Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


VERGİLƏR DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN ALƏTİDİR



Yüklə 0,73 Mb.
səhifə104/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   100   101   102   103   104   105   106   107   ...   171
DovletMaliyesiEnSonHali2015

8.10. VERGİLƏR DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN ALƏTİDİR


Dövlətin iqtisadi inkişafına mərkəzləşdirilmiş təsirli alətlərindən biri kimi ver-gilərdən istifadə edilməsinin uzun tarixi var, lakin uzun müddət ərzində onlara iqti-sadi siyasətin çevik aləti kimi deyil, yalnız dövlət büdcəsini formalaşdıran mən-bələrdən biri kimi baxılıb. Onu qeyd etmək kifayətdir ki, “maliyyə” anlayışının özü XIII-XIV əsrlərdə, özünü ticarətin çiçəklənməsi, pul hesablaşmaların möhkəmlən-məsi, o dövr üçün bazar münasibətləri yaxşı inkişaf etmiş İtaliya, Fransa və bir sıra digər ölkələrdə bank işinin meydana gəlməsində ifadə etmiş əmtəə-pul münasi-bətlərinin təşəkkülü dövrində meydana gəlmişdir.
Bununla əlaqədar onu xatırlamaq məqsədəuyğun olardı ki, kapitalizmə qədərki ictimai formasiyalarda dövlət gəlirlərinin mərkəzləşdirilməsi əsasən pul şəklində deyil, natural şəkildə baş verirdi. Quldarlıq quruluşunda hökmdarların sərəncamın-da olan resurslar dövlət resurslarından ayrılmışdır, onun pul xəzinəsinin formalaş-ması mənbələri arasında isə vergilər axırıncı yeri tuturdu.
Uzunmüddətli tarixi dövr ərzində vergilərin təyinatı əhəmiyyətli dərəcədə dəyi-şirdi. Əvvəllər vergilər əsasən dövlət maşını fəaliyyətinin, ilk növbədə də, xarici təhlükəsizliyin təmin edilməsi xarakteriki daşıyırdı. Vergi yığımları vasitəsi ilə dövlət özünün tələbatlarından və sərhədlərinin müdafiəsindən, həmçinin müharibələr aparmaqdan ötrü vəsaitlər yığırdı. Vergilərdən digər məqsədlər üçün, məsələn, ölkənin iqtisadi vəziyyətinə təsir göstərməkdən ötrü də istifadə edilməsinin mümkün olması haqqında iqtisadçılar yalnız bazar iqtisadiyyatı inkişaf etməyə başladıqdan sonra fikirləşməyə başladılar: ilk növbədə natural deyil, pul dövriyyəsi üzərində qurulmuş burjuaziya cəmiyyətinin inkişafı istehsalın miqyaslarının artması və onun səmərəliliyinin yüksəlməsi ilə yanaşı çoxsaylı problemlərin də, məsələn, iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyi ilə bağlı problemlərin (ilk növbədə silsiləvi iqtisadi böhranlar) artmasına gətirib çıxardı, bu isə labüd olaraq iqtisadiyyatın tən-zimlənməsi mexanizmlərinin yaradılması tələbatını meydana gətirdi. Fransız iqti-sadçısı P.M.Qodme bu haqda yazır: “Hələ E.Voban 1706-cı ildə xalqın yoxsullu-ğuna qarşı mübarizə məqsədi ilə vergilərin köməyi ilə torpağın daha yaxşı becəril-məsini təmin etmək istəyirdi. XIX əsrdə Almaniyada F.List başda olmaqla milli iqtisadi məktəbinin alimləri də vegiqoymadan, xüsusilə də proteksionist rüsumlar-dan, milli sənayenin yaranmasını təmin etmək məqsəd ilə istifadə edilməsini zəruri sayırdılar. Lakin dövlətin iqtisad inkişafına təsirinin vergi mexanizmlərinin real olaraq yaradılması və tətbiqi maşın istehsalının inkişafı və kapitalizmin öz inkişa-fında inhisarçı mərhələsinə daxil olması ilə əlaqədar başlandı. Bu dövrdə iqtisadiy-yatın dövlət tənzimlənməsi mühüm əhəmiyyət kəsb etməyə başlayır. Belə şəraitdə vergilər bir çox ölkələrin dövlət gəlirlərinin əsas mənbəyinə çevrilir. Artıq XIX əsrdə və XX əsrin əvvəllərində “büdcəyə bütün daxilolmaların 80-90 %-i vergilərin payına düşürdü. Belə ki, Böyük Britaniyada 1880-ci ildə dövlət büdcəsinin bütün gəlirlərinin 91, Rusiyada 81,9, ABŞ-da (1906-1910-ci illər) 92,1%-ni vergilər təş-kil edirdi”. İmperializmin təşəkkülü dövrində cəmiyyətin mentalitetinin dəyişməsi labüd olan ictimai həyatın və ilk növbədə onun iqtisadi sahəsinin idarə olunmasına yanaşmaların da dəyişməsini doğurdu. Cəmiyyətin çox kasıblara təbəqələşməsi hökuməti bu təbəqələşmənin zəiflədilməsi üzrə də olmasa, heç olmasa, əhalinin ən kasıb təbəqələrinin onların yaşamasını təmin etməyə imkan verən səviyyəyə qaldı-rılması üzrə əsaslı qərarlar qəbul etməyə vadar etdi.
Dövlətin iqtisadi siyasətinin aləti kimi vergilər cəmiyyətdə bazar münasibət-lərinin inkişaf etməsi ilə və ən əvvəl müxtəlif ictimai qrupların gəlirlərinin, heç olmasa, qismən bərabərləşdirməsindən ötrü getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Qeyd etmək lazımdır ki, təkcə fiskal üsullarla yığılan pul vəsaitlə-rinin həcmi deyil, həm də vergi sisteminin quruluşu da dəyişir. Əgər XX əsrin əvvəllərində vergi daxilolmalarının əsas hissəsini (70-80%) vasitəli vergilər təşkil edirdisə, bazar təsərrüfatçılarının inkişafı artıq bu əsrin əvvəllərində vergitutmanın statusunu kəskin sürətdə yüksəldir. Bu onun nəticəsi idi ki, dövlət ölkənin iqtisadi inkişafının tənzimlənməsi aləti kimi mərkəzləşdirilmiş pul vəsaitlərindən daha çox istifadə etməyə başlayır. Vergi növlərinin miqdarı və vergi verənlərin sayı sürətlə artır, vasitəli vergitutma ilə yanaşı, birbaşa vergitutma da əhəmiyyətli dərəcədə inkişaf edir, xüsusən gəlir vergisi daha çox əhəmiyyət kəsb etməyə başlayır.
İkinci Dünya müharibəsindən sonra onda iştirak edən ölkələrdə xalq təsərrüfa-tının bərpası və bazar istiqamətli Qərb ölkələrində və Yaponiyada iqtisadi artım başlanır. Bununla əlaqədar həm vergilərin rolu, həm də onların makroiqtisadi nöq-teyi-nəzərdən nəzəri cəhətdən dərk olunması səviyyəsi daha da artır.
Bazar iqtisadiyyatının silsiləvi inkişafı ilə əlaqədar cəmiyyət inkişaf etdikcə müxtəlif sahələrin inkişafının çevik tənzimlənməsinə tələbat artır və inkişaf etmiş ölkələrin hökumətləri bunu yaxşı dərk edirlər. Vergilər isə bu cür tənzimlənməni təmin etməyə qadir olan alətdir. “Vergitutmadan durğunluq dövrlərində iqtisadiy-yatın himayə edilməsinin vasitəsi kimi istifadə oluna bilər. Məsələn, avadanlığın amortizasiyası sürətini artırmağa imkan verən vergi tədbirləri belə tədbirlərindən-dir ”. Lakin vergi vasitəsi ilə bəzi müəssisələrə mane olmaq olar. Məsələn, avtomo-billərin istehsalı və satışına qoyulan vergilərin vasitəsi ilə avtomobilqayırmanın “həddindən artıq” böyük sürətlə inkişaf etməsinin qarşısı alınırdı (Fransada).
Çevik vergi güzəştləri sistemləri eyni vaxtda yüksəlişdə olan sahələri çox yüksək inkişaf sürətindən saxlamağa, bununla yanaşı, itkiləri azaltmağa və tənəzzül edən sahələrə kömək göstərməyə imkan verir. Bundan başqa, korporasiyaların gəlir və mənfəətlərindən vergi dərəcələrinin aşağı salınması onlara daha intensiv inkişaf etmək və qalan mənfəətdən istehsalın təkmilləşməsi məqsədi ilə (axı şəxsi varlan-manın qarşısı gəlir vergisi dərəcəsini qaldırmaqla dövlət tərəfindən alınır)istifadə etmək imkanı verir. Şübhəsiz ki, bunda hər bir dövlət maraqlı olmalıdır: milli istehsal prosesi nə qədər məhsuldar olsa, məhsullar dünya bazarında bir o qədər rə-qabətə dözümlü olur, müəssisələr nə qədər yaxşı işləsələr, onların işçilərinin sayı və həyat səviyyəsi bir o qədər çox yüksəlir.
“Vergi təsiri həm də artım və inkişafa səbəb ola bilər. Belə ki, vergi güzəşt-ləri tikinti, meşələrin bərpası, kapital qoyuluşları və i.a. üçün verilə bilər. Bu, ver-gilərin müəyyən edilmiş məbləğlərindən, gəlir vergisindən kapital qoyuluşu məb-ləğinin çıxılması yolu ilə edilir. Vergi hesablandıqda nəzərə alınan müxtəlif amorti-zasiya normaları da tətbiq olunur. Vergilər vasitəsi ilə ixracı da eyni dərəcədə həvəsləndirmək olar, məsələn, ixracat məhsulunun istehsalına görə ödənilən vergi-lərin geri qaytarılması yolu ilə”. Beləliklə, dövlət “işgüzarlıq gəmisinin” həddən artıq yırğalanmasına yol verməyərək, iqtisadi inkişafın sabitləşdirilməsinə nail olur və bununla yanaşı, məcmu tələbin daim artmasını himayə etməyə can atır. “İnsanlar məcmu tələbi sabitləşdirmək bacarığı ilə onu dəyişmək bacarığını qarışıq salırlar. Əslində isə sabitləşdirmə yalnız məcmu, tələbi dəyişmək bacarığını deyil, həm də bunu vaxtında və lazımi həcmdə etmək bacarığını nəzərdə tutur. Bizə məlumdur ki, əgər dövlət xərcləri artırsa, vergilər isə artmırsa və yaxud azalırsa, dövlət xərcləri artmırsa, onda bu, lazımi şəraitdə məcmu tələbi stimullaşdıra bilər.99
Vergilər iqtisadiyyatın maliyyə tənzimlənməsi mexanizmidir.
İqtisadiyyata dövlət təsiri haqqında danışdıqda ilk növbədə iki müxtəlif üsulu göstərmək lazımdır:
- avtoritar üsul;
- vasitəli üsul.
Avtoritar təsir dövlətin özünün hakim səlahiyyətlərini həyata keçirdiyi hallarda əl atdığı birbaşa məcburiyyət təsiridir.
Vasitəli təsir isə cəmiyyətin azad üzvlərinin, dövlətə vacib istiqamətə yönəldil-məsidir. Vergi sistemi nöqteyi - nəzərindən vasitəli təsir dövlətin iqtisadiyyata həm avtoritar, həm də vasitəli müdaxiləsinin aləti ola bilər. Burada avtoritar müdaxilə vasitəli müdaxilədən daha səmərəsizdir, çünki hər hansı bir fəaliyyətə məcbur edilən şəxslər öz istəyi ilə fəaliyyət göstərən və şəxsi mənafelərə tabe olanlardan fərqli olaraq icraçılığa az meyillidirlər. Buna görə də dövlətin vergi sisteminə avtoritar təsiri, xüsusilə ayrı-ayrı vergilərin dərəcələrinin qaldırılması və yaxud yeni vergilərin tətbiq edilməsi ilk növbədə yalnız dövlətə fayda verir, əslində isə müəssisələrin maliyyə vəziyyətini sarsıdır və deməli, son nəticədə dövlət xəzinəsinə potensial ödənişlərin məbləğinin azalmasına gətirib çıxarır.
Yetkin vergi sisteminə hər hansı bir müdaxilənin mümkün nəticələrini qiymət-ləndirmək çox çətindir. Bunun üçün çoxamilli iqtisadi təhlil aparatından istifadə etmək olar, lakin bu və ya digər amilin əhəmiyyətinin qiymətləndirilməsində bu-raxılan hər hansı bir səhv, tədqiqat nəticələrinin yanlış izahına gətirib çıxarır. Bura-ya təcrübədə bütün, o cümlədən də ən əhəmiyyətli amilləri nəzərə almaq imkanı-nın heç də həmişə olmadığını əlavə etsək, bu və ya digər verginin tətbiqi və yaxud dərəcələrinin dəyişdirilməsi proqnozu sıfıra endirilə bilər. Belə ki, Fransa höku-məti “Fransız zinət əşyalarına vergi tətbiq etməklə ümid edir ki, onları alan imkanlı şəxslər verginin yükünü çəkəcəklər, lakin İtaliya zərgərlik istehsalının rəqabəti ilə əlaqədar olaraq, Fransa istehsalçıları qiymətlərin mövcud səviyyəsini saxlamaqdan ötrü öz işçilərinin əmək haqlarını azaltmağa çalışırlar.
Beləliklə, hökumət təsirinin iqtisadi nəticələri düzgün qiymətləndirilmədikdə, hökumətin apardığı iqtisadi siyasətin qiymətləndirilməsinə mənfi təsir edən yeni amillər qüvvəyə minir (məsələn, zərgərlik sahəsinin fəhlələrinin başladığı tətil digər sahələrə də yayıla bilər və nəticədə fəhlələrin gözündə ya sahibkarlar, ya da hökumət təqsirkar olacaq. Bu ondan asılıdır ki, hər iki “təqsirkar” narazı fəhlələrin əhvalına hansı qaydada təsir göstərəcəklər).100
İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin rolu iqtisadi böhran dövrlə-rində, xüsusilə də keçid iqtisadiyyatlı ölkələrin əksəriyyətində baş verdiyi kimi böhran tədavüldəki pul kütləsinin və inflyasiyanın yüksək artım sürəti ilə müşayiət olunduqda xüsusilə artır. Əvvəlki iqtisadi sistemin əsasları kəskin sürətdə sarsıldığı, yeni iqtisadiyyat isə hələ lazımi səviyyəyə çatmadığı üçün hökumətlərin bir çoxu əlavə pul kütləsinin buraxılışına əl atdılar, bu isə inflyasiyanın sıçrayışını güclən-dirdi. Lakin bununla belə, hökumətlər müəyyən müddətə dinclik əldə etməklə bundan faydalandılar. İnflyasiya problemlərini tədqiq eləyən C.Meynes 1923-cü ildə yazırdı ki, “hər bir hökumət, məsələn, Almaniya və yaxud Rusiya hökuməti, kağız pullar çap eləməklə uzun müddət yaşaya bilər. Bu o deməkdir ki, bu yol ilə hökumət vergi vasitəsi ilə daxil olan real resurslardan istifadə etmək imkanı əldə edir. Bu üsul nüfuzdan salınıb, lakin müəyyən çərçivələrdə onun səmərəli olması danılmazdır. Əgər başqa yol ilə keçinmək mümkün deyilsə, onun köməyi ilə hö-kumət yaşaya bilər. Bu üsul ən çətin olan və eyni zamanda, hətta artıq heç bir şeyə qadir olmayan ən zəif hökumətin qadir olduğu vergitutma formasıdır”.
Lakin yalnız pul vəsaitlərinin emissiyasının artırılmış miqyasları büdcə kəsirini əhəmiyyətli dərəcədə azaltmağa qadir deyil və onda hökumət çox vaxt vergi dərə-cələrinin və yığılan vergilərin sayının artırılması ilə məhdudlaşan vergi sisteminin islahatına başlayır. Post Sovet ölkələrinin hökumətləri inflyasiyanın kəskin sıçrayışından sonra məhz belə hərəkət etdilər, lakin onlar bu cür addımların ölkənin iqtisadi vəziyyətini daha da sarsıtması haqqında düşünmürdülər. Dünya təcrübəsin-də isə buna aid misallar çoxdur.
Məsələn, Fransada “ikinci dünya müharibəsindən sonra vergilər daha çox döv-lət xərclərini maliyyələşdirməkdən ötrü deyil, artıq olan alıcılıq qabiliyyətini sıxış-dırmaq məqsədi ilə tətbiq olunurdu. AFR-də 1966-cı ildə iqtisadiyyatı təhlükə altına alan inflyasiya ilə mübarizə məqsədi ilə vergilərin artırılması həyata keçirildi, bu isə hökumətin süqutu ilə nəticələndi”.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, vergilər ölkə iqtisa-diyyatının maliyyə tənzimlənməsinin ən səmərəli mexanizmlərindən biridir. Ölkə-nin iqtisadi inkişafına vergi təsiri iki yolla göstərilə bilər: onların köməyi ilə dövlət tənzimlənməsi üçün tələb olunan məbləğlərin toplanılması imkanı; hökumətlərin vergi sisteminin çevik tənzimlənməsinin köməyi ilə xalq təsərrüfatı kompleksinin bu və ya digər sahələrinin inkişafına göstərdikləri təsir vasitəsi. 101
Vergi sisteminin təşkili prinsipləri, ümumiyyətlə, birmənalı deyildir və hökumə-tin hansı iqtisad nəzəriyyəsini əsas götürməsindən asılıdır.
Vergi sistemi dedikdə müəyyən məqsədə çatmaq üçün elmi prinsiplər əsasında nizama salınmış vergilər toplusu nəzərdə tutulur. İqtisadi siyasət hazırlanarkən qar-şıya müxtəlif maliyyə, iqtisadi və ya siyasi məqsədlər qoyulur. Ona görə də vergi sisteminin xarakteri qarşıya qoyulan məqsəddən asılıdır. Məsələn, vergitutmanın təməl məqsədi gəlir və sərvət bölgüsünü daha ədalətli bir şəklə salmaqdırsa, vergi sisteminin əsas səciyyəvi cəhəti onun sosial yönümlü olmasındadır.
Vergi sistemi dinamik bir anlayışdır. Maliyyə, iqtisadi, sosial, siyasi və hüquqi amillərin təsiri altında hər ölkənin vergi sistemi bir-birindən fərqlənməklə yanaşı, bu sistem zaman anlayışının təsiri altında da inkişaf və müxtəlifliklərə məruz qalır. Məsələn, vergitutmada qarşıya qoyulan əsas məqsəd dövlətə daha çox gəlir təmin etməkdirsə (inkişaf etməkdə olan ölkələrdə olduğu kimi) o zaman vergi sistemində dolayı vergilər ağırlıq təşkil edir.
ABŞ, Almaniya və Rusiya kimi federal dövlət quruluşuna malik olan dövlət-lərdə vergi sistemləri məcburi olaraq federal və federasiya subyektləri vergilərinə bölünürlər. Çünki belə dövlətlərdə federasiya anlayışına uyğun olaraq federal dövlətlə yanaşı federasiya dövlətləri (üzvləri) də vergi qoymaq səlahiyyətinə malik olmalıdırlar. Fransa, İngiltərə, Türkiyə və Azərbaycan kimi unitar dövlətlərin vergi sistemləri isə dövlət yerli idarələrin vergilərindən ibarətdir.
Vergi sisteminin xarakteri bütün digər eyni şərtlər daxilində tətbiq olunduğu ölkədə mövcud olan iqtisadi sistemin mahiyyəti və formasından asılıdır. Məsələn, qapalı və ya Kəsir iqtisadi rejimlərdə tətbiq edilən vergi sistemləri təbii olaraq bir-birindən fərqlidir. Və yaxud sosialist iqtisadi rejimi ilə bazar iqtisadiyyatında tətbiq edilən vergi sistemləri də eyni ola bilməz.
Azərbaycanda inzibati-amirlik sisteminin süqutu və bazar iqtisadiyyatının tət-biqi prosesində vergi sistemində məzmun və formaca edilən müxtəlifliklər indiki nəslin gözü qabağında baş verir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin