Mühərrikin həcminin hər kub santimetrinə görə – 1 AZN
Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
Aksizli malların ixrac zamanı sıfır dərəcə ilə vergiyə cəlb edilməsi vergiyə cəlb olunan əməliyyat hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən aksizli malların istehsalı üçün alınarkən ödənilmiş aksiz vergisinin məbləği Vergi Məcəl-ləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.
Aksizlər üzrə hesabat dövrü, aksizlərin ödənilməsi və bəyannamələrin verilməsi Aksizlər üçün hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər həmin əmə-liyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rü-sumlarının tutulduğu qaydada tutulur.
Aksizlər dövlət büdcəsinə ödənilir.
Vergi ödəyicisi verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesa-bat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir. Aksizin ödəyicisi əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir.