Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə90/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   86   87   88   89   90   91   92   93   ...   171
DovletMaliyesiEnSonHali2015

Vergilərdən daxilolmalar
Vergilərdən daxilolmalar dövlətin və yerli özünüidarəetmə orqanlarının fəaliy-yətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul və-saitlərinin özgəninkiləşdirilməsi şəklində büdcəyə köçürülən məcburi, fərdi, əvəz-siz ödənişlərdir. Azərbaycan Respublikasınınvergiləri qanunla müəyyən edilir. Vergilər dövlət vergilə-rinə, Muxtar Respublika vergilərinə və yerli vergilərə bölünür. Dövlət vergiləri dedikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən respublika ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Muxtar Respublika vergiləri dedikdə NMR-da Azərbaycan RespublikasınınVergi Məcəlləsinə müvafiq olaraq NMR-nın qanunları ilə müəyyən edilən və Muxtar Respublikanın ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilər dedikdə isə Azərbaycan RespublikasınınVergi Məcəlləsi, “Yerli vergilər və ödənişlər” haqqında Azərbaycan RespublikasınınQanunu və digər qanunlarla müəyyənləşdirilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər nəzərdə tutulur.83
1. Gəlirlərdən vergilər
Gəlirlərdən vergilər fiziki və hüquqi şəxslərin gəlirlərindən vergilərə bölünür.
Fiziki şəxslər vergi ili üçün AR-da və Azərbaycan Respublikasınınhüdudlarından kənarda əldə et-diyi bütün gəlirlərindən və həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdi-rilən gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdən gəlir vergisi ödəyirlər. Fiziki şəxslərin gəlirləri muzdlu işlə əlaqədar olan gəlirlərə, muzdlu işlə əlaqədar olma-yan gəlirlərə və sair gəlirlərə bölündüyü üçün fiziki şəxslərdən gəlir vergisi də bu qruplar üzrə bölünmüşdür. Muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi dedikdə əmək haqqından və bu işlə bağlı hər hansı ödəmədən, faydadan əldə edilən gəlirlər-dən gəlir vergisi nəzərdə tutulur.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi dedikdə isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən alınan vergi başa düşülür.
Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi dedikdə vergilərdən azad edilən gəlirlərdən başqa, digər gəlirlərdən alınan gəlir vergisi nəzərdə tutulur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin