3.3. AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ SİSTEMİNİN FORMALAŞMASI
İDARƏ ORQANLARI Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi sisteminə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri), Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi, Dövlət Əyar Palatası, Məlumat-Hesablama Mərkəzi, Maliyyə Elm-Tədris Mərkəzi daxildir.8 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Nazirliyin nəzdində Baş Dövlət Xəzinədarlığı və Dövlət Əyar Palatası, Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsi sistemini təşkil edir.
Nazirlik müəyyən olunmuş vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respub-likasının Maliyyə-İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələrinin, həmçinin tabeliyində olan digər təşkilatların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrdə bu əsasnaməni rəhbər tutur. Nazirlik müstəqil balansa, banklarda xəzinə, valyuta, xüsusi və digər hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malik olan hüquqi şəxsdir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsaitlər və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.