11.9. AZƏRBAYCAN RESPUBLİKASININ 2015-CU İL ÜÇÜN BÜDCƏ-VERGİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Hər bir dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını döv-lət büdcəsi təşkil edir. İqtisadi münasibətlərin mühüm tərkib hissəsi sayılan maliy-yə münasibətləri sistemində dövlət maliyyəsi adlanan dairədə dövlət büdcəsi əhə-miyyətli yer tutur.
Məlumdur ki, dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, onun iqtisadi, sosial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü maliyyə vəsaiti tələb olunur. Elə bu məqsədlə dövlət pul vəsaitləri fondlarını yarat-maq məcburiyyətində qalır və əvvəl göstərdiyimiz dairələrdə lazımi işləri aparmaqdan ötrü pul vəsaitləri fondlarından istifadə etməli olur. Bu mənada dövlət büdcəsi dövlətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəciyidir. Aydın məsələdir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən asılı-dır. Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarilə ondan asılıdır .Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu ən adi məsə-ləni həll edə bilmir. İqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənməsi mexanizmi halqası sayılan dövlət büdcəsi əslində hökumətin sərəncamında olan iri mərkəzləş-dirilmiş pul fondu kassasından başqa bir şey deyildir.
Dövlət büdcəsi iqtisadiyyatda fəaliyyət göstərən bir sıra iqtisadi qanunlar, iqti-sadi kateqoriyalarla yanaşı, birgə qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan maliyyə münasibətlərinin müəy-yən tərəfini ifadə edir. Cari halda biz bu münasibətləri hər şeydən əvvəl dövlət büdcə-sindəki gəlirlər və xərclər arasındakı nisbətdə və əlaqələrdə görürük. Büdcə münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar, əhali və s. arasındakı əlaqələri ifadə edir və həmin münasibətlərin məcmusudur. Məsələ bununla bitmir. İş ondadır ki, dövlət büdcəsinin rolu əvvəl deyilənlərlə məhdudlaşmır, o ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsündə iştirak edir. Büdcə sistemi olduqca mürəkkəb mexanizmdir. Üstəlik ölkənin iqtisadiyyatının tənzimlənməsində qüdrətli alət və vasitədir. Dövlət büdcəsi hər bir ölkədə dövlətin maliyyə planı və proqramı deməkdir.
Büdcə-vergi siyasəti Azərbaycan Respublikasının orta müddətli maliyyə siya-sətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərin, “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)”, antiinflyasiya tədbirlərinin gücləndi-rilməsi, ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, sahibkarlığın inkişafını təmin edən və digər dövlət proqramlarına uyğun olaraq hazırlanmışdır.
Büdcə-vergi siyasətini istiqamətləndirən makroiqtisadi göstəricilər daha sürətli iqtisadi artımın əldə edilməsini, büdcəyə əlavə daxilolma mənbələrinin müəyyən edilməsini, iqtisadiyyatın tənzimlənməsində büdcənin birbaşa iştirakının və təsiri-nin artırılmasını, maliyyə intizamının gücləndirilməsi və şəffaflığının təmin edil-məsini, yoxsulluğun azaldılmasını, ünvanlı sosial yardımın tətbiqinin təkmilləş-dirilməsini sahibkarlığın və regionların inkişafı üçün maliyyə imkanlarının yaradılmasını özündə əks etdirir.
Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri də əhalinin maddi-rifah halının yaxşılaşdırılması , əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir.
Ölkədaxili istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturların yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb oluna-caq sərmayələrdə ölkənin daxili resurslarının payını artırmaq, vəsaitlərin ortamüd-dətli proqramlar vasitəsilə bölgüsünə mərhələlərlə keçmək mümkün olacaqdır.
Beynəlxalq təcrübəyə uyğun olaraq vergi güzəştlərinin minimuma endirilməsi, vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir.
Bazar iqtisadiyyatına keçid şəraitində büdcə sisteminin tənzimlənməsi iki istiqamətdə aparılmalıdır: birinci növbədə dövlət büdcəsi tarazlaşdırılmalı; ikincisi, büdcənin gəlir və xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır. Bütün deyilənləri nəzərə alaraq, həyata keçiriləcək büdcə siyasəti respublikada son 15 ildə bərqərar olmuş maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın tədricən aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbə-qələrinin sosial müdafiəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının büdcə-vergi siyasətində mühüm istiqamətlərdən biri də minimum yaşayış həddinin tələblərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları arasında olan fərqin tədri-cən aradan qaldırılmasına, regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi poten-sialdan səmərəli istifadə etməklə regionların iqtisadi tarazlığının təmin edilməsinə nail olmaq, onların iqtisadi gücünü artırmaq və sosial problemlərinin həllini sürət-ləndirməkdir.
Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəlt-mək qarşıda duran prioritetlər sırasındadır.
Qeyri-neft sektorunun və özəl bölmənin inkişafını stimullaşdırmaq məqsədilə qeyri-neft ticarəti, investisiyalar üçün ümumi biznes mühitinin yaxşılaşdırılmasına, kommunal sektorun tənzimlənməsinə və tarif siyasətinin inkisaf etdirilməsinə üstünlük veriləcəkdir.
Dövlət əsaslı vəsait qoyuluşunun strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin istiqamətlər (sahələr) üzrə bölgüsünün vahid prinsiplərinə və prioritetlərinə nail olmaq, dövlət investisiya siyasəti ilə müvafiq inkişaf proqramları arasında əlaqələri möhkəmləndirmək mühüm vəzifələr sırasındadır.
Dövlət sektorunun səmərəli fəaliyyətinin təmin edilməsi və strukturunun tək-milləşdirilməsi ilə yanası, dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə qeyri-dövlət sektorunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində də iş davam etdiriləcəkdir.
Göstərilən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun azaldılması, iqtisadiy-yatda struktur islahatlarının davamı, büdcə gəlirlərinin artırılması, büdcə xərcləri-nin sosial və investisiya yönümlülüyünün təmin edilməsi, xərclərin şəffaflığının və səmərəli idarə olunmasının yüksəldilməsi ilə müşayiət olunacaqdır.
Ölkənin sosial-iqtisadi inkisaf konsepsiyasına və ortamüddətli maliyyə proqra-mına uygun olaraq, iqtisadiyyatın inkisafını və nəzərdə tutulan maliyyə siyasətinin həyata keçirilməsini təmin etmək üçün 2010-cu ildə büdcə-vergi siyasəti sahəsində aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Gəlirlər üzrə:
- Ümumi Daxili Məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin artımına nail olmaq;
- qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin etmək;
- yerli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə idxal rüsumlarının dərəcələrinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;
- potensial gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;
- vergi borclarının azaldılması istiqamətində işləri davam etdirmək;
- vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşı-sının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanun-vericiliyini təkmilləşdirmək;
- dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi balansına özəl-ləşdirmədən daxilolmaların artımına nail olmaq;
- təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmaq;
- sadələşmiş vergiyə cəlb olunan xidmət (is) sahələrini genişləndirmək;
- minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulan üzən vasi-tələrə aksiz vergisini tətbiq etmək;
- aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının fəaliyyətini gücləndirmək;
- vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qar-şısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergini tətbiq etmək;
- vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergitutma məsələləri üzrə normativ hüquqi sənədləri sadələşdirilmək.
Xərclər üzrə:
- perspektiv proqnozlaşmanı genişləndirməklə, büdcə xərclərinin proqramlar əsasında tərtibinə mərhələlərlə nail olmaq;
- adambaşına maliyyələşdirilmə prinsipi əsasında proqnozlaşdırmaya başla-maq;
- xərclərin investisiya və sosial yönümlüyünə üstünlük vermək;
- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramında (2009-2012-ci illər)” və ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətini stimullaşdıran, sahibkarlığın inkişafını təmin edən və digər dövlət proqramlarında dövlət büdcəsinin vəsaiti balansına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək;
- qeyri-neft sektorunun inkişafını ön plana çəkməklə, bu sahələrə bütün mənbələr üzrə maliyyə təminatını artırmaq, əldə ediləcək real gəlirlər ba-lansına büdcə xərclərinin neftdən asılılığının mərhələlərlə azaldılmasına nail olmaq;
- ölkənin müdafiə qüdrətinin gücləndirilməsini və təhlükəsizliyini təmin et-mək məqsədilə bu sahənin maliyyələşdirilməsini təkmilləşdirmək;
- elmi potensialın inkişafını proqramlar əsasında həyata keçirmək, onun ma-liyyələşdirilməsi prinsiplərinin təkmilləşdirilməsi istiqamətində işləri güc-ləndirmək;
- aqrar sektorun inkişaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin sti-mullaşdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə ərzaq məhsullarına olan tələbatının yerli məhsullar balansına ödənilməsini təmin etmək üçün büdcə vasitəsilə bu sektora dövlət yardımını artırmaq;
- sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun aradan qaldırılmasına, aztəminatlı əhali, uşaqlar və əlillər üçün ünvanlı sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək;
- büdcədən maliyyələşən təşkilatlarda çalısan işçilərin əmək haqlarının mər-hələlərlə artırılması, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əhalinin real xərclərinin istehlak səbətinin tələblərinə uyğunlaşdırılması istiqamə-tində işləri davam etdirmək;
- əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə, turizm, idman, mədəniy-yət, sosial sığorta və sosial yardım sistemi sahələrində islahatları davam etdirmək, onların inkisaf istiqamətlərini stimullaşdırmaq;
- dövlət idarəetmə sistemində struktur islahatlarını davam etdirməklə idarə-etməni daha da təkmilləşdirmək, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, inzibati (cari) xərclərin azaldılmasına yönəldilmiş tədbirləri həyata keçirmək;
- dövlət maraqları məqsədilə həyata keçirilən satınalmalara nəzarəti təmin etmək üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işləri davam etdirmək;
- dövlət əsaslı vəsait qoyuluşunun strukturunu daim təkmilləşdirməklə bu məqsədlər üçün ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlb edilmə-sinə, regionların inkişafına, infrastruktur obyektlərin tikintisinə və bərpa-sına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək;
- ayrı-ayrı kommunal xidmətləri üzrə tətbiq olunan tariflərin təkmilləşdi-rilməsi üçün məqsədyönlü işləri davam etdirmək;
- dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək, dövlət zəma-nəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti üzərində ciddi nəzarət mexanizmini təşkil edərək, kreditlərə xidmət xərclərinin həmin təşkilatların vəsaitləri balansına həyata keçirilməsinə nail olmaq;
- dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində işləri da-vam etdirmək;
- dövlət vəsaitinin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsini davam etdirmək, xəzinə nəzarətini gücləndirmək, büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək.
Büdcə kəsiri üzrə:
- dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdir-mək;
- büdcə kəsirini inflyasiya yaratmayan mənbələr balansına maliyyələşdirmək;
- dövlət qısa, orta və uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütlə-sinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prin-sipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.
Hazırda Azərbaycanda dövlətçiliyin yeni formalaşdığı, iqtisadi müstəqilliyin tədricən bərqərar olduğu bir vaxtda dövlətin roluna, onun sosial və iqtisadi məsə-lələrin həyata keçirilməsində fəal iştirakına tələb daha da artır. Dövlət bu proseslərə özünün iqtisadi-maliyyə siyasətinin tərkib hissələrindən biri olan büdcə siyasəti ilə təsir edir. Büdcə siyasəti dövlətin büdcə gəlirləri və xərcləri, həmçinin büdcə kəsirinin artırılıb-azaldılması üzrə kompleks surətdə həyata keçirdiyi tədbirlərdə öz əksini tapır. Büdcə siyasəti respublika hökuməti tərəfindən müəyyən edilir və ölkə-nin ümumi siyasi və iqtisadi kursuna tabedir.
Hazırda Azərbaycanda bazar münasibətlərinin dərinləşməsi və özəl bölmənin üstünlük əldə etməsi ilə əlaqədar iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büdcəsi xətti ilə yönəldilən vəsaitlər kəskin surətdə azalmışdır. Eyni zamanda, Azərbaycanın suveren dövlət kimi mövcudluğu ölkənin müdafiəsi və təhlükəsizliyi ilə yanaşı, büdcədə yeni xərc maddələrini doğurmuşdur. Hazırda respublika əra-zisinin 20%-inin Ermənistan Respublikası tərəfindən işğalı, həmçinin ölkəyə qarşı müxtəlif düşmən dövlətlərin təcavüz təhlükəsinin qalması dövlət büdcəsindən bu məqsədlər üçün xeyli vəsait ayrılmasını zəruri edir. Həmçinin müharibənin nəticəsi kimi 1 milyondan artıq qaçqının olması, onların müxtəlif sosial-iqtisadi ehtiyaclarının ödənilməsi də nəzərə alınarsa, respublika hökumətinin büdcə siyasətini həyata keçirərkən nə qədər böyük problemlərlə üzləşdiyini təsəvvür etmək olar.