Rəqabətli qiymət sistemində tam məlumata sahib olmağın lazım olduğu ifadə olunmuşdur. İstehsalçıların və istehlakçıların iqtisadiyyatdakı bütün malların indiki və gələcəkdəki qiymətlərini bildikləri düşünülməkdədir. Ancaq gələcəkdəki qiy-mətlərin məchulluğu mövzu baisdir. Çünki gələcəkdəki iqlim şərtləri, zövqlər və seçimlərdə, texnologiyada ortaya çıxacaq müxtəlifliklər qiymətlərin dəyişməsinə səbəb olacaq. Gələcəkdə meydana gələcək riskləri tam mənasıyla bilən fərdlər, gə-ləcəkdəki mal və xidmət tələblərini də qəti olaraq müəyyən edə biləcəklər. Beləcə, gələcəkdə hər bir mal və istehsal faktoru üçün bazarlar meydana gələcək. Bu şərt-lərdən ibarət olan bazarlar, gələcək bazarlar (future markets) olaraq adlandırılmaq-dadır. Gələcəkdə meydana gələcək risklər tam olaraq bilindiyində, gələcək bazar-larda mövcud olan qiymətlərdə bazar effektıv işləyəcək.
Ancaq gələcəkdəki xaoslar gələcək bazarların ortaya çıxmasına maneə törət-məkdədir. Bu səbəblə gələcək bazarlarının real həyatda meydana gəlməsinin çətin-liyi, bazar müvəffəqiyyətsizliklərinin olmasına səbəb olmaqdadır. Real həyatda yalnız bəzi mal və xidmətlər üçün gələcək bazarlar meydana gələ bilməkdədir. Məsələn, sığorta şəhadətnamələri gələcəkdəki qəza və ya ölüm kimi bəzi risklərə qarşı "qoruma" tələblərini qarşılamaqdadır. Ancaq çox az sayda mal və xidmətdə bu bazarlar meydana gəlməkdə və bu bazarların rəqabətçi olduqlarının deyilməsi mümkün deyil.
Gələcək bazarların meydana gələ bilməməsi üçün iki səbəb vardır. Birincisi, bu cür bazar meydana gətirmənin əməliyyat xərclərinin çox yüksək olmasıdır. İkin-cisi, asimetrik məlumat problemidir. Asimetrik məlumat problemi, sığortalanmaq istəyən fərdlərin sahib olduğu, ancaq sığorta edənin sahib olmadığı məlumatlardan qaynaqlanmaqdadır. Sığortalanan fərd bu cür məlumatları sığorta şirkətinə qarşı üstünlük olaraq istifadə edə bilər. Asimmetrik məlumat problemi, bazarların axsamasında əxlaqi risk və ayırma çətinliyi (adverse selection) olaraq bilinən iki yoldan ortaya çıxmaqdadır.
Əxlaqi risk, sığortaçı tərəfindən idarə edilə bilməyən, sığortalının zərərin orta-ya çıxma ehtimalına və ya zərərin böyüklüyünə təsir edə bildiyi vəziyyətlərdə ortaya çıxır. Məsələn, bir fərd, sığortalı olması səbəbi ilə, qəzanı önləyici tədbirləri görməyərək qəza ehtimalının artmasına səbəb ola bilər. Önləyici tədbirlərin sı-ğortaçı tərəfindən bilinə bilməmiş bazarların axsamasına təsir etməsinə yaxşı bir nümunə səhiyyə sığortalarıdır. Xüsusilə səhiyyə riski daha çox olanların sığorta etdirmə meyllərinin çox olduğu düşünülməkdədir. Əxlaqi risk meydana gəldiyi zaman tam rəqabətli gələcək bazarlarının meydana gəlməsi mümkün deyil.
Ayırma çətinliyi, riskin meydana gəlmə ehtimalları fərqli olan sığortalı fərd-lərin varlığı halında ortaya çıxır. Bəzi fərdlər yüksək riskli, bəziləri aşağı riskli ola bilər. Belə bir vəziyyətdə sığorta şirkətləri fərdlərin bu risk fərqliliklərini təyin edə bilməyəcəklər. Kasko sığorta edən şirkətlərin bir sürücünün, digərinə görə daha diqqətli avtomobil istifadə edib istifadə etmədiyini təyin edə bilmədikləri kimi, real həyatda gələcək bazarlar ortaya çıxmayacaq, qaynaq bölüşdürülməsində təsirsizliklər də ortaya çıxacaq. Gələcək bazarların axsaması dövlətin qaynaq bölüşdürülməsində fəaliyyətin təmin edilməsi üçün vəzifəyə çağırılmasına səbəb olmaqdadır. Dövlət xüsusilə işsizlik sığortası, səhiyyə sığortası, ictimai təhlükəsizlik kimi sahələrdə ya özü fəaliyyətdə olmaqda, ya da xüsusi sektorun fəaliyyətdə olmasına icazə verməkdə ancaq fəaliyyətləri təşkil etməkdədir. Bu baxımdan baxıldığında dövlətin aldığı bu vəzifə, yalnız qaynaq bölüşdürülməsində fəaliyyəti deyil, aşağıda açıqlanacaq olan gəlir bölgüsündə ədaləti də təmin etməyə istiqamətli olduğu aydın ola bilər.