Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə157/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   153   154   155   156   157   158   159   160   ...   171
DovletMaliyesiEnSonHali2015

İnvestisiyaya təsir. Əgər investisiyaya olan tələb texnoloji proqres, işgüzarlığın artması və s. nəticəsində artırsa, onda faiz normasını yüksəltməyə yönələn «Bahalı pullar siyasəti» investisiya xərclərinə çox zəif təsir göstərəcək. Bu zaman pul-kredit siyasəti faiz dərəcələrini yuxarı qaldırmalıdır. Əksinə, depressiya və işsizlik vəziyyəti isə sahibkarlığa olan inamı qırır. Bu da «ucuz pullar siyasətinin» fəaliy-yətinin nəticələrini yoxa endirir.
Beləliklə, müasir dövlətin iqtisadiyyatı idarə etməsi üçün bir sıra metodlar var. Və bu alətlər bir-birindən təkcə kredit bazarına etdikləri təsir ilə deyil, həmçinin istifadə olunma sferalarına görə də fərqlənirlər. Buna görə də iqtisadi vəziyyəti düzgün qiymətləndirsək, onda ölkəni böhran vəziyyətindən çıxaran optimal həll yolunu seçə bilərik.
Pul-kredit siyasətinin müsbət və mənfi cəhətlərini bu bölmədə gözdən keçirtdik. İqtisadiyyatı stabilləşdirmək, ÜMM-un həcmini artırmaq, işsizliyin və inflyasiyanın səviyyəsini azaltmaq üçün pul-kredit siyasətindən bacarıqla istifadə etmək lazımdır. Biz İEÖ-lər səviyyəsinə çatmaq istəyiriksə, onda gərək əsasən bu sferaya fikir verək, bu sferanın inkişaf etməsinə şərait yaradaq.

11.3. MALİYYƏ VƏ VERGİ SİSTEMLƏRİ, ONLARIN STRUKTURU VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏKİ ROLU


Maliyyə-vergi siyasətindən iqtisadiyyatın stabilləşdirilməsi üçün aktiv istifadə edi-lir. İqtisadiyyata böhran vəziyyətindən çıxmaq lazım olduqda o, dövlət xərclərini artırır və vergilər azaldılır. Yüksəliş dövründə isə dövlət xərcləri azaldılır və vergilərin səviyyəsi artırılır.
Müasir şəraitdə maliyyə-vergi siyasəti və büdcə bir-biri ilə bağlıdırlar. Bu siya-sət dövlət büdcəsinin formalaşmasında istifadə olunan əsas element sayılır. Digər tərəfdən isə o özündə büdcə xərclərini əks etdirir.
Dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, dövlətə iqtisadi, sosial, siyasi və s. sahələrdəki işləri yerinə yetirmək üçün maliyyə vəsaiti tələb olunur. Bu məq-sədlə dövlət pul vəsaitləri fondu yaratmağa məcbur olur. Dövlət büdcəsi dövlətin dayağı, təminatçısı və müdafiəçisidir.
Dövlət büdcəsində əsas məsələlərdən biri büdcəyə toplanan pulların hansı mənbələrdən əldə olunması və onun necə sərf olunmasıdır. Büdcədə gəlirlərin əsas hissəsini vergi və rüsumlar təşkil edir.
Büdcənin ikinci bölməsi isə xərclər hissəsidir ki, burada gəlirlərin bölgüsü və yenidən bölgüsü prosesi həyata keçirilir.
Büdcə sistemi çox mürəkkəb bir mexanizmdir. Büdcə kəsiri olduqca ağır bir problemdir, onun yaranması büdcənin gəlir və xərcləri arasındakı nisbətin pozul-ması ilə müəyyən olunur. Büdcə kəsirinin baş vermə səbəbləri aşağıdakılardır:

  • İqtisadiyyata böyük həcmdə kapital qoyuluşları;

  • Fövqəladə baş verən hadisələr;

  • İqtisadiyyatda baş verən müxtəlifliklər üzündən tənəzzül, böhran, artım və s.

Fiskal siyasətin iqtisadiyyata stabilləşdirici təsir göstərməsi haqqında fikirlər «Böyük depressiya» illərindən sonra yarandı. Keynesin məşğulluq nəzəriyyəsi də bu fikirlərin güclənməsinə təsir göstərdi. Buna görə də 1946-cı ildə məşğulluq haqqında qanun qəbul olundu. Bu qanunun əsasında o durur ki, o, hökuməti iqtisadi stabilliyi saxlamaq üçün pul-kredit və fiskal siyasətlərdən istifadə etməyə məcbur edir. Bundan başqa, 1978-ci ildə qəbul olunmuş Xemfri-Xoukins qanunu da var.
Fiskal siyasət, büdcə gəlir və xərclərinin vergi mexanizmi vasitəsi ilə tənzim-lənməsidir.
İqtisadi nəzəriyyədə fiskal siyasətin aşağıdakı tipləri var:
Fiskal siyasətin xarakteri və istiqaməti xeyli dərəcədə hökumət xərclərinin quruluşu və dinamikasından asılıdır. Dövlət əmtəə və xidmətlərin alışını təşkil edərkən bir tərəfdən öz zəruri tələbatlarını ödəyir, digər tərəfdən isə əmtəə bazarının tənzimlənməsini həyata keçirir. Təkcə onu göstərmək kifayətdir ki, ABŞ-da və İngiltərədə dövlət alışı milli məhsulun təxminən 20 %-ni reallaşdırır.
Fiskal siyasətdə əsasən vergi sisteminə fikir vermək lazımdır. Vergi çox güclü iqtisadi alətdir. Bu alətdən bacarıqla istifadə etmək lazımdır.
Vergi yükünün ağırlığı ÜMM-ə aid olan vergi müsadirələri ilə ölçülür. Ona aşağıdakı şərtlər təsir göstərir:
A) Gələn gəlirlərin həcmi;
B) Ölkədə hökm sürən ənənələr;
C) İstehsal tsiklinin fazaları.
Gəlir nə qədər çox olarsa, vergiödəmə də bir o qədər çox olacaq. İqtisadiyyatın inkişafı gəlirlərin çoxalmasına gətirib çıxarır. Bu da alınan vergilərin səviyyəsini çoxaldır. Bu asılılıq vergiqoymanın proqressiv növünün aparılmasına görə əmələ gəlib.
İqtisadi siyasətdəki adət-ənənələr də vergi yükünə təsir göstərir. Sosial yönüm-lü bazar iqtisadiyyatı ölkələrində (İsveç modeli) bu, ÜMM-un 50%-ni təşkil edir. Monetar prinsiplərinə əsaslanaraq inkişaf edən ölkələrdə, təxminən, 30% olur. Sosial yönümlü ölkələrdə vergilərin yüksək səviyyəsi cəmiyyətin sosial stabilliyi-nin qiymətidir. Vergilərin istehlakçıların üzərinə qoyulması (əmtəələrin və xidmət-lərin qiymətləri üzərinə qoyulur) nəticəsində burada qiymətlərin də səviyyəsi yüksəkdir.
Vergilərin həcmi həmçinin iqtisadi tsikllərdən də asılıdır. Böhran vaxtı vergi-lərin səviyyəsi aşağı, yüksəliş vaxtı isə yuxarı olur.
Bilirik ki, fiskal siyasətin ikinci mühüm vasitəsi dövlət xərcləridir. Dövlət xərcləri vasitəsilə milli gəlirin xeyli hissəsi yenidən bölünür, dövlətin iqtisadi və sosial siyasətləri həyata keçirilir. Dövlət xərclərindən aşağıdakı məqsədlər üçün istifadə edilir:
1. iqtisadi;
2. müharibə və müdafiə üçün;
3. sosial məqsədlər;
4. xarici iqtisadiyyat və siyasətə yönəldilən fəaliyyət;
5. idarəetmə aparatının saxlanılması.
Dövlət xərcləri əsasən müharibə, iqtisadi böhran, depressiya, təbii fəlakətlər dövründə artır. Bununla da dövlət öz əhalisinə kömək edir.
Biz bilirik ki, fiskal siyasət, əsasən, iqtisadiyyatın stabilləşdirilməsi üçün istifadə olunur. Fiskal siyasətin fundamental məqsədi işsizliyi və inflyasiyanı yox etməkdir. İşsizlik və ya depressiya zamanı stimullaşdırıcı fiskal siyasət hökm sürməlidir. O, özünə hökumət xərclərinin artırılması, yaxud vergilərin azalması (2), yaxud da (1) və (2)-nin birgə istifadə edilməsi olan (3) daxil edir.
Və əksinə, əgər iqtisadiyyatda inflyasiya hökm sürürsə, bu zaman qabağı alınan fiskal siyasət hökm sürməlidir. Bu siyasətə hökumət xərclərinin azaldılması (1), yaxud vergilərin artırılması (2), ya da (1) və (2)-nin birləşməsi olan (3) daxildir.
Fiskal siyasətin yürüdülməsi bir tərəfdən büdcədə balanslaşdırma yaratmağa kömək edir, digər tərəfdən isə bu siyasət vasitəsilə makro-iqtisadi tarazlıq yarat-mağa çalışılır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin