Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU FORMALARI



Yüklə 0,73 Mb.
səhifə143/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   139   140   141   142   143   144   145   146   ...   171
DovletMaliyesiEnSonHali2015

10.3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU FORMALARI


Azərbaycan Respublikasının dövlət borcunun formaları aşağıdakılardan iba-rətdir:

  • Azərbaycan Respublikası hökumətinin aldığı kreditlər;

  • Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları;

  • Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.

Azərbaycan Respublikasının xarici dövlət borcu Azərbaycan Respublikasının dövlət borcunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Res-publikası adından xarici hüquqi və fiziki şəxslərlə, həmçinin Beynəlxalq maliyyə təşkilatları ilə bağladığı müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada yekununu əks etdirir.
Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatına əsasən Azərbaycan Respublikasının dövlət xarici borcunun maliyyələşdirmə mənbələri aşağıdakılar hesab edilir:

  • uzunmüddətli istiqrazlar;

  • qısamüddətli istiqrazlar və veksellər;

  • başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar;

  • başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar;

  • sair öhdəliklər;

  • bank hesablarında vəsait qalıqlarının dəyişdirilməsi.

Yaranma səbəbi baxımından dövlət borclarının müxtəlifliyi aşağıdakılardır:

  • İdxaldan yaranan məqsədsiz borclar;

  • Digər öhdəliklər üzrə yaranan məqsədsiz borclar;

  • Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Büdcənin gəlir və xərc tarazlığının təmin edilməsi maqsədilə yaranan dövlət borcları;

  • İnvestisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • İdxalın maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Əvvəlki dövlət borclarının maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Fövqəladə hadisələrin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;118

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin