Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə124/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   120   121   122   123   124   125   126   127   ...   171
DovletMaliyesiEnSonHali2015

Gəlirdən çıxılan xərclər

  • xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği), faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərrac keçirildiyi təqdirdə, Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olma-maqla;

  • malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əla-qədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, onlarla bağlı olan ümidsiz borc məbləğləri;

  • banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilat-ları, qanunvericiliyə müvafiq qaydada, aktivlərin təsnifatından asılı olaraq, xü-susi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlər;

  • sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qanunvericiliklə müəyyən edil-miş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırdıqları məbləğlər;

  • gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə - konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla);

  • əsas vəsaitlər üzrə hesablanan amortizasiya ayırmaları;

  • öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanılmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları.

Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin binalar, tikililər və qur-ğuların ilin sonuna qalıq dəyərinin 2 faizi, maşınlar, avadanlıq, hesablama texnikası və nəqliyyat vasitələri 5 faizi, digər əsas vəsaitlər 3 faizi və köhnəlmə (amortiza-siya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən həmin təmir xərclərinin faktiki məbləği çıxılır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin