Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Maliyyə sanksiyaları, cərimə və faizlər



Yüklə 0,73 Mb.
səhifə139/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   135   136   137   138   139   140   141   142   ...   171
DovletMaliyesiEnSonHali2015

Maliyyə sanksiyaları, cərimə və faizlər
Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması halla-rına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliy-yə sanksiyaları və faizlər tətbiq edilə bilər:

  • sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haq-qında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

  • aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim et-məyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məblə-ğində;

  • verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məb-ləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmış-dırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (ka-meral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;

  • nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, o cümlədən alıcıya çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının veril-məməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

  • il ərzində belə hallara birinci dəfə yol verildikdə – 400 manat;

  • il ərzində belə hallara ikinci dəfə yol verildikdə – 800 manat;

  • il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə – 1200 manat məbləğində;

  • sərvətlərin və ya pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlə-dilməsi və ya uçota alınmamasına görə:

  • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məb-ləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında;

  • il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alın-mamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faiz miqdarında;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onla-rın gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgö-türənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

  • sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.

İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun pozuntusuna yol vermiş sadələşdirilmiş vergi ödəyicilərinə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:

  • valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda;

  • valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə inzibati xəta-nın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinə-dək miqdarda;

  • avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəy-yən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər - inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək miqdarında;

  • hüquqi şəxslər - inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək miqdarında;

  • aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına və ya satış məqsədi üçün saxlanılmasına görə aksiz markası olmayan mallar müsadirə edilməklə

  • fiziki şəxslər – 35 manatdan 40 manatadək;

  • vəzifəli şəxlər – 80 manatdan 90 manatadək;

  • hüquqi şəxslər – 200 manatdan 300 manatadək;

  • saxta aksiz markalarını əldə etmə və ya satmağa görə 1000 manatdan 2000 ma-natadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azaldıqdan məhrum etmə;

  • aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama əmlakı müsadirə olunmaqla 1000 manatdan 3000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə;

  • eyni əməllər külli miqdarda, yəni 2200 manatdan yuxarı olan məbləğdə, təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əmla-kı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cə-zalandırılır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin