Ümumi iqtisadiyyat içərisində iki sektor fəaliyyət göstərməkdədir. Bunlar döv-lət və özəl sektordur. Dövlət sektoru, istehsal fəaliyyətləri ilə məşğul olarkən ümu-miyyətlə bölünə bilməyən və yarı bölünə bilən mal və xidmət istehsal etməkdədir. Ayrıca bu istehsalla əlaqədar qərarlar özəl sektorda olduğu kimi yalnız qazanc əldə etmək məqsədi ilə deyil, bəzi ictimai və siyasi məqsədlər istiqamətində alınmaq-dadır. Dövlət sektorunun ortaya çıxarmış olduğu dövlət əmtəəsi və xidmətinin sə-viyyə və həcmi ümumiyyətlə, bu seçimlərin bir nəticəsi olmaqdadır.
Ümumi iqtisadiyyat içərisində dövlət maliyyəsinin inkişafı, xüsusilə artan əsas iqtisadi, ictimai problemlər səbəbi ilə, dövlətin tədricən iqtisadiyyata daha çox müdaxilə etmə nəticəsini ortaya çıxarmaqdadır. Xüsusilə, Ikinci Dünya müharibəsindən sonra artan dövlət xərcləri və həmçinin Keynes iqtisadi və maliyyə nəzəriyyəsinin ortaya çıxması nəticəsində, dövlət maliyyəsinin həcminin müntəzəm artımı bunun ən konkret nümunəsini meydana gətirməkdədir. Bu dövrdə, bazarın hər hansı bir nöqsan yaratmadan öz-özünə işləyəcəyini, bir nöqsan olsa belə bazarın öz-özünə yenidən tarazlığa gələcəyini qəbul edən klassik iqtisadi və maliyyə nəzəriyyəsi, yerini dövlət müdaxiləsinin vacib və yerində olduğunu müdafiə edən Keynes nəzəriyyəsinə buraxmışdır. Həqiqətən gəlir bölgüsünün gedərək pozulduğu, yoxsulluq və aclıq sərhədinin genişləndiyi, sosial müdafiə xidmətlərinin sferasının həddindən artıq inkişaf etdiyi bir mühitdə, bazar iqtisadiyyatı sosial-iqtisadi problemlərin həlli mövzusunda son dərəcə zəif qalmaqdadır. Buna misal olaraq 2008 -ci ildə Amerikada başlayaraq bütün dünyanı cənginə alan “İpoteka Böhranı” olaraq ortaya çıxan böyük maliyyə böhranı sonrası, bir çox inkişaf etmiş ölkələrin qabaqcıl maliyyə qurumlarının iflası və onun ardınca iri şirkətlərin iflası liberal dövlətlərin yenidən Keynes prinsiplərinə sarılmağına gətirib çıxardı. Amerika kimi dünyanın ən liberal ölkəsi belə bir çox özəl bank və şirkəti iflasdan qorumaq üçün onların səhmlərini alaraq və ya birbaşa maliyyə yardımı verərək ayaqda qalmasına çalışdı. Bu çatışmamazlıq daha çox bazar iqtisadiyyatının işləyişindəki effektsizlikdən ortaya çıxmaqdadır. Buna görə də dövlətin bazarlara köhnə ənənəvi funksiyalarını yerinə yetirmək üçün və bunun yanında da bazardakı rəqabət şərtlərini yaxşılaşdırmaq məqsədilə iqtisadiyyata müdaxilə etdikləri görülməkdədir.
Keynes iqtisadi və maliyyə nəzəriyyənin ortaya çıxması və geniş bir şəkildə qəbul edilməsi, ölkə iqtisadiyyatları içində dövlət maliyyəsinin payının artımını təmin edən ən əhəmiyyətli faktor olmuşdur. Bu inkişafdan sonra belə bir nəticəyə gəlmək olar ki, dövlətin və dövlət maliyyəsinin funksiyalarını daxili-xarici təhlükəsizlik, diplomatiya kimi xidmətlərin mövcudluğu ilə məhdudlaşdıran Klassik iqtisadi və maliyyə nəzəriyyə sistemi öz təsirini itirmiş, onun yerinə həm ictimai, həm də iqtisadi həyatda aktiv və müdaxiləedici siyasət tətbiq edən bir dövlət maliyyəsinin varlığı zəruri olmuşdur. R. Musgrave bu müddətdə dövlət maliyyəsinin yeni funksiyalarını
- Təbii resursların bölüşdürülməsinin təmin edilməsi;
- İqtisadi sabitliyin təmin edilməsi;
- Gəlirin yenidən bölüşdürülməsi
olaraq sinifləndirmişdir.