Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


HÜQUQİ ŞƏXSLƏRİN TORPAQ VERGİSİ



Yüklə 0,73 Mb.
səhifə133/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   129   130   131   132   133   134   135   136   ...   171
DovletMaliyesiEnSonHali2015

9.6. HÜQUQİ ŞƏXSLƏRİN TORPAQ VERGİSİ


Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində tor-paq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq vergisinə cəlb olunurlar.
Vergitutma obyekti
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaq-lara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.
Verginin dərəcəsi
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yer-ləşməsi, keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirir.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə aşağıdakı cədvəldə şərti maliyyə vahidinin misli ilə müəyyən olunan dərəcələr tətbiq olunur:
Cədvəl 9.3. Torpaq Vergisinin hesablanma qaydası.115

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

Bakı

10

0,6

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

8

0,5

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

4

0,3

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə kəndləri istisna olmaqla)

2

0,1

Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları
Torpaq vergisinin ödəyiciləri torpaq sahələri barədə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssi-sələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesab-lamaları vergi orqanına verirlər.
Bələdiyyələr tərəfindən fiziki şəxslərə torpaq vergisi hər il iyunun 1-dək hesab-lanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tor-paq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesab-lanır.
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli (bələdiyyə) büdcəyə ödənilir.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqı-nın tərkibində torpaq vergisi nəzərə alınmır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin