Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılma-sına görə ödənilən vergi mədən vergisi adlanır.
Vergi ödəyiciləri Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxa-ran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Vergitutma obyekti Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazın-tılar vergitutma obyektidir.
Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntıların çıxarıldığı vaxt sayılır.
Mədən vegisinin dərəcələri Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə mədən vergisi, onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəy-yənləşdirilir:
Cədvəl 9.6. Mədən Vergisinin hesablanma qaydası116
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı
Mədən vergisinin dərəcələri (faizlə)
Xam neft
26
Təbii qaz
20
Filiz faydalı qazıntıları:
Butun növ metallar
3
Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur.
Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi Mədən vergisi xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiy-mətinə, digər faydalı qazıntılarin isə hər kub metr həcminə müəyyən olunmuş vergi dərəcələrini (vergitutma bazasına) tətbiq etməklə hesablanır.
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.
Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər.
Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir.
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-keramid gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Maliyyə sanksiyaları Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə, həmçinin bə-yannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri və onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşı-yırlar.
Mədən vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən şərti maliyyə vahidinin 40 misli miqdarında (44 manat) maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etmə-məklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mədən vergisi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,05 faizi məbləğində faiz tutulur.