Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Vergi ödəyicisinin təsərrüfat müstəqilliyi prinsipi



Yüklə 0,73 Mb.
səhifə112/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   108   109   110   111   112   113   114   115   ...   171
DovletMaliyesiEnSonHali2015

5.Vergi ödəyicisinin təsərrüfat müstəqilliyi prinsipi. Demokratik üsullarla idarə olunan dövlətlərdə bu prinsip ən yaxşı şəkildə həyata keçirilir. Vergi tutularkən məhz belə dövlətlərdə özəl şəxslərin diqqətlə təhqiqatına yol verilməmək üçün imkan vardır. Bu dövlətlərin vergi təcrübəsində verginin “tutulması” termini heç də dəqiq deyil. Çünki, A. Smit göstərdiyi kimi, harada ki əhali dövlətin mövcudluğu üçün vergilərin ödənilməsini zəruri hesab edir, bu vergilərin nəzərdə tutulmuş məqsədlərə sərf ediləcəyinə əmindir və vergi məmurlarına tam etibar edir, orada mükəlləflər vergiləri məcbur edilmədən, könüllü və vicdanla ödəyirlər.
Beləliklə, A.Smitə görə vergi subyekti müəyyən mülkiyyətə malik olan və müstəqil təsərrüfat fəaliyyətindən gəlir əldə edən və şəxsən müstəqil olan vətəndaş-dır. Ödəyicinin borcu vergini qanunla, sabit şəkildə təsbit edilmiş müəyyən müd-dətdə və müəyyən məbləğdə ödəməkdir. Bu sabit qaydanı əvvəlcədən bilmək onun hüququdur. Bundan başqa, vergi ödəyicisinin elə bir vergitutma mexanizminə malik olmağa hüququ vardır ki, bu proses onun siyasi hüquqlarını pozmasın və onun təsərrüfat müstəqilliyini məhdudlaşdırmasın. Lakin vergi ödəyicisinin hüquqlarının qorunmasına nə və necə zəmanət verə bilər? Həmin suala Fransada 1789-cu ildə insan və vətəndaşların Hüquq Bəyannaməsinin müəllifləri cavab verməyə çalışmışlar. Həmin Bəyannamənin bəzi prinsip və müddəaları öz dövri-nün zaman çərçivəsini aşmış və aktuallığını müasir dövrə qədər saxlayır. Bu, hər şeydən əvvəl “siyasi həyat kiçik məcəlləsinə” (Bəyannamənin 12-15-ci maddələri) aiddir. Onun birində beş maddəsindən dördü verginin hüquqi təbiətinin, vergi ödəyicilərinin hüquqlarının təhlili üçün lazım olan müddəaları özündə birləşdirir. Bəyannamənin 12-ci maddəsi dövlət hakimiyyətinin insan və vətəndaşlıq hüquq-larını müdafiə edən, hakimiyyətdə olanların deyil, hamının mənafeyi üçün fəaliyyət göstərən bir ictimai orqan olduğunu elan edir. 13-cü maddəyə görə belə bir haki-miyyətin saxlanılması üçün bütün vətəndaşlar arasında onların imkanlarına müva-fiq olaraq bölüşdürülən “ümumi haqq” ödəməlidirlər. Bəyannamənin 14-cü maddə-sində isə qeyd edilirdi: “Bütün vətəndaşlar özləri və ya təmsilçiləri” vasitəsilə döv-lətin vergiqoyma zəruriliyini təsdiq etmək, vergilərin tutulmasına könüllü razı-laşmaq, onun xərclənməsini izləmək və işgüzar məbləğini, əsaslarını, qayda və tutulma müddətini müəyyən etmək hüququna malikdir”. 15-ci maddə vətəndaşlara hüquq verir ki, hər hansı bir vəzifəli şəxsdən ona tapşırılan sahə haqqında hesabat tələb etsin.
Deyilənləri ümumiləşdirsək görərik ki, bəyannamənin 4 kiçik maddəsi müasir dövrin əslində bütün maliyyə prinsiplərinin əsaslarını özündə birləşdirir:
1. Məsələn, bəyannamənin yuxarıda qeyd edilən 12-ci maddəsində deyilir ki, dövlət hakimiyyəti hamının mənafeyi üçün yaradılmışdır. “Mənafe” termini döv-lətin cəmiyyət qarşısında duran vəzifələrdən fərqli digər heç bir vəzifəsinin olma-dığı həqiqətinin dərk edilməsi nəticəsində meydana gəlmişdir.
2. Qanunda dəqiq müəyyən edilməyən heç bir imtiyaz, üstünlük hüququ möv-cud ola bilməz. Bu müddəadan belə bir tələb meydana çıxır:
- vergilərin ümumiliyi;
- ödəmə bərabərliyi.
Vergi ödəmədə bərabərlik – vergilərin hesablanmasında paralel sistemin olma-masını, əmlak vəziyyətinə uyğun gələn vahid, universal vergitutma qaydasının təs-diqini nəzərdə tutur. Əmlak vəziyyətindən başqa heç bir əlamət əsas götürülə bilməz. Bu prinsip yalnız vergi obyektinin seçilməsi üçün deyil, həmçinin vergi güzəştlərinin müəyyən edilməsi üçün də əsas təşkil edir. Ödəyicinin əmlak vəziy-yətinə deyil, sosial vəziyyətinə əsaslanan güzəştlər cəmiyyətin və qanunverici orqa-nın daim diqqət mərkəzində olmalıdır.
3. Göstərilən iki prinsip bilavasitə üçüncü prinsiplə-qanunvericilikdə iştirakın ümumi xarakteri ilə əlaqədardır. Vergi sahəsində mühüm qanunverici səlahiyyətlər: vergi növünün, onun obyektinin dərəcəsi, hesablanması və tutulması qaydalarının müəyyən edilməsi vətəndaşlara və onların təmsilçilərinə aiddir. Həmin vətəndaşlar və onların həmin təmsilçiləri yalnız vergi qoymur, həm də onların xərclənmə istiqamətlərini müəyyən edir, nəzarəti həyata keçirir. Fransız qanunvericiliyində “vergi ödəyicisi” termini vətəndaşın dövlətçilikdə hüquq qabiliyyətini ifadə etmək üçün vətəndaş sözünün sinonimi kimi istifadə edilirdi.
4. Verginin müəyyən edilməsi hüququ bilavasitə xalqa və ya onun təmsilçilə-rinə verildiyi və xalq hakimiyyətindən yüksək hakimiyyətin olmadığı üçün vergi ali hüquqi qüvvəyə malik aktla, yəni qanunla müəyyən edilir.
5. Bəyannamə vergi qoymaq və vergi tutmaq hüquqlarının bölgüsünü nəzərdə tutur.
6. Bəyannamə maliyyə sahəsində ictimai nəzarətin zəruriliyini qeyd edir.
Vergi hüququ hüquqi dövlət ideyası ilə sıx əlaqədardır. Vergi hüququ anlayışı və məzmunu iki əsas ideyadan ayrı təsəvvür edilə bilməz: səxsiyyətin və özəl mül-kiyyətin toxunulmazlığı. Bəyannamənin bu prinsiplərini elan edən maddələri onla-rın həyata keçirilməsi üçün mühüm olan zəmanəti də göstərir.
Vergi ödəyicisinin hüquqlarının qorunmasının əsas qarantiyası xalq hakimiyyə-tinin vergi səlahiyyətidir. Bu zaman göstərmək lazımdır ki, təmsilçilər orqanının vergilərin tutulması ilə razılaşıb - razılaşmayacağı hüququ xüsusilə vurğulanr. Büdcə hüququ (parlamentin dövlət büdcəsini təsdiq etmək hüququ) büdcə intizamı va-sitəsilə maliyyə siyasətinin həyata keçirilmə mexanizmi deyil, vətəndaşların siyasi azadlığının təmin edilməsi üsulu hesab edilirdi.
Vergi ödəyiciləri hüquqlarının qorunmasının təminatı verginin qoyulması və onun tutulması hüquqlarının bir-birindan ayrılmasıdır.
Vergi ödəyiciləri hüquqlarının qorunması, istər vergilərin yığılmasını həyata keçirən icra orqanları, istərsə də vergini qoyan təmsilçilər orqanları barədə səmərəli müdafiənin olması ilə təmin edilir.
Vətəndaşların hüquqlarının qorunmasının mühüm təminatı maliyyə sahəsində təsirli nəzarət mexanizminin mövcudluğudur. Maliyyə sahəsində təmsilçilər orqan-ları fəaliyyətinin Kəsir-aşkar xarakteri-ictimai nəzarət mexanizminin səmərəli işləməsinin vacib şərtidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin