Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Transfer xərclərinin təsirləri



Yüklə 0,73 Mb.
səhifə27/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   23   24   25   26   27   28   29   30   ...   171
DovletMaliyesiEnSonHali2015

2. Transfer xərclərinin təsirləri
Transfer xərcləri, dövlətin fərdlərə və şirkətlərə qarşılıqsız olaraq reallaşdırdığı xərclərdir. İctimai təhlükəsizlik xərcləri, rifah xərcləri, işsizlik təzminatları, təqaüd-çü maaşları və dövlət borc faiz ödəmələri kimi dövlətin heç bir istehsal amili almadan etdiyi xərclər bu qrupa girməkdədir. Transfer xərcləri, bu xərclərdən ya-rarlananların gəlir səviyyəsinə bağlı olub-olmamağına görə “ictimai təhlükəsizlik transferləri” və “yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” ola-raq təsnif edilə bilər.
İctimai təhlükəsizlik transferləri: səhiyyə xərcləri, işsizlik sığortaları kimi mü-əyyən şərtlər altındakı insanlara edilən xərclərdir. Bu xərclər 1975-ci ildən 1990-cı illərə kimi bütün ölkələrdə ÜDM-nin bir payı olaraq 1.5%-dən (ABŞ) 6% -ə (Fransa) qədər artım göstərmişdir. (Artımın ümumi ortalaması %3.5-dir). Dövlətin etdiyi digər xərclərdən müdafiə və investisiya xərclərində bir azalma nəzərə çarparkən borc faiz ödəmələri və ictimai təhlükəsizlik xərclərində bir artım görünməkdədir.
“Yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” alıcıların gəlir səviyyəsinə bağlı olub bu səviyyəni düzəltmə cəhdlərindəndir. Bu xərclər hər öl-kədə fərqli xərcləmə qrupları şəklində ortaya çıxmaqdadır. Məsələn, ABŞ-da bu cür xərclər AFDC (Aid to Families with Dependent Children), Medicaid, SSI (Supplemental Security Income), Head Start və Housing Assistance Programs şəklində altı qrupa ayrılır.
Azərbaycanda transfer xərclərə ümumi olaraq baxıldığında, belə bir təsnifat verilə bilər.
- İqtisadi və maliyyə transfer xərcləri,
- Sosial transfer xərcləri,
- Borc faiz ödəmələri,
- Digər transfer xərcləri.
Transfer xərcləri, real xərclərin əksinə olaraq, dövlətin hər hansı bir istehsal amilini almadan reallaşdırdığı xərclər olduğundan ölkədaxili istehsal tutumu üzərində birbaşa bir təsirə sahib deyildir. Məsələn, dövlət tərəfindən təqaüdçülərə edilən ödəmələrlə ölkədaxili məhsulun dövlət və özəl sektor arasında yenidən paylanılması nəzərdə tutulmur. Lakin transfer xərcləri gəlir bölgüsünə təsir etdiyindən, nəticədə iqtisadiyyatdakı mənbə bölgüsü təsiri altında qalmaqdadır. Çünki dövlətin işçi və işə qəbul edənlərdən yığmış olduğu sosial təhlükəsizlik vergiləri təqaüdçülərə ödənildiyindən, istehlak qəlibləri dəyişməkdə, istehsalçılar gənc işçilərə görə yaşlı insanların üstünlük verdiyi mallarla əlaqəli daha yüksək bir tələblə qarşılaşmaqdadırlar. Beləliklə, məhsulun tərkibi də dəyişməkdədir.
Transfer xərclərinin iqtisadiyyat üzərindəki təsiri, gəlirin köçürüldüyü bu adamların marginal istehlak maillərinə bağlıdır. Real xərclərin iqtisadiyyat üzərin-dəki təsirində olduğu kimi, transfer xərclərində də bir vuruq təsiri vardır. Bu təsir (c/1-c) şəklində göstərilə bilər. Buna görə transfer xərclərindəki bir artım avtonom tələbi, marginal istehlak maili (c) vurulsun reallaşdırılan xərclər qədər artıracaqdır.
Transfer xərclərinin təsiri real xərclərin təsirinə görə daha kiçikdir. Çünki edi-lən xərclərin bir qismi xərclərdən yararlananlar tərəfindən ehtiyatda saxlanılmaq-dadır. Beləliklə, transfer xərclərindən yararlananların marginal istehlak maillərinə görə bu təsir azalıb-çoxalmaqdadır.
Nəticə olaraq dövlətin reallaşdırdığı transfer xərclərin nə qədər istehsal amili tələb edilməyərək mal və xidmətlərin dövlət və özəl sektor arasındakı bölgüsü üzərində bir təsiri yoxdursa da, gəlir bölgüsünə təsir etməkdə, buna bağlı olaraq tələb şəkli, məhsul tərkibi, özəl sektordakı resurs bölgüsü dəyişməkdədir. Əgər edilən xərclərdən az gəlirlilər faydalanırsa, həm marginal istehlaka bağlı olaraq məcmu tələb daha çox artacaq, həm də gəlir bölgüsündəki ədalətsizlik azalacaqdır. Əks vəziyyətdə, yəni xərclərdən yüksək gəlirlilər faydalandığında, marginal ehti-yatda saxlama nisbətinə bağlı olaraq məcmu tələb daha aşağı olacaq, gəlir bölgü-sündəki ədalətsizlik artacaqdır. Dövlət borclanmasından əmələ gələn və dövlət xərclərindəki payı çoxalan faiz ödəmələri, dövlətə borc verən zəngin sərmayə sa-hiblərinin gəlirini artıraraq ikinci vəziyyətə oxşar bir təsir göstərməkdədir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin