5. Mal və xidmətlərə görə vergilər Mal və xidmətlərə görə xidmətlər kateqoriyasına malların, işlərin və xidmət-lərin istehsalı, hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid edilmişdir.
Bu kateqoriyaya aid olan vergilər aşağıdakılardır;
- Əlavə dəyər vergisi təsnifatda iki maddəyə bölünmüşdür: AR-da mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi, respublika ərazisinə gətirilən mallara görə əlavə dəyər vergisi;
- Satışdan vergilər malların, işlərin və xidmətlərin istehsal mərhələsindən tutulmuş, pərakəndə satış mərhələsinədək yalnız bir mərhələdə tutulan vergilərdir;
- Sadələşdirilmiş vergi üzrə daxilolmalarına əlavə dəyər vergisi kimi qeydiy-yatdan keçməyən hüquqi və fiziki şəxslərin bu sistem üzrə ödədikləri vergilər aiddir.85 Sadələşdirilmiş vergi aşağıdakı dərəcə ilə hesablanır.
Bakı şəhərində 4 faiz
Digər şəhər və rayonlarda, Naxcıvan MR-da 2 faiz
Aksizlər təsnifatda iki maddəyə bölünmüşdür. AR-da istehsal olunan mallara görə aksiz və respublikamıza idxal olunan mallara görə aksiz.
6 Yol vergisi respublikamızın avtomobil nəqliyyatı vasitələrinin sahibləri və respublika ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin növündən, otura-caqların sayından, yükgötürmə qabiliyyətindən, qət edilən məsafədən, mühərrikin gücündən və sair göstəricilərdən asılı olaraq ödənilən vergilərdir.
Azərbaycan Respublikasınınərazisinə daxil olan xarici dövlətlərin, habelə Azərbaycan Respublikasınınərazisində şəxs-lərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.
Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasınınərazisində qət edilən yolun hər bir kilometri üçün aşağıdakı kimi tutulur;86 − 37 tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları;
− 41 tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları;
− 51 tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları;
− 61 tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları;
− 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;
− 81 tondan çox olduqda – 1.8 ABŞ dolları;