Dövlət malı ilə xüsusi mal arasında iştirak edən bir çox mal növü "qismən ictimai mallar" və ya "qarışıq mallar" olaraq adlandırılmaqdadır. İqtisadiyyatda, ümumiyyətlə tam ictimai maldan daha çox qəsmən ictimai mal vardır. İctimai malları izah edilərkən iki təməl xüsusiyyətinin olduğu ifadə olunmuşdu; ortaq istehlak və faydasından məhrum edilə bilməmə. Yarı ictimai mallarda bu iki xüsusiyyətdən biri əskikdir. Bir başqa deyişlə ya ortaq istehlak xüsusiyyətindən ya da xaric edilə bilməmə xüsusiyyətindən bir sapma görünməkdədir. Bəzi ictimai mallarda qismən rəqabət ola bilər.
Müəyyən səviyyədə dövlət malı istehsalı mövcud ikən, bir fərdin bu malı isti-fadə etməsinə icazə verilməsi, bir başqa fərdin onu istifadə etməkdən məhrum edil-məməsindən, daha əvvəl o malı istifadə edənlərin əldə etdikləri faydaları azalda bilər. Beləcə, bir fərdə o malı istifadə etməyə icazə vermənin bir fürsət xərci vardır. Bu vəziyyət iqtisadiyyat ədəbiyyatında qismi rəqabət, "sıxılmışlıq" (congestion) olaraq adlandırılmaqdadır. Bir malı istifadə etmək üçün daha çox fərdə icazə ver-mənin fürsət xərci və ya o malı daha əvvəl istifadə edənlərin faydalarındakı azal-maya "sıxılmışlıq xərci" adı verilməkdədir.
Nəzəri olaraq tam ictimai mallarda bu cür bir sıxılmışlıq xərcinin ortaya çıx-ması ya tamamilə qeyri-mümkündür, ya da çox çətindir. İki fərqli səbəb sıxılmışlığın və xərcinin ortaya çıxma qaynağı ola bilər. Əlavə bir fərdin bəhs edilənmalı istifadə etməyə başlaması birinci qaynaqdır. İkinci qaynaqsa , müəyyən bir yarı ictimai malı bir fərdin daha sıx (uzun, davamlı) istifadə etməsi ilə ortaya çıxar. Məsələn dövlətə Kəsir bir hovuzda sıxılmışlıq hovuzu istifadə edən fərd sayının artması ilə ortaya çıxa bilər. Və ya fərd sayı dəyişmədən bir fərdin daha uzun, davamlı istifadə etməsindən sıxılmışlıq ortaya çıxa bilər. Xilasetmə və ya polis xidmətləri qismən ictimai (sıxışan) mallara başqa nümunələrdir. Müəyyən ədəddə xilasetmə vasitəsinin olduğu bir bölgədə, xidmət edilən adam sayı artdıqca, adam başına faydalar azala bilər. Çünki hər hansı bir yanğın vəziyyətində xilasetmə vasitələrinin başqa bir bölgədə olma ehtimalı artmaqdadır.