Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


MÜASİR İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİNDƏ PUL-KREDİT SİYASƏTİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ



Yüklə 0,73 Mb.
səhifə160/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   156   157   158   159   160   161   162   163   ...   171
DovletMaliyesiEnSonHali2015

11.6. MÜASİR İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİNDƏ PUL-KREDİT SİYASƏTİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ


İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları nöqteyi nəzərindən sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən, fəal tənzimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təsnifləşdir-mək olar:

  • Qanunvericilik təminatı və hüquqi tənzimlənmə;

  • Gəlirlərin bölgüsündə ədalətlilik;

  • Qiymət siyasəti;

  • Maliyyə tənzimlənməsi;

  • Pul-kredit siyasəti;

  • Vergi tənzimlənməsi;

  • Xarici ticarət siyasəti.

Bunlar hamısı birlikdə dövlət siyasəti adlanır. Göründüyü kimi, dövlət siyasəti-nin bir hissəsi də pul-kredit siyasətidir. Pul-kredit siyasəti – istehsalın həcmini, inflyasiyanın səviyyəsini, məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Ona görə də, inflyasiyanin hər gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün həyata keçirmək daha vacibdir.
Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir:

  • İnflyasiyanın qarşısını almaq;

  • Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək;

  • Valyuta siyasətini həyata keçirmək;

  • Tədiyə balansını tənzimləmək.

Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-lifliklərdən ibarətdir. Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimullaşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Pul-kredit siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir:
1) İqtisadi konyukturanı tənzimləmək və inflyasiya ilə mübarizə aparmaq;
2) Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nis-bətən tənzimləmək;
3) Ölkənin müsbət tədiyə balansına nail olmaq.
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün onun aşağıdakı istiqamətlərini seçirlər:
1) Dövriyyədə olan pul kütləsini tənzimləmək və inflyasiyanın səviyyəsini müəyyən etmək;
2) Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nail olmada pul-kredit si-yasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi;
3) Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiya-nın müəyyənləşdirmək;
4) Hər il üçün pul-kredit siyasətində tətbiq edilən tədbirlərin istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları tərəfindən təsdiqlə-mək.
Əgər iqtisadiyyat depressiya vəziyyətindədirsə və əyrinin horizontal - Keynes kəsiyi ilə xarakterizə olunursa, onda «ucuz pullar siyasəti» məcmu tələb əyrisini AD1-dən AD2-yə yönəldəcək. Bu da istehsalın həcminə və məşğulluğa güclü təsir göstərəcək, amma qiymətlərin səviyyəsinə heç cür təsir göstərməyəcək. Əksinə, əgər iqtisadiyyat tam məşğulluq və ya ona yaxın bir vəziyyətdədirsə, onda məcmu tələbin artırılması XMM-un və məşğulluğun səviyyəsinə çox zəif təsir göstərər, ya da heç bir təsir göstərməz. Ancaq o, qiymətlərin artımını təmin edəcək. Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat norma-larını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:
1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları almalıdır. Bu obliqa-siyaların alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq;
2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehti-yatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın;
3. «Uçot norması» azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını ço-xaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.
Bu siyasətin əsas məqsədi krediti ucuz və asan etməkdir. Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.
İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. Ona görə də pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:
1. Federal ehtiyat bankları Kəsir bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat normaları azalsın;
2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır;
3. «Uçot norması»nın artırılması bankların federal bankdan borc götürməyə olan marağını azaldır.
Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdırmaqdır.
Ümumiyyətlə, pul-kredit siyasətini iki qrupa ayırmaq olar:

  • Sərt pul-kredit siyasəti:

- qiymətli kağızların alınması;
- aşağı faiz dərəcəsi;
- aşağı məcburi ehtiyat norması.

  • Yumşaq pul-kredit siyasəti:

- qiymətli kağızların satılması;
- yuxarı faiz dərəcəsi;
- yuxarı məcburi ehtiyat normaları.
Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir. Məsələn, ABŞ- da Federal Ehtiyat Bankları, Britaniyada İngiltərə Bankı, Almaniyada Almaniya Federal Bankı, Azərbaycanda isə 2009 cu il referendumundan sonra Mərkəz Bankı olaraq adı dəyişdirilən Milli Bank bu siyasəti həyata keçirməkdədir.
ABŞ-da pul siyasətini Federal ehtiyat sistemi ilə pul dövriyyəsinə nəzarət edən orqan birlikdə həyata keçirir. Bu orqan ölkədəki bütün kredit təşkilatlarının fəaliy-yətinə nəzarət edir. Bu orqanlarla yanaşı, ayrı-ayrı ştatların bank departamentləri və depozit sığortasının federal şirkəti də fəaliyyət göstərir.
Britaniyada mərkəzi bank olan İngiltərə bankı ilə yanaşı ixtisaslaşmış kredit idarələri olan diskont evləri fəaliyyət göstərir. Diskont evlərinə İngiltərə bankı ilə kredit institutları arasında vasitəçi rolunu oynayan 8 institut aiddir. Yalnız bu institutlar Mərkəzi Bankda təkrar maliyyələşməni həyata keçirə bilər. Bu ölkədə digər kredit institutları Mərkəzi bankda təkrar maliyyələşmə ilə məşğul ola bilməz.
Almaniyada Federal bank milli kredit sistemi ilə əlaqəni özünün filial şəbəkəsi ilə yanaşı, böyük banklar vasitəsilə həyata keçirir. Bu ölkədə Federal bankın filial-larının əsas vəzifəsi kommersiya banklarının minimum ehtiyat normalarına nəzarət etmək, ərazidə yerləşən kredit institutlarının nağd vəsaitlə təmin edilməsi və milli krilinq mərkəzləri funksiyasının icrasıdır. Bu filiallar Mərkəzi bankla kredit insti-tutları arasında vasitəçi rolunu oynayır.
Azərbaycanda pul-kredit siyasətini Mərkəzi bank həyata keçir. Mərkəzi Bank öz siyasətini ərazi zona idarələri (sayı 10-dur), kommersiya bankları və ixtisaslaşdırılmış maliyyə-kredit qurumları vasitəsilə həyata keçir. Mərkəzi Bankın fəaliyyəti “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunun 5-ci fəsli (maddə 28-35) “Pul siyasəti” adlanır və tamamilə pul-kredit siyasətinə həsr edilib.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin