Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə126/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   122   123   124   125   126   127   128   129   ...   171
DovletMaliyesiEnSonHali2015

9.3.ƏLAVƏ DƏYƏR VERGİSİ


Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasın-dakı fərqdir. 111
Vergi ödəyiciləri
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.
Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.
Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləri sayılır.
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 125000 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.


Qeydiyyat
ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.
Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlu-matlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edil-miş qaydada araşdırılır. Şəxsin ərizəsindəki məlumatlar düzgün olduqda, araşdır-manın nəticələri üzrə vergi orqanı tərəfindən akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə, vergi orqanı şəxsi ƏDV ödə-yicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur. Müvafiq akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir.
Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdır-manın nəticələri üzrə vergi orqanı tərəfindən əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda, şəxs qeydiyyata alınır və bu ba-rədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.
Şəxs bu maddənin dəqiqsizliklərini aradan qaldırmadıqda və qeydiyyata alınma-dıqda vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təq-dim edilir.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.
Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

  • məcburi qeydiyyat zamanı — qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə;

  • könüllü qeydiyyat zamanı — qeydiyyat haqqında ərizənin verildiyi aydan son-rakı hesabat dövrünün birinci günündə;


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin