Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə35/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   31   32   33   34   35   36   37   38   ...   171
DovletMaliyesiEnSonHali2015

3. Borclanma
Borclanma – dövlətin şəxslər, firmalar və digər idarələrdən müəyyən qaydalar daxilində özünə fond transfer etməsidir. Bu transferi reallaşdıran qaydalar, müəy-yən bir təqvimə görə fond sahiblərinə faiz və kapital ödəməsinin ediləcək olma-sıdır. Dövlətin gəlirlərindən çox xərcləmə edə bilməsi üçün başqa iqtisadi vahidlər-dən bunun maliyyəsini təmin etməsi lazımdır. Sahibləri tərəfindən başqa şəkildə istifadə edilməyən fondların dövlət sektoru tərəfindən istifadə edilməsi bu vahid-lərin iqtisadi tutumunu genişlənərkən mal dövranının sürətlənməsini təmin etmək-dədir. Beləcə, borclanma bu yönü ilə iqtisadi məhsuldarlığı artıran faydalı bir hadisə olaraq qiymətləndirilməkdədir.
Ancaq dövlət kəsirlərindəki artım dövlət sektoru borclanma zərurətini də artıra-raq, özəl sektor maliyyə yığımından (daxili borclanma) və ya xarici maliyyə mən-bələrindən (xarici borclanma) borc almağa məcbur etməkdədir. Dövlətin borclan-ma istəyi mövcud mənbələrə olan tələbi artırdığından (əlavə fond tələbi), faiz dərə-cələrini yüksəldəcək. Faiz dərəcələrinin yüksəlməsi özəl sektor istehlak və inves-tisiya xərclərinin azalmasına səbəb olacaq. Beləcə, dövlətin fond ehtiyacı özəl sek-torun fond istifadəsini azaltmaqdadır. Bu hadisə iqtisadi ədəbiyyatlarda “xaricləş-dirmə” təsiri olaraq bilinir.
Dövlətin ölkə sərhədləri içindəki fərd və təşkilatlardan milli pul cinsindən borc alması daxili borclanmadır. Daxili borclanmada özəl sektorun əlindəki fondların dövlət sektoruna transferi söhbət mövzusu ola bilər. Bu hadisədə ölkə mənbələrini artıran və ya azaldan hər hansı bir ünsür olmayıb, fondların istifadəçiləri dəyişməkdədir. Daxili borclanma ilə iqtisadiyyata əlavə bir mənbə girişi olmazkən, borclanma səbəbi ilə faizlərdəki artım xüsusi sektorun maliyyə xərcini artıraraq investisiyaların azalmasına, iqtisadi inkişafın yavaşlamasına, dövlət xərclərindəki artımla birlikdə dövlət qənaəti yanında özəl sektor qənaətlərinin də tükənməsinə səbəb olmaqdadır.
Ayrıca, daxili borclanma faizlərindəki artımla birlikdə iqtisadiyyatdakı marjinal qənaət meyli yüksək olan sektorun qənaətləri dövlət xərcləri ilə istehlak xərclərinə getməkdə, istehlakdakı artım istehsalla qarşılanmadığından inflyasiya nisbətində artıma səbəb olmaqdadır. Dövlətə borc verən sektorun gəliri, yüksək borc faizi ilə artarkən, aşağı və sabit gəlirli vətəndaşların gəliri artan inflyasiya və vergilər səbəbi ilə azalmaqdadır. Bu da gəlir bölgüsünün pozulmasına səbəb olur.
Dövlətin daxili sərmayə bazarlarının yanında xarici dövlətlərin sərmayə bazar-larından da borclanma imkanı vardır. Xarici borclanma reallaşdırıldığında istifa-dəyə hazır mənbələri artıran, geri ödəndiyində (əsas pul + faiz) milli gəliri və mən-bələri azaldan bir borclanmadır. Belə ki, yeni qurulmuş və inkişaf etməkdə olan bir şirkət xarici mənbələrə müraciət edirsə, dövlət də xarici mənbələrə müraciət edə bilər. Beləcə, cari əməliyyatlar kəsiri verən bir ölkə ya xüsusi seqmentdə, ya da dövlət sektorunda bir fond çatışmazlığı ilə qarşı-qarşıyadır. Bunun üçün ya özəl sektor, ya da dövlət sektoru xarici mənbələrdən istifadə etməlidir. Xarici mənbə istifadə edən ölkənin də öhdəliyi artacaq, borclu bir ölkə olacaq. Alınan xarici borclar məhsuldar sahələrdə istifadə edilmədiyində, eyni zamanında, yeni borcalmalar zərurətini ortaya çıxarmaqdadır. Artan xarici borc öhdəliyi zamanla ölkənin pul siyasətini çətinləşdirməyə başlar.
Bir ölkənin xarici borclanmasında o ölkəyə kredit verəcək kreditorlar üçün ölkə iqtisadiyyatının ümumi vəziyyətini və iqtisadiyyatın gələcəyə bağlı qiymət-ləndirmələrini ehtiva edən kredit qiymətliliyi əhəmiyyətli faktordur. Bir ölkənin kredit qiymətliliyi isə IMF Konsultasiya Hesabatlarında, Dünya Bankının Ölkə he-sabatlarında, Euromoney Jurnalı kimi müxtəlif quruluşların araşdırmalarında iştirak edir. Ayrıca ABŞ -da təşkilatı Yankee Təhvil Bazarı və Yaponiyada təşkilatı Samurai İstiqraz Bazarı kimi ixtisaslaşmış istiqraz bazarlarına istiqraz ixrac edə bilmək üçün Standart and Poor's (S &P) və Moody's kimi quruluşlardan BBB və BAA kimi bal (investment grade) götürmək lazımdır.
Bir ölkənin müəyyən bir dövrdəki daxili və xarici borclarının cəmi borc həcmi-ni verir. Borc miqdarının o dövrdəki ÜDM -ə nisbəti isə borc öhdəliyini (debt burden) verir. Dövlətin bütün borclarını ödəyəcək gücdə olub olmadığına görə borc öhdəliyini davam etdirə bilməsi haqqında qiymətləndirmə əldə etmək olar. Əgər borclanma nəticəsində gələcəkdəki gəlir və ödəmələrin bugünkü dəyərinə görə ediləcək qiymətləndirmədə dövlətin mal varlığı mənfi çıxırsa, borclanmanın davam etdirilməsindən danışmaq olmaz. Makro-iqtisadi baxımdan davam etdirilməsi mümkün olmayan borc öhdəliyinin artırılması siyasətində israr edilməsi nəticəsiz qalmaqdadır.
Bir çox ölkələrin borc yükü 1980 -ci illərə girərkən artmağa başlamış, bu artım zamanla bəzi ölkələrdə idarə altında tutula bilsə də çoxunda davam etməkdədir. Məsələn, ABŞ da borc /ÜDM nisbəti 1980-ci ildə 26% idisə, 2008 -ci ildə 60'%-ə (6.8 trilyon ABŞ dollarına) çatmışdır. Azərbaycanda 2013 -cu il etibarı ilə 5 mlr. Amerika dollarına çatan ÜDM -nin 6-7 % həddindədir eyni zamanda, neft gəlirlərindən dolayı Milli Bank və Neft Fondu rezervləri 48-50 mlr Amerika dolları həcmindədir. Bu, ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində olsa da, xüsusilə alınan borcların effektiv və məhsuldar istifadəsində zaman-zaman problemlər ortaya çıxmaqdadır. Ümumiyyətlə, iqtisadçılar qeyri-məhsuldar, heç bir iqtisadi qazancı olmayan, israfçılıqla istifadə edilən az borcdansa, məhsuldar olan, ölkənin iqtisadi inkişafına təkan verə biləcək layihələrə sərf olunan çox borcu tövsiyə edirlər.
Təmsili demokratiyalarda siyasətçilərin ilk dəfə və ya yenidən seçilə bilmək, bürokratların da mövqelərində qala bilmək istəyi seçicilərin vergilər artırılmadan dövlət xərclərinin artırılması tələblərinə qarşı çıxmalarını çətinləşdirməkdədir. Bu da dövlət xərcləri artarkən vergi qoyma yerinə borclanmanın artmasıyla iqtisadi tarazlıqların pozulmasına səbəb olmaqdadır. İctimai Seçim Nəzəriyyəsi dövlətin istehsalçı vəzifəsinin ictimai malların istehsalı ilə məhdudlaşdırılmasını və bunun təşkilati və konstitusiya olaraq təyin olunması lazım olduğunu irəli sürməkdədir. Bununla, dövlətin israf ölçüsündəki xərclərinin və məsuliyyətsizcə borclanmasının qarşısını ala biləcək.
Artan dövlət kəsirlərinin maliyyəsində borclanmanın da yüksək nisbətdə artmış olduğu ölkəmizdə, artan faiz nisbətlərinin həm xüsusi sektor, həm də ictimai sektor üzərində “xaricləşdirmə” təsiri yaratdığı görülmüşdür.
Faizlərin yüksək, qurların aşağı tutulması surətiylə ölkəyə gətirilən isti pul (hot money) qısa müddətdə kurs valyuta məzənnəsinin sürətli artmasının qarşısını alır, idxalat artımını maliyyələşdirir, məzənnə artımlarının gətirəcəyi inflyasiya təsirini dayandırır, iqtisadiyyatda bir likidite çoxluğu olduğundan faizlərin çox artmasının qarşısını alır. Ayrıca isti pula mənbə təşkil edən faizlərin yüksəkliyi səbəbi ilə xərclərdəki artım xərc inflyasiyasını yüksəldir, istehsalı azaldır, gəlir bölgüsünü faiz lehinə pozur.
İnkişaf edən texnologiyanın sayəsində beynəlxalq borc və kredit əməliyyatla-rının xərci düşərkən yeni maliyyə vasitələrin inkişaf etdirilməsi ilə daha çox sayda iştirakçı sistemə daxil olmuşdur. Ünsiyyətin sürətlənməsi məlumat axınını artırmış, mal və xidmət ticarətini asanlaşdırmışdır. Sistemin qlobal quruluşundakı bu inki-şaflar, eyni zamanda, maliyyə sahədə yaşanan problemlərin də daha sürətli bir şəkildə digər ölkələrə yayılmasına zəmin meydana gətirmişdir. Qloballaşma ilə başlayan qısamüddətli sərmayə axınlarının yaradacağı sabitsizliklərə qarşı alına biləcək tədbirlərdən James Tobinin təklif etdiyi vergiqoyma sistemi əhəmiyyətlidir. Xarici pula söykənən əməliyyatlara tətbiq olunan bu vergiqoyma ilə kurslu əməliyyatlar daha xərcli hala gələrək spekulyativ məqsədli istifadələri azaldacaq. Təbii ki, tətbiq olunacaq bu verginin xüsusi sektor fəaliyyətləri üzərindəki təsiri yaxşı hesablanaraq vacib tədbirlərin də alınması lazımdır. Tətbiqdə Tobin vergisindən başqa yerli və ya xaricilərin bütün daşınan qiymət əməliyyatlarına tətbiq olunan Daşınan Qiymət Satış Vergisi də vardır.
Dövlət borclanması az inkişaf etmiş ölkələrin inkişafında ayrı bir əhəmiyyətə malikdir. Öz mənbələri qeyri-kafi olan bu ölkələr xarici borclanmağa müraciət etmək məcburiyyətindədir. Keçmişdə asanca borclana bilən bu ölkələr 1980-ci illərə gəlindiyində, yüksək problemlərlə qarşılaşmışlar. Ölkələr Dövlət Kəsirlərinin maliyyəsi üçün borclanma yolunu seçərkən borclanmanın səbəb olacağı faiz ödəmələrini, bunun gələcək nəsillər üçün bir yük meydana gətirəcəyini, borc kapital və faiz ödəmələrini zamanında reallaşdıracaq şəkildə borclanmağı götürdükləri mənbələri məhsuldar yerlərdə istifadə etməni göz qarşısında saxlamalıdırlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin