110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,05 manat
Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı tex-nikası (traktorlar, kombayn və yığım maşınları, pambıqyığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar.
Yol vergisinin tutulması Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə kö-çürürlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxış-dan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiy-yatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir. Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Avtonəq-liyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Res-publikasının Vergilər Nazirliyinə təqdim edir.