Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


HAKİMİYYƏTDƏKİ XAOSUN İQTİSADİ SABİTLİK ÜZƏRINDƏKİ TƏSİRLƏRİ



Yüklə 0,73 Mb.
səhifə38/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   34   35   36   37   38   39   40   41   ...   171
DovletMaliyesiEnSonHali2015

4.8. HAKİMİYYƏTDƏKİ XAOSUN İQTİSADİ SABİTLİK ÜZƏRINDƏKİ TƏSİRLƏRİ


İqtisadi sabitlik — qiymətlərin ümumi səviyyəsi, faiz nisbəti, məşğulluq həcmi, kurs quruluşu və böyümə nisbəti kimi təməl iqtisadi və maliyyə göstəricilərinin əlaqədar ölkələrdə sahib olunan mənbə və imkanların təsirli şəkildə istifadəsini təmin edən qərarlı bir tarazlıq vəziyyətidir. Yəni mövcud mənbə və imkanların daxili və xarici faktorların təsirində qalmadan dəyişən ehtiyaclara cavab verə bilməsi, iqtisadiyyatın qərarlı bir tarazlıqda olması halıdır.
Günümüz ölkələrində sahib olduqları iqtisadi sistem nə olursa-olsun, sabit bir iqtisadi qurum meydana gətirə bilmək üçün çatılmaq istənilən məqsədlər maddələr tərəfindən sıralana bilər. Ancaq bu məqsədlərdən beşi bütün dünya ölkələrinin əvvəlcə əldə etmək istədiyi məqsədlərdir. Bunlar: tam məşğulluğa çatmaq, istehsalı artırmaq (böyüməyi təmin etmək), qiymət sabitliyini qorumaq, ödəmələr tarazlığını təşkil etmək və gəlir bölgüsünü düzəltməkdir. Bu məqsədlərə çatıla bilmədiyində və ya bu məqsədlərdən yayınmalar olduğunda ortaya çıxacaq olan nəticələrin sırası belədir: tam məşğulluğun təmin edilə bilməməyi— işsizlik, istehsalın kifayət qədər artırılmamağı — böyümə problemlər, qiymət sabitliyinin təmin edilə bilməməyi— inflyasiya, ödəmələr tarazlığının təmin edilə bilməməyi də xarici tarazlıq problemləridir.
Ölkə iqtisadiyyatları üçün bir istiqrazsızlıq göstəricisi olan bu nəticələr aradan qaldırılmadığında və lazımi tədbirlər görülmədiyində kompleks bir quruluş ərz edən iqtisadiyyat geriləməkdədir. Bu mənfiliklərin davam etməməyi, iqtisadi taraz-lıqların yenidən təmin edilməsi üçün sabitlik proqramları, tətbiq olunmaqdadır. Za-manla məzmun və metod cəhətdən dəyişməyə uğrasa da sabitlik proqramları ümu-miyyətlə, bu beş elementi ehtiva etməkdədir:
1) proqram sonrası inflyasiya hədəfi;
2) maliyyə sabitliyinin şəkli və böyüklüyü;
3) uyğun pul siyasəti;
4) valyuta kursu quruluşunun hədəflə uyğun səviyyəsi;
5) gəlirlər siyasətinin istifadəsi.
Proqramların hədəfləri, tətbiq müddəti və nəticələri baxımından sabitlik proq-ramları; ortodoks və heterodoks olaraq araşdırılmaqdadır. Ortodoks sabitlik siya-sətlərində pul dəyərinin idarəsi, Dövlət büdcəsindəki kəsirlərin azaldılması, milli pulun devalvasiyası, qiymətlərin sərbəst buraxılması və subsidiyaların qaldırılması iştirak etməkdədir. Ümumiyyətlə, hiper inflyasiya ilə mübarizədə tətbiq olunan və IMF tərəfindən dəstəklənən bu proqramlar real ödənişlərdə enişə, cəmi tələbdə azalmaya, milli gəlirdə daralmağa və iqtisadi yükün yüksək ölçüdə sabit gəlirlilər ilə kiçik işlətmələrə qalmasına səbəb olmaqdadır. Acı-ağrılı reseptlər və kəmər sıx-ma siyasətləri səs itkisinə gətirib çıxardığından, bu siyasətlərin demokratik ölkə-lərdə reallaşdırılması çətinləşməkdə, avtoritar-hərbi rəhbərliklərin iş başında olması arzulanmaqdadır.
Möhkəm pul və maliyyə siyasəti ilə sabit quruluş siyasətindən ibarət olan ortodoks siyasətlər ticarətin sərbəstləşdirilməsini də qarşılarına məqsəd qoymaqdadır. Bu siyasətlər real tarazlığın qurulmasında və dövlət büdcəsindəki kəsirlərin doldurulmasında müvəffəqiyyətli olmaqdadır. Ancaq müxtəlif seqmentlərin bazar iqtisadiyyatını əks etdirən qiymətlər (inflyasiya, faiz nisbəti, valyuta kursukimi) arasında tarazlığın təmin edilməsini bacara bilmədiyindən, qiymət və ödəniş siyasətləri gündəmə gəlməkdədir.
Heterodoks sabitlik siyasətlərində də keçici ictimai uzlaşma ilə ödəniş, faiz və kurs quruluşlarındakı artımlar dondurulmaqda, bir gəlir siyasəti tətbiq olunmaq-dadır. Ümumiyyətlə, yüksək xroniki inflyasiyanın yaşandığı iqtisadiyyatlarda seçi-lən heterodoks siyasətlər möhkəm maliyyə siyasətini hədəfə almaqda, ikinci mər-hələdə genişlədici pul siyasətinə icazə verməkdədir. Bu siyasətlər ilə daha çox bö-yümə və daha az işsizlik əldə edilməkdədir. Eyni zamanda, inflyasiya proqnozunun qırılması üçün bir açar qiymət diametral (anchor) olaraq təyin olunmaqda, digər makro-iqtisadi öhdəliklər buna görə nizamlanmaqdadır.
Sabitlik siyasətləri hədəf qoyduğu məqsədlərə çatmaqda bəzi problemlərlə qar-şılaşa bilər. Bunlardan bəziləri: siyasətlərin iqtisadiyyata təsir etməsində bir gecik-mənin olması, tətbiq olunan siyasətlərə qarşı proqnozlarının olması səbəbi ilə xü-susi sektorun reaksiya verməsi və siyasətlərin iqtisadiyyata təsir etməsində bəzi na-məlumluqların olmasıdır.
Ayrıca, inkişaf etməkdə olan ölkələrdə davamlılıq göstərməyən, siyasi iqtidara bağlı qalan sabitlik proqramı tətbiqlərinin də qarşılaşdığı bəzi maneələr olmaqdadır. Belə ki, bu ölkələrdə maliyyə bazarları tam inkişaf etməmiş, bazar sərbəstləşdirməsi və beynəlxalq rəqabətə açılma tamamlanmamış olduğundan, tətbiq olunan sabitlik proqramları digər ölkələrə görə daha uzun bir müddəti tələb etməkdədir. Demokratik ölkələrdə, ümumiyyətlə, bir iqtidar müddəti 4-5 il olduğundan, tətbiq olunan ortauzun davamlı sabitlik proqramları müxtəlif siyasi narahatlıqlar səbəbi ilə seçki zamanına yaxın boşaldılmağa başlamaqdadır. Yəni siyasi hədəflər ilə iqtisadi hədəflər əsassızdır. Digər tərəfdən, iqtisadi sabitliyin təmin edilməsi və maliyyə intizamının meydana gətirilməsi üçün geniş bir uzlaşma zəmininə ehtiyac vardır. Halbuki az inkişaf etmiş ölkələrdə siyasi rəqabət səbəbi ilə verilən həddindən artıq sözlər bir tərəfdən sözlərin tutula bilməməyi səbəbi ilə siyasi iqtidarı köhnəltməkdə, digər tərəfdən bu sözlərə istiqamətli populist xərclərlə də iqtisadiyyata zərər verməkdədir. Bu da uzlaşma zəminini çətinləşdirməkdədir. Ayrıca, siyasi iqtidarların iqtisadiyyat siyasəti vasitələrinin seçkisində lazımi diqqəti göstərməməsi səbəbindən bir-biri ilə ziddiyyətli makro-iqtisadi nəticələr meydana gəlməkdədir. Bu kimi problemlərlə sabitlik siyasətlərinin müvəffəqiyyətə çatması çətinləşməkdədir.
Bir çox ölkələrdə yaşanmış və yaşanmaqda olan iqtisadi krizisləri meydana gətirən ortaq və mərkəzi faktor ictimai sektorun böyüklüyü və səbəb olduğu büdcə kəsirləridir. Büdcə kəsirlərinin mənbələri ölkədən-ölkəyə fərqlilik ərz etməklə birlikdə, edilən xərclərin zamanla artması buna qarşılıq əldə edilən gəlirlərin azalması, bu kəsirləri artıran ortaq səbəblər olmuşdur. Artan kəsirlər zamanla mikro və makro ölçüdə iqtisadiyyata təsir edən böhranlara səbəb təşkil etməkdədir.
Digər tərəfdən, dövlət hesablarında açıq və doğru şəkildə iştirak etməyən və tətbiq olunan siyasətlər arasında əhəmiyyətli yer tutan yarı-maliyyə əməliyyatlarının (Quasi-Fscal Activites) icra orqanları tərəfindən Milli Məclisin verdiyi səlahiyyətin üzərində və kənarında istifadə edilməsi bu sabitsizliyi daha da artırmaqdadır. Üstəlik yarı-maliyyə əməliyyatlarının büdcə xaricində qalması bir çox ölkədə maliyyə şəffaflığına pozucu təsir etməkdədir. Çünki doğru-dürüst müşahidə edilə bilməyən və idarə edilə bilməyən bu əməliyyatlar populist və siyasi divident qazanmanın əhəmiyyətli vasitəsi ola bilməkdədirlər. Ayrıca, bu idarə edilə bilməzlik Dövlət Kəsirini aradan qaldırmağa istiqamətli sabitlik proqramı tətbiqlərinin müvəffəqiyyətə çatmasını çətinləşdirməkdədir.
İqtisadiyyat siyasətlərinin ümumi qəbul görmüş beş məqsədindən sapmalar bir sabitsizlik göstəricisi olaraq qiymətləndirildiyində, Büdcə kəsirlərinin bu məq-sədlər üzərindəki təsirinin nə olduğu araşdırılaraq iqtisadi sabitliyə təsiri diaqnoz edilə bilər. Bu səbəblə Büdcə kəsirlərinin iqtisadi sabitlik üzərindəki təsirini təyin edə bilmək üçün Büdcə kəsirlərinin iqtisadi böyümə, qiymət sabitliyi, tam məşğul-luq, Ödəmələr tarazlığı və gəlir bölgüsü üzərindəki təsirləri ayrıca araşdırılacaq.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin