Pulun tədavül vasitəsi kimi qəbul olunması Əlbəttə ki, tədavül vasitəsi funksiyasını yaxşı icra edən pullar hər kəs tərəfin-dən qəbul olunacaq. Geniş yayılma sahəsi olan pullar öz sahibinə vacib üstünlük olan alıcılıq qabiliyyəti bəxş edir. Puldan istifadə alınan əmtəələrin sayını, növünü və keyfiyyətini seçməyə, vaxt və yer seçimini etməyə imkan verir. Əgər hər hansı bir tədavül vasitəsi uzun zaman ərzində istifadə edilərsə, onda onun qəbul olunması stabilləşir. Pulun qəbul olunma şərtləri əhalinin ondan istifadə etmək arzusundan və razılığından ibarətdir.
2. Pulun dəyər ölçüsü funksiyası Pulun bu funksiyası əmtəələrin dəyərinin ölçülməsi üçün istifadə edilir.
Dəyər ölçüsü – əmtəələrin və xidmətlərin dəyərinin ölçülməsi və müqayisə olunması üçün istifadə edilən pul vahididir. ABŞ-da dəyər ölçüsü dollar, İngiltərə-də funt-sterlinq, Azərbaycanda isə manatdır.
Pul dəyər ölçüsü kimi eynicinslidir, bu da aparılan əməliyyatların hesablanması üçün çox vacib şərtdir. İnsanlar müxtəlif əmtəələrin qiymətlərini manatla və ya dollarla ifadə edərək onları asanlıqla müqayisə edə bilərlər.
Əgər hər hansı bir iqtisadi sistemin dəyər ölçüsü yoxdursa, onda bu halda biz onların qiymətini manatla və ya dollarla ifadə etmək əvəzinə, gərək bütün əmtəə və xidmətlərin mübadilə proporsiyalarını hesablayaq. Məsələn: hər hansı bir iqtisadi sistemdə 5000 müxtəlif əmtəə və xidmət növü varsa, onda gərək bütün mümkün əmtəə və xidmətlərin uyğunlaşdırılması üçün 12497500 sayda mübadilə növündən istifadə edilsin.
Pul islahatları və dəyər ölçüsü İstənilən ölkənin hökuməti əvvəl qoyduğu qiymətlər miqdarını dəyişə bilər. Belə dəyişilmə pul islahatı adlanır. Pul islahatı – bir dəyər ölçüsündən digərinə keçiddir və bu keçid ümumi pul məbləğinin azaldılması ilə müşayiət olunur.
Hiper (ifrat) inflyasiya olan ölkələrdə pul islahatı milli valyutaya olan inamı artırır, çünki hökumət pul islahatı keçirərkən əhalini inflyasiya proqramını dayan-dıracağı haqda xəbərdar edir. Hiper inflyasiyada pul qiymətdən o qədər düşür ki, artıq öz funksiyasını yerinə yetirə bilmir və barter mexanizmindən istifadə olunur.