını, müxtəlif gəlirlərin və xərclərin xü-susi çəkisini və ya hər hansı bir ehtiyacın tələbatının ödənilməsini müəyyən edir. Təsnifat smetaların və büdcələrin məcmusuna şərait yaradır, onların iqtisadi təhlili-ni asanlaşdırır, vəsaitlərin vaxtında büdcədə cəmlənməsinə, onlardan məqsədli istifadəsinə nəzarəti sadələşdirir. Büdcənin icrası haqqında hesabat üzrə gəlir və xərclərin müqayisəsinə şərait yaradır, maliyyə intizamına riayət edilməsinə, vəsait-lərin qənaətlə istifadəsinə, maliyyə planlarının yerinə yetirilməsinə nəzarətə imkan verir. Müxtəlif səviyyəli büdcə sistemlərinin müstəqilliyi şəraitində təsnifat bütün büdcə növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büd-cə göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.
Büdcə təsnifatı bütün büdcə idarə və təşkilatları üçün vacibdir və Azərbaycan Respublikasınınbüdcə qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun qurulur.
1991-ci ilə qədər büdcə təcrübəsində iki cür təsnifləşdirmə mövcud idi:
ittifaq büdcəsinin və müttəfiq respublikaların respublika büdcəsinin gəlir və xərclərinin təsnifatı;
muxtar respublikaların respublika büdcəsinin və yerli büdcələrin gəlir və xərclərinin təsnifatı.
Büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasının eyniliyi onların vahid SSRİ Dövlət büdcəsində birləşməsinə imkan vermişdir.
İdarəetmə metodlarının inkişafı nəticəsində büdcə təsnifatı dəyişilir və təkmil-ləşdirilir. Müstəqil Azərbaycan Respublikasının dövlət büdcəsi təsnifatının tərkibi AR Maliyyə Nazir-liyinin 5 avqust 1996 cı il tarixli İ-54 saylı əmri ilə təsdiq olunmuş, 17 sentyabr 1997 ci il tarixli İ-66 saylı və 3 avqust 1998 ci il tarixli İ-63 saylı əmrlərlə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsinin təsnifatı ilə tənzimlənir.75