Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


- Büdcə xərclərinin inzibati təsnifatı



Yüklə 0,73 Mb.
səhifə81/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   77   78   79   80   81   82   83   84   ...   171
DovletMaliyesiEnSonHali2015

- Büdcə xərclərinin inzibati təsnifatı
Məlum olduğu kimi, dövlətin qarşısında duran funksiya və vəzifələrin həyata keçirilməsi müvafiq məqsədlər üçün yaradılmış dövlət orqanları və icra hakimiy-yəti qurumları tərəfindən təşkil və təmin olunur. Belə ki, ayrı-ayrı sahə və istiqa-mətlərdə dövlət siyasətinin işlənilməsi və həyata keçirilməsi üçün müvafiq nazir-liklər yaradılır, sahələrarası məsələlər komitə, komissiyalar və ya işçi qrupları va-sitəsi ilə təmin olunur, ayrı-ayrı xidmətlər üçün baş idarələr, agentlik və xidmətlər qurulur; şəhər və rayon icra hakimiyyəti orqanları fəaliyyət göstərir; qanunlar Milli Məclis tərəfindən qəbul olunur; qanunların yerinə yetirilməsinə nəzarət prokuror-luq və məhkəmə orqanları tərəfindən həyata keçirilir və s. Məsələn, hazırda AR-nda icra hakimiyyəti sisteminə Prezidentin İcra aparatı, Nazirlər kabineti, 20 nazirlik, 10 dövlət komitəsi, 3 komissiya, 4 baş idarə, 4 agentlik, habelə işçi qrup-ları, büro və şuralar, şəhər və rayon icra hakimiyyəti orqanları və s daxildir.79
Dövlətin yerinə yetirdiyi vəzifə və funksiyalar müvafiq dövlət orqanları ara-sında bölündüyündən, həmin funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulan vəsaitlər də uyğun olaraq, bu orqan və təşkilatlar arasında bölünür və onların sərəncamına keçir. Büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq, müvafiq vəzifə və funksiyalarını həyata keçirən dövlət orqanları və təşkilatları üzrə qruplaşdırılma-sına büdcə xərclərinin inzibati təsnifatı deyilir.
Hər il üzrə dövlət büdcəsi haqqında qanundan fərqli olaraq, həmin qanunun tətbiq edilməsi barədə prezidentin fərmanında büdcənin bütün xərcləri funksional bölmə və yarımbölmələr üzrə verilməklə yanaşı, həm də konkret icraçılar arasında bölünərək təqdim olunur. Məsələn, büdcənin “Sosial müdafiə və sosial təminat” bölməsi 2 yarım bölmədən Sosial müdafiə və Sosial təminat yarımbölmələ-rindən ibarətdir. “Sosial müdafiə xərcləri” yarımbölməsi üzrə nəzərdə tutulan vəsait 3 qurum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondu arasında bölünür.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin